t s

» » Həbs edilən yüksək vəzifəli məmurun kabinetindən xəzinə çıxdı

Həbs edilən yüksək vəzifəli məmurun kabinetindən xəzinə çıxdı

20-11-2015, 15:50 Yazar:  Namiq Baxılıb: 269 Çap et
Həbs edilən yüksək vəzifəli məmurun kabinetindən xəzinə çıxdıBir neçə gün əvvəl Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun iş otağından əsl xəzinə tapılıb.
Etibarlı mənbədən «Bizimyol.info» saytına verilən məlumata görə, axtarışlar zamanı yüksək çinli məmurun qızı əşyalara böyük marağının olduğu ortaya çıxıb. Belə ki, iş otağından xeyli sayda Çar Rusiyası dövrünün qızıl onluqları, iyrimibeşlikləri, Azərbaycanın müstəqilliyinin 10 illiyi münasibəti ilə buraxılmış qızıl sikkələr, 5 ədəd İsveçrənin ən məşhur firmalarının istehsalı olan qızıl saatlar, ona qədər qızıl, brilliant işləmələrlə xüsusi sifarişlə hazırlanmış qələmlər, üzərində 50, 100 və 1000 dollarlıq əskinaslar təsvir olunmuş son dərəcə bahalı suvinerlər və bir neçə qızıl külçələr tapılıb. Mənbə bildirib ki, həmin əşyalar aktlaşdırılaraq götürülüb.
Məlumatda daha sonra bildirilir ki, Vidadi Zeynalov hakimiyyətdə ən varlı şəxslərdən biri olub. Onun şəhərin müxtəlif yerlərində ondan artıq dəbdəbəli villası, ofis və ticarət mərkəzləri, otelləri restoranları, gözəllik salonları, ölkənin səfalı bölgələrində istirahət mərkəzləri var. Mənbə təkcə onun «varlılar məhəlləsi» adlandırılan Teymur Əliyev küçəsindəki möhtəməş sarayının on milyon dollardan artıq qiymətinin olduğunu qeyd edib. V.Zeynalovun əsas gəliri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sifarişi ilə həyata keçirilən infrastruktur layihələrindən çıxıb. Belə ki, ona məxsus çoxlu sayda firma bir qayda olaraq tenderlərdə dəyəri on milyonlarla ölçülən layihələri qazanıb.
Xatırladaq ki, V.Zeynalov vəzifəsindən azad edilən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova görə işdən çıxarıldığı bildirilir. Onun qardaşı Vahid Zeynlov Milli Təhlükəsizlik Nazirliyinin tədris mərkəzinin rəisi olub. Son hadisələrdə V.Zeynov vəzifəsindən azad edilib.
Vidadi Zeynalov isə Baş Prokurorluqda aparılan işin qətiyyən ona dəxli olmadığını, Eldar Mahmudovu şəxsən tanımadığını, onunla əlaqəsi olmadığını deyib.
Bu haqda Vidadi Zeynalovun hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib.
Vəkil qeyd edib ki, sabiq aparat rəhbəri mətbuatda Eldar Mahmudovla əlaqəli olması səbəbindən həbs edilməsi iddiası ilə razılaşmır: “O, korrupsiya ilə əlaqədar istintaqa cəlb edilib. MTN-nin vəzifəli şəxsləri barədə qaldırılan cinayət işi isə Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində aparılır. Yəni istintaqlar tamam fərqli yerlədə getdiyindən bir-biri ilə əlaqələndirilməsi doğru deyil.
Hüquqlarını müdafiə etdiyim şəxs adının MTN-nin yüksək vəzifəliləri ilə birgə hallanmasını heç cür qəbul etmir”.
Vəkil “Vidadi Zeynalov adının korrupsiya məsələsində hallanmasını qəbul edib özünü təqsirli sayırmı” sualına cavabında bu barədə fikir bildirmədiyini deyib.
Xatırladaq ki, Vidadi Zeynalov barəsində oktyabrın 29-da Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Keçmiş apparat rəhbəri Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:40 "MTN işi"ndə Gədəbəy düyünü - ŞOK İTTİHAMLAR Məlum olduğu kimi, ötən həftə Gədəbəyli iş adamları Beynəlxalq Mətbuat Mərkəzində (BMM) rayonun icra başçısı və digər vəzifə sahibləri tərəfindən tapdalanmış hüquqlarının müdafiəsi ilə bağlı, ölkə rəhbəri cənab İlham Əliyevə müraciət etmək üçün mətbuat konfrası keçirirlər. Mətbuat konfransının
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az