t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Baloğlan Əşrəfovun oğlu məşhurlardan gileyləndi: - “Başsağlığı da vermədilər”

Baloğlan Əşrəfovun oğlu məşhurlardan gileyləndi: - “Başsağlığı da vermədilər”

26-04-2022, 11:30 Yazar:  Firuzə Baxılıb: 1130 Çap et
Baloğlan Əşrəfovun oğlu məşhurlardan gileyləndi: - “Başsağlığı da vermədilər”
Bu gün Əməkdar artist Baloğlan Əşrəfovun vəfatından bir il ötür. Mediaxeberleri.az xəbər verir ki, mərhum sənətkarın oğlu Elşən Baloğlanoğlu Oxu.Az-la söhbətində bəzi məşhurların müğənninin sağlığında onunla yaxın olsalar da, heç gəlib başsağlığı vermədiklərindən gileylənib.

“Adlarını deməyəcəm. Ancaq elə məşhurlar var ki, sağlığında atamla yaxın olublar, ancaq gəlib, zəng edib başsağlığı belə verməyiblər. O vaxtlar pandemiya dövrü idi, evə gəlmək imkanı yox idi, ancaq nömrəni tapıb zəng etmək bu qədərmi çətin idi? Nömrəni tapmamağı bəhanə edə bilməzlər. Ən azından, Yusif Mustafayev ilə mənim atam çox yaxın idilər, ondan nömrəmi tapıb başsağlığı verə bilərdilər.

Həmin gecə Əlikram Bayramov bizi tək qoymadı, Yusif Mustafayev, Elşad Qarayev, ola bilər, kiminsə adını unudum, çox adam var idi”, - Elşən Baloğlanoğlu deyib.

O, atasının son gününə kimi yaxşı olduğunu və onu itirəcəyini ağlına belə gətirmədiyini vurğulayıb:

“Axırıncı gün tam yaxşı idi. COVID-ə yoluxduğu üçün yanına buraxmırdılar. Telefonla görüntülü danışdıq. Özünü yaxşı hiss etsə də, danışanda sanki bizimlə halallaşırdı. Nəvələri, gəlini, bütün ailə üzvləri ilə danışdı. Deyirdi, yaxşıyam, hər şey yaxşıdır. Vəfatından iki-üç saat öncə mən evdə idim, həkimi həyəcanlı şəkildə zəng etdi ki, tez buraya gəl. Mən həmin an heç düşünmədim ki, rəhmətə gedə bilər, çünki bir neçə saat öncə bizimlə danışanda hər şey yaxşı idi. Birdən-birə halı pisləşib. Mən gedib atamı gördüm, o vəziyyətdə də mənə gülümsəyib, “narahat olma, hər şey yaxşı olacaq” dedi”.

E.Baloğlanoğlu atasının pandemiya dövründə həyatında baş verənlərdən kitab yazmaq istədiyini qeyd edib:

“Kitab yazmaq istəyirdi, qismət olmadı. Tez-tez yuxularıma gəlir. Ötən gecə də görmüşəm. Səhnədə, bəlkə də ciddi görünə bilərdi, evdə çox zarafatcıl insan idi. Bizim ata-oğul münasibətindən əlavə, dost münasibətimiz var idi. Evin hər küncündə xatirələrimiz var. Bizim üçün çox çətindir”.

Qeyd edək ki, Baloğlan Əşrəfov 26 aprel 2021-ci ildə 69 yaşında COVID-19 xəstəliyindən vəfat edib. Sənətkar doğulduğu Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:03 Qara Qarayevin qızı: “Atam Qurana hörmət bəsləyər, onu fəlsəfə, elm kimi öyrənərdi” Bu il fevralın 5-də Azərbaycanın dahi musiqiçisi Qara Qarayevin 102 yaşı tamam oldu. Görkəmli bəstəkarı anmaq, onunla bağlı xatirələrini bölüşmək üçün qızı Züleyxa Qarayeva ilə görüşdük. Dahi Qara Qarayevin qızı və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin Ev
17:43 Gülnarə İsrafil: İçimdə ölənlər Yazıya başlamadan cümlə qurmaq o qədər çətinimə gəlir ki, elə bilirəm tikdiyim binanın nə isə hasarı, ya rəngi, ya da bir kərpici əskik qalıb. Onu dönüb dolanıb tamamlamağım gərək. Belə də olur. İki gün yazının başına pərvanə oluram. Hələ bir vaxt heç yaza bilmirdim. Sətirlər məni qorxudurdu. İndi
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az