Media Xəbərləri » Din » Ramazan ayının iyirmi birinci gününün imsak, iftar və namaz vaxtları
Ramazan ayının iyirmi birinci gününün imsak, iftar və namaz vaxtları
22-04-2022, 00:00
Yazar: Samir
Baxılıb: 1184
Çap et

Bu gün Ramazan ayının iyirmi birinci günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 22-də imsak vaxtı saat 04:20-də, iftar vaxtı isə 19:41-dədir.
Aprelin 22-si üçün namaz vaxtları:
Sübh azanı 04:25
Günorta (Zöhr) azanı 12:39
İlkindi (Əsr) azanı 17:27
Axşam (Məğrib) azanı 19:41
Gecə ( Yatsı və ya İşa) azanı 20:48
İyirmi birinci günün imsak vaxtı üçün duanı təqdim edirik:
“Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin!”
Tərcüməsi: “İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et! Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah!”
İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul eləsin!
www.mediaxeberleri.az
Öz şərhini bildir: