t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Milli Qəhrəman Alı Mustafayevin məzarı ziyarət olundu

Milli Qəhrəman Alı Mustafayevin məzarı ziyarət olundu

15-04-2022, 10:04 Yazar:  Samir Baxılıb: 463 Çap et
Milli Qəhrəman Alı Mustafayevin məzarı ziyarət olundu
Azərbaycanın Milli Qəhrəmanı, şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti Alı Mustafayevin 70 yaşı tamam oldu.

Mediaxeberleri.Az "Sherg.az"-a istinadla xəbər verir ki, “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Milli Qəhrəman Alı Mustafayevin 70 illik yubileyi ilə əlaqədar olaraq Şəhidlər Xiyabanında Milli Qəhrəmanın məzarı ziyarət olundu. Şəhid jurnalistin məzarına əklil, lalələr, qərənfillər qoyuldu. Onun haqqında xatirələr danışıldı. Tədbir iştirakçıları Alı Mustafayevin məzarı ilə bərabər Azərbaycanın Milli Qəhrəmanı, ilk Şəhid qadın jurnalist Salatın Əsgərovanın, Milli Qəhrəman Fəxrəddin Şahbazovun məzarını ziyarət edib, məzarlarına qərənfillər düzdülər.

Tədbirdə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov, Şəhid leytenant Teymur Abbasovun anası Başxanım Abbaslı, Şəhid könüllü əsgər Əlizamin Mustafalının anası Ülviyyə Nəbiyeva, Şəhid leytenant Murad Nağıyevin anası Xavər Məhəmmədi, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Şərq” qəzetinin redaktoru Akif Aşırlı, Əli Kərim adına Sumqayıt Poeziya evinin müdiri şair İbrahim İlyaslı, BDU-nun Jurnalistika fakültəsinin dekanı dosent Vüqar Əliyev, BDU-nun müəllim-tələbə heyəti, Alı Mustafayevin həyat yoldaşı Lalə xanım, Şəhidin yaxın qohumları, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri iştirak etdilər.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov tədbiri giriş sözü ilə açaraq bütün Şəhidlərimizə rəhmət dilədi. Alı Mustafayevin qəhrəmanlığından, bizə irs olaraq qoyub getdiyi ədəbiyyatdan söhbət açdı. Ordumuzun bu günkü gücündən söz açan İlham Pirməmmədov Cənab Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirdi. Şəhidlərimizə Allahdan rəhmət, Qazilərə can sağlığı arzuladı. 30 il düşmən tapdağında qalan Qarabağın azad olunmasından qürurla söz açan İlham Pirməmmədov şəhidlərimizin, bu gün 70 yaşı qeyd olunan Milli Qəhrəman Alı Mustafayevin ruhlarının şad olduğunu, qalib ölkə kimi dünyada tanınmağımız üçün hər zaman Şəhidlərimizə minnətdar olduğumuzu da xüsusilə qeyd etdi:

“Biz artıq qalib xalqıq. Qarabağ azad oldu. Cənab Prezident sərhədlərin demakrasiya və delimitasıyasını hər an diqqətdə saxlayır. Yaxın günlərdə Qarabağın hər qarış torpağı Azərbaycanın tam nəzarətinə götürüləcək. 30 ildir gözlədiyimiz an gəlib yetişdi. Qarabağ öz sahiblərinə qovuşdu. İndi Alı müəllimin də ruhu şaddır.
Bu gün bizim əsas məqsədimiz Alı müəllimin qəhrəmanlığından söz açmaqdır. Alı müəllim azadlıq yolunda can verən ziyalıdır. Azadlıq yoluna işıq saçan qəhrəmandır. Alı müəllim Azadlıq meydanından həyatını azadlığa qurban verən qəhrəmandır. 1988-ci ildən Şəhidlik zirvəsinə ucalan günə kimi Alı müəllim Vətən, millət, azadlıq, dedi. Və bu yolda da öz ömrünü Vətəninə fəda etdi. Onun xatirəsi Azərbaycan xalqı tərəfindən daim əziz tutulur. Bu gün eyni zamanda Qazaxda da Qazax RİH-nin, AYB-nin Qazax bölməsinin, BDU-nun Qazax filialının, “Qazax” Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Alı Mustafayevin 70 illik yubileyi yüksək vətənpərvərlik ruhu ilə qeyd olunur. Qazax RİH-nin başçısı Rəcəb Babaşova təşəkkürümüzü bildiririk. Rayon rəhbəri olaraq daim Şəhid ailələrinin, Qazilərin yanındadır. Mən 2021-ci il noyabrın 8-ində Zəfər Günü ilə əlaqədar olaraq Qazaxda keçirilən tədbirdə iştirak etdim. Şəhid ailələri, Qazilər Rəcəb Babaşovdan bir rəhbər olaraq razılıq etdilər. Bu gün Rəcəb müəllimin xüsusi diqqəti sayəsində Qazaxda Alı Mustafayevin 70 illik yubileyi yüksək səviyyədə qeyd olunur. Mədəniyyət Nazirliyinin xəttiylə Kinorejissor Musazadə Kamalə Mehralının çəkdiyi “Alı zirvəsi” filminin təqdimatı keçirilir. Bu gün onun həyat yoldaşı Lalə xanım da bizimlə birlikdədir. Alı müəllim Lalə xanıma olan sevgisindən gözəl bir şeir yazıb. O şeirin bir bəndində yazır:

Mən ölsəm qəbrimin üstünə ancaq,
Başqa gül qoymayın Lalədən qeyri.
Qoy onu sinəmdə bitirsin torpaq,
Əzəldən sinəmdir Lalənin yeri.


İctimai Birliyin üzvü Sultanxanım Nəsibova da Alı Mustafayevin bu arzusuna hörmətlə yanaşıb. Bu gün onun məzarının üstünə ancaq lalə gülləri gətirib. Sağ olun, Sultanxanım.
Bizimlə bu gün birlikdə Şəhid anaları da Alı Mustafayevin xatirəsini yad edirlər. Hər birinə təşəkkür edirəm. Ziyalılar bizimlə bir aradadır. O, ziyalılardan biri də Əflatun Amaşovdur. Əflatun müəllim daim Alı müəllimin xatirəsini əziz tutdu. Alı müəllimin ailəsi Türkiyədə yaşayırdı. Əflatun müəllimin diqqət və qayğısı nəticəsində jurnaistlər üçün tikilən binada Alı müəllimin ailəsi üç otaqlı mənzillə təmin olundu. Bu da Vətənə xidmətdir. Şəhidə ehtiramdır. Əflatun müəllim, bu diqqət və qayğınız üçün sizə təşəkkür edirik. Buyurun, sözü sizə verirəm”.

Əflatun Amaşov da Şəhidlərimizin Vətən qarşısında xidmətlərinin danılmaz və əvəzsiz olduğunu xüsusilə vuğuladı:

“Şəhidlər Xiyabanında uyuyan hər bir Şəhid bizim üçün əzizdir. Bu gün hamımızın əzizimiz Alı Mustafayevin xatirəsinin işığına yığışmışıq. Burada onunla bərabər Fəxrəddin Şahbazov, Salatın xanım Əsgərova da uyuyur. Onların hər biri o qanlı günləri xalqa olduğu kimi çatdırmaq üçün öz canlarından keçdilər. Xalq olaraq onların xatirəsini daim əziz tutacağıq. Mən Alını yaxşı tanıyırdım. O dövrdə Azərtac-da işləyirdim. Məlumat almışdıq ki, vəziyyət daha da gərginləşir. Qaradağlı hadisəsindən sonra vəziyyət daha da ağırlaşdı. Artıq qərar verildi ki, dövlət adamları Qarabağa getsinlər. Sanki Azərbaycanın seçilmiş ziyalıları birgə helikopterlə hadisə yerinə getdilər. Sanki o dövrkü hakimiyyətin qaymaqlarını Allah-təala bir yerə yığdı və Şəhidlik zirvəsinə ucaltdı. Hər adama qismət olan zirvə deyil Şəhidlik zirvəsi.
Biz Alı ilə mütəmadi əlaqə saxlayırdıq. Vəziyyətə görə elə olurdu ki, xəbərlər gecikirdi. O zaman Alı öz narahatlığını bildirirdi, dərhal zəng edirdi ki, xəbər gecikdi. Alı elə bir şəxsiyyət idi ki, kim onunla bir dəfə söhbət etmişdisə, Alı onun yaddaşında əbədi qalıb. Elə insanlar var ki, onların xatirəsi əbədi olur, unudulmur. Alının da xatirəsi əbədidir. İndi Alının ruhu şaddır. Arzuladığı torpaqlar işğaldan azad olundu. Allah rəhmət etsin. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin.”

Sonra söz BDU-nun Jurnalistika fakültəsinin dekanı dosent Vüqar Əliyevə verildi: “Hörmətli tədbir iştirakçıları hər birinizi salamayıram. Şəhidlərimizin xatirəsi əzizdir, unudulmazdır. Biz də öz növbəmizdə Şəhid jurnalistlərimizin həyatı, fəaliyyətləri haqqında videoçarxlar hazırlayırıq. Bizim Şəhid jurnalistlərimiz tələbələrimiz üçün bir məktəbdir. Məqsədimiz ondan ibarədir ki, həm tələbələr Şəhid jurnalistlərimiz haqqında məlumatlı olsunlar, həm də Azərbaycan jurnalist sənətində bizim sözün əsl mənasında necə qorxmaz jurnalistlərimizin olduğunu gələcək nəsillər də bilsin. Mənim Alı Mustafayevlə birbaşa təmasım olmayıb. Ancaq həmin vertalyot qəzası, Bakıda baş verən hadisələr, telestudiyanın partladılması bunla hamısı yaxşı yaddaşımdadır. Yaxşı yadımdadır, helikopter qəzası zamanı DİN-in qarşısında etiraz aksiyası baş verdi. O dövrlər mən uşaq olsam da, o hadisələr yaxşı yadımdadır. Həmin dövrlər çox çətin, çox ağır dövr idi. Həmin dövrdə haqq səsimizin həm daxili, həm xarici auditoriyaya çatdırılmasında böyük problemlər var idi. Alı Mustafayev ən çətin işin öhdəsindən şərəflə gələn dəyərli həmkarlarımızdan, dəyərli jurnalistlərimizdəndir. O, əliyalın Azərbaycan xalqının haqq səsinin dünyaya bəyan olunmasında bütün imkanlardan istifadə edirdi. Alı Mustafayevi araşdırdığımız zaman onun jurnalistlik fəaliyyətinin müstəsna tərəfləri ön cərgədə dayanır. Həm Azərbaycan xalqı, həm də Həsən Bəy Zərdabinin əsasını qoyduğu Milli Mətbuat Alı Mustafayevi heç vaxt unutmayacaq.”

Çıxış üçün söz “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıya verildi:

“Çox sağ olun, İlham müəllim. Əziz Şəhid anaları, hörmətli tədbir iştirakçıları, Türk gənəliyində belə bir qayda olub həmişə: İstiqlalı uğrunda, torpağın bütövlüyü uğrunda döyüşən ordunun sıralarında Şəhid olan qəhrəmanı sonuncu səngərin ətrafında dəfn edərmişlər. Bunun isə mənası belədir: Şəhid məzarı keçilməzdir. Bizim üçün də Şəhid məzarları keçilməzdir və onların ruhları həmişə Azərbaycanın bütövlüyünü təmin edən, istiqlalının keşiyində dayanan ən mühüm vasitədir. Alı Mustafayev 1988-ci ildən başlayan savaşlarda öndə idi. O, sözlə döyüşürdü. Sözlə mübarizə aparırdı. İki cür müharibə var – bir səngər müharibəsi, bir də informasiya müharibəsi. Biz Birinci Qarabağ savaşında həm də ona görə uduzduq ki, informasiya savaşı yetkin deyildi. Biz Azərbaycan xalqının haqq uğrunda döyüşdüyünü nə Avropa dövlətlərinə, nə dünyaya, nə də keçmiş SSRİ məkanına təbliğ, təlqin edə bilmirdik. Sovet jurnalist sistemi bir başqa idi. O sitemdən müstəqil jurnalist sisteminə keçmək çox ağrılı idi, çox çətin idi. Çünki bunun üçün lazım olan amillər yetərincə formalaşmamışdı. Belə bir dönəmdə Alı Mustafayev Azərbaycanın informasiya savaşının qəhrəmanı oldu. O döyüşürdü, mübarizə aparırdı, nəinki daxili audoriya üçün, hətta xarici auditoriya üçün bu informasiyarın çatdırılması və Azərbaycan xalqının öz torpağı uğrunda, istiqlalı uğrunda savaşının mahiyyətini çatdırırdı. Bu baxımdan Azərbaycan mətbuatı Azərbaycan ordusu qədər döyüşkən olub, erməni ilə mübarizə aparıb. Mənfur düşmənlə təkcə ordumuz savaşmayıb, ziyalılarımız savaşıb, jurnalistlərimiz savaşıb. Onlar hər zaman xalqın yanında olub. Bu baxımdan Alı Mustafayevin fəaliyyəti xalqımızın hər bir övladı üçün öyrəniləsi ömürdür.Xüsusən də mətbuatımız üçün Azərbaycanın gələcəyinin informasiya təminatçısı olan jurnalistlər üçün Alı Mustafayevin həyatı bir örnəkdir. Alı Mustafayev həm mülki həyatda, həm də ən qaynar nöqtələrdə hərbi jurnalistin örnəyinin həyatını ortaya qoydu. Salatın xanım Əsgərova və Alı Mustafayev bunlar bizim ilklərimizdir. Hər bir Şəhidimizə Tanrıdan rəhmət diləyirik. Allah onların ruhunu şad etsin.”
Sonra söz Şəhid analarına verildi. Leytenant Teymur Abbasovun anası Başxanım Abbasova: “Bütün Şəhid analarına, Qazilərə, torpağımızın müdafiəsi uğrunda yumruq kimi birləşən xalqımıza və bizi 44 günlük Vətən Müharibəsi dövründə və müharibədən sonra bizi dəstəkləyən bütün xalqlara təşəkkür edirəm. 30 illik Vətən həsrətini unutdurub, Vətən vüsalını 44 gündə bizə bəxş edən Şəhidlərimizə, bədəninin yarısını Vətən uğrunda verən Qazilərimizə ömür boyu borcluyuq. Candan şirin heç nə yoxdur. Şəhidlər bir daha sübut etdilər ki, Vətən candan da şirindir. Qazilərimiz öz döyüşləri ilə isbat etdilər ki, Vətən candan, qandan, atadan-anadan, övladdan, yardan da şirindir. Allah Şəhidlərimizə rəhmət etsin. Bundan sonrakı günlərimiz zəfər səsi ilə yaşansın. Bu cür alnıaçıq, üzüağ Şəhidlərimizin anım günlərini keçirək və ürək dolusu deyək ki, torpağımız azaddır. Allah bu azadlığı xalqımıza çox görməsin. Allah xalqımıza həmişə dayaq olub, bundan sonra da dayaq olsun. Allah xalqımızı, vətənimizi qorusun. Çox sağ olun.”

Şəhid leytenant Murad Nağıyevin anası Xavər Məhəmmədi: “Hörmətli tədbir iştirakçları hər birinizi salamlayıram. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı arzulayıram.”

Şəhid Əlizamin Mustafalının anası Ülviyyə Nəbiyeva: “Allah bütün Şəhidlərimizə rəhmət etsin. İnanıram ki, illər, əsrlər keçəcək Şəhidlərimiz qədirbilən xalqımız tərəfindən daim böyük ehtiramla yad olunacaq. Şəhidlər yaşamaq, sevmək, atalıq, oğulluq hüququndan keçdilər, Vətən uğrunda canlarını fəda etdilər. Sağ olun İlham müəllim, bir qazaxlı kimi hər zaman sizi öz yanımızda gördük. Dəfələrlə mənim oğlumun adını çəkib Sumqayıta gəldiniz. Çox sağ olun. Allah bütün Şəhidlərimizə rəhmət etsin. ”

Sonra çıxış üçün söz Alı Mustafayevin sinif yoldaşı təqaüddə olan Əməkdar müəllim Fikrət Xəlilova verildi: “Biz Alı Mustafayevlə orta məktəbdə bir sinifdə oxumuşuq. Dost, yoldaş, qardaş olmuşuq. Tələbə vaxtı Bakıda da mütəmadi əlaqə saxladıq. Hərbi xidmətdə olduğu dövrdə məktublaşırdıq. O zaman mən rayonların birində müəllim işləyirdim. Mənə yazdığı məktublarda mütləq kiçik şeir parçaları yazıb göndərərdi. Alı uşaqlıqdan cəsur, qorxmaz,sözünü deyən, igid bir oğlan idi. Uşaqlığından Alının gələcəyi görünürdü. Əliağa Vahidin qəzəllərini, Səməd Vurğunun şeirlərini əzbər bilirdi. Şeir yazanda sinifə gətirərdi. Onun ilk oxucusu sinif yoldaşları olardı. Bu gün Ramiz Göyüşov sağ olsun, Alı haqqında ətraflı bir yazı yazıb. Alı qorxmaz idi. Ölümündən əvvəl də təyyarə qəzasına uğramasına baxmayaraq, yenə də Vətən uğrunda özünü alov içinə atırdı. Alının ruhu şad olsun. İnanıram ki, bütün Şəhidlərimizin ruhu şaddır.”

Sonra Aşıq Şaiq sazda Ruhani havası ifa etdi. Saz havası üstündə Səbinə Yusif Alı Mustafayevin ən çox sevilən “Dəli bir ağlamaq keçir könlümdən” şeirini ifa etdi.

Şairə Güllü Eldar Tomarlı Şəhid jurnalistin həyat yoldaşı Lalə xanıma həsr etdiyi “Lalə” şeirindən bir parça söylədi və Şəhidlərimizə Uca Allahdan rəhmət dilədi.
Sonda söz Şəhidin həyat yoldaşı Lalə xanıma verildi. Lalə xanım Alı Mustafayevin xatirəsini əziz tutduqları üçün Cənab Prezident İlham Əliyevə, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədova, Şəhid analarına, tədbirə gələn hər kəsə təşəkkürünü bildirdi. Alı kimi qəhrəmanın həyat yoldaşı olduğu üçün Allaha şükürlər etdi: “Mən xoşbətəm ki, mənim həyat yoldaşım qəhrəmandır. Onun mənə əmanət qoyub getdiyi üç oğlu var. Mən övladlarını Alının adına layiq böyütdüm. Hər üç övladımız Türkiyədə yaşayır. Bu gün zəng etdilər. Hər kəsə salam söylədilər. Alı o qədər vətənpərvər idi ki, o ancaq Şəhid olmalı idi. Alı dünyasını başqa cür dəyişə bilməzdi. Salatın xanımın xətrini o qədər çox istəyirdi ki. Salatın xanım Şəhid olanda onun məzarını öz əlləri ilə qazdı. Şəhidlər Xiyabanı alının ən müqəddəs məkan idi. Bu gün Alının ruhu şaddır. Torpaqlarımız işğaldan azad olundu. Bütün Şəhidlərimizin qisası alındı. Allah bütün Şəhidləmizə rəhmət etsin. Çox sağ olun.”

Biz də bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhları şad olsun.
olsun.

P.S. Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində doğulmuşdur. 1969-cu ildə kənd məktəbini bitirmiş, ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1971–1976-ci illərdə Bakı elektrik maşınqayırma zavodunda tokar işləmişdir. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır. Alı Mustafayev "Günün ekranı" proqramının aparıcı əməkdaşlarından biri idi. O, 1990-cı il yanvarın 20-də Bakının dar küçələrində insanların Sovet ordusu tərəfindən hədəfə alınmasını lentə köçürürdü.
Alı Mustafayev, Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan — qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanmışdır. O, 1989–1990-cı illərdə Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olmuşdur.
1991-ci ilin 18–19 noyabrında erməni quldurlar Xocavəndin Qaradağlı kəndində kütləvi qırğın törədəndə bu xəbəri yataqda eşidən Alı Mustafayev bütün gecəni yata bilmədi. Səhəri iş yeri Azərbaycan Televiziyasına gəlib təcili Ağdama yola düşən qrupa rəhbərliyi öz üzərinə götürdü. Yoldaşlarının səhhətindəki problemləri təkidlə xatırlatması onu bu ağır səfərdən çəkindirə bilmədi. Noyabrın 20-də Ağdamdan Azərbaycanın dövlət və hökumət rəsmilərini, yüksək rütbəli hərbçiləri Qaradağlıya aparan hərbi vertolyota Alı Mustafayevin reportyor qrupu son anda özünü yetirdi.
O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olmuşdur. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Helikopterdə olan dövlət rəsmiləri ilə birlikdə Şəhid olur.
Alı Mustafayev Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Lalə xanımla ailə həyatı qurub, onların üç övladı var.
Bakı şəhər Nərimanov rayonundakı 202 saylı orta məktəb və küçə Alı Mustafayevin adını daşıyır. Onun adını həm də 1992-ci ildən gəmi daşıyır.
Alı Mustafayev 1991-ci il fəaliyyətinə görə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülüb. Ölümündən sonra Alı Mustafayevə Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Dəli bir ağlamaq keçir könlümdən adlı şeirlər kitabının müəllifidir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:50 İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncamda deyilir: “Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az