Zümrüdün Əhməd Cavadla bağlı sualı gündəm oldu
6-05-2022, 08:47
Yazar: Samir
Baxılıb: 1182
Çap et
ARB-də yayımlanan “Xəbər-ətər” proqramında aparıcı Zümrüd Bədəlovanın sualı gündəm olub.
Mediaxeberleri.az xəbər verir ki, milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyinə həsr edilən verilişin qonağı onun nəvəsi Anar Axundzadə olub.
Aparıcı Anar Axundzadəyə “Babanızı görmüsünüzmü” sualını ünvanlayıb. O isə təəccübünü gizlədə bilməyib və “Babam 37-ci ildə güllələnib” deyib.
Aparıcının məlumatsızlığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
www.mediaxeberleri.az
Öz şərhini bildir: