t s

» » Səyyar ASAN xidmət eyni vaxtda 10 regionda xidmət göstərir

Səyyar ASAN xidmət eyni vaxtda 10 regionda xidmət göstərir

20-11-2015, 22:04 Yazar:  Fəridə Baxılıb: 263 Çap et
Səyyar ASAN xidmət eyni vaxtda 10 regionda xidmət göstərirBu günə qədər 350 minə yaxın əhaliyə səyyar xidmət göstərilib.

Səyyar ASAN xidmətin xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu “ASAN xidmət”mərkəzlərinin təsis edilmədiyi regionlardavətəndaşların xidmətlərdən yararlanmalarıüçün aşağıdakı 10 regionda (Qobu, Xırdalan, Şəmkir, Qəbələ, Quba, Masallı, Hacıqabul, Tərtər, Zərdab, Neftçala) əhaliyə xidmətlər göstərir.

Bu barədə Dövlət agentliyindən Mediaxeberleri.az-a bildirilib.

Xatırladaq ki, Səyyar ASAN xidmət 2013-cü ildə 2 avtobusla fəaliyyətə başlayıb.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən əlavə xüsusi avadanlıqlarla təchiz olunmuş 8 avtobus alınaraq avtobusların sayı 10-a çatdırılıb. Bununla da, Səyyar ASAN xidmətin ölkəninbütün regionlarını əhatə etməsi təmin olunub.Belə ki, Səyyar ASAN xidmətin 10 avtobusu dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, bu günədək Səyyar ASAN xidmət vasitəsilə 350 minə yaxın vətəndaşa səyyar formada xidmət göstərilib.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:06 Daşınmaz əmlak və torpaqların qeydiyyatı asanlaşdı Daşınmaz əmlakların və torpaqların qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb. Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumatda bildirilir. Qeyd olunur ki, fəaliyyət istiqamətləri üzrə sosial amillərin, vətəndaş məmnunluğunun, habelə xidmətlərdə
11:49 Əmlak Məsələləri Dövlət Komitəsinin məlumati Daşınmaz əmlakların və torpaqların qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqamətləri üzrə sosial amillərin, vətəndaş məmnunluğunun, habelə xidmətlərdə əlçatanlığın daha da artırılması məqsədilə daşınmaz əmlakların, o cümlədən
14:38 Səyyar “ASAN xidmət” Qazaxda İyulun 1-dən 15-dək. 2015-ci il ilyulun 1-dən 15-dək Qazax, Tovuz, Ağstafa rayonlarının 350 000-ə yaxın sakini Səyyar ASAN xidmətdən Qazax rayonunda yararlana biləcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə
14:39 Səyyar ASAN bu rayona gedir “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar vasitəsi ilə səyyar formada əhaliyə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az