t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » "Topaz” müsibətindən “Poz, qazan” faciəsinə keçid: "Bu, qumardır"

"Topaz” müsibətindən “Poz, qazan” faciəsinə keçid: "Bu, qumardır"

12-04-2022, 07:56 Yazar:  Samir Baxılıb: 122 Çap et
"Topaz” müsibətindən “Poz, qazan” faciəsinə keçid: "Bu, qumardır"
Şəhərin hansı metro stansiyasından çıxmağımızdan, hansı avtobusdan enməyimizdən asılı olmayaraq bizi ilk qarşılayan “poz qazan” piştaxtası və onun ətrafına toplaşmış qocadan cavanadək olan insanlardır.
Hər kəs əlində bir və ya bir neçə lotoreya ilə pozur. Pozur ki, bəlkə nəsə qazanar. Son zamanlar bu lotereyanın məhşurlaşmasının başlıca səbəbi insanların bu lotereyadan itirdiklərini yox, qazanclarını bəyan etməsidir. Sosial çətinliyin və işsizliyin olduğu bir dövrdə insanların son ümid yeri bu lotereyalardır.
Təsadüfi deyil ki, bir neçə gün öncə bu lotereyadan qazanılan 200.000 manatdan sonra iki əmioğlu mübahisə edərək polis tərəfindən saxlanıldı. Demək, bu həm də ailələrdə münasibətlərin korlanmasına yol açan bəladır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Sosiolaq Əhməd Qəşəmoğlu ölkəmizdə kazinoların qadağan olunduğunu, lakin qumarın müxtəlif formalarından istifadə edildiyini deyib:
“Əvvəla, bunun artmasının birinci səbəbi odur ki, cəmiyyətin özündə buna şərait var. Belə oyunların populyarlaşması üçün şərait yaradılıb. Azərbaycan cəmiyyətinin bir nömrəli problemi kimi biz çalışmalıyıq ki, cəmiyyətə mənəvi dəyərlərə təsir edən, cəmiyyətə xoş təsir bağışlamayan amillər az olsun. Tarix boyu o cəmiyyət daha ahəngdar inkişaf yolunda olub ki, o cəmiyyətlərdə mənəvi dəyərlər öndə olub.
Amma biz hələlik bu kimi şeylərə fikir vermirik. Müəyyən insanlar o, oyunların qurulmasında əhalini fikirləşmirlər. Onlar öz gəlirini düşünürlər. Bu, qumara dəvət etməkdir. Qumar bizim dinimizdə də qadağan olunub və normal cəmiyyətlərdə də buna yaxşı baxılmayıb. Hətta Sovet dönəmində belə, o cəmiyyətin mənfi xüsusiyyətlərinə baxmayaraq, belə şeylərə qarşı çox ciddi münasibət var idi.
İndiki vaxta insanların buna marağının artmasının bir neçə səbəbi var. Birincisi “poz, qazan” şəbəkələri və ya buna oxşar şəbəkələri üçün yaranmış şərait, ikincisi camaatda müəyyən qədər iqtisadi çətinliklər var və düşünürlər ki, haradansa pul əldə etmək lazımdır. Biri risk etmək üçün oynayır, digəri fikirləşir ki, bəlkə Allah mənə bu yolla pul yetirdi”.
Sosioloq bu oyuna marağın artmasını insanların məşğuliyyətinin olmaması və getdikcə çətinləşən sosial problemlərdə olduğunu bildirib:
“Əgər əhalinin məşğuliyyəti yüksək səviyyədə olsa, hər kəsdə ciddi və ağıllı işlə məşğul olmaq imkanı olsa, heç “poz, qazan” oyunlarına əhalidə maraq qalmaz. Yəni bekar, işi olmayan, pulu olmayan adamlar bu şəbəkənin inkişafı üçün münbit şərait yarandır və həmin kəslər bu şəraitdən sui-istifadə edərək, poz qazan şəbəkəsini daha da inkişaf etdirirlər. Bunun istər ölkə, istərsə də cəmiyyət üçün nəticələri mənfidir və müsbət heç nə ola bilməz. İstər sosial, istər dini, istərsə də psixoloji tərəfdən çox pis nəticələri olur”.
Əhməd Qəşəmoğlu insanların bu oyunlarda ciddi pullar itirdiyini və bunun da ailədaxili problemlərə yol açdığını deyib: “İnsanlar var ki, bu oyunlarda xeyli vəsait itirir və ailələrində ciddi problemlər yaranır. Bu gərginlik boşanmaya qədər gedib çıxır. Bu qumardır. Bunun adını “poz qazan” qoy, “lalələr” qoy bu yenə də qumardır”.
“Mən gedən bütün prosesləri izləyirəm, eyni zamanda sosioloqlarla bu məsələləri müzakirə edirik. Bu oyunlar evlərdə çox ciddi gərginlik yaradır. İnsanlar bu kimi oyunlarla məşğul olanda, özlərində psixoloji dəyişiklik baş verir, psixoloji aşınma yaranır. İnsanın xarakteri dəyişir. Daim gərgin olurlar. Ailədə həmin adamlara münasibət dəyişir. Həmin kişinin anası da, xanımı da ona etiraz edir və yoldaşı ilə yaranan mübahisəni uşaqlar da eşidir və başa düşürlər ki, ataları pis işlə məşğuldur.
Əgər cekpot 5000, 10000, 20000 manatdırsa, bu qumardır. Bunun başqa adı yoxdur. Kazinolar qadağan olunsa da, bu da qumarın ayrı növüdür. Bununla məşğul olanlar daha çox kişilərdir.
Birincisi onlarda psixoloji sarsıntı baş verir, ikincisi ailədə nüfuzdan düşürlər, üçüncüsü isə uduzan zaman ailəyə iqtisadi tərəfdən zərər dəyir və bunun nəticəsində ailələrdə böyük gərginliklər yaranır. Mənəvi dəyərlərə zərər verən istənilən hərəkət ölkədə məhdudlaşmalı və qadağan edilməlidir. Sabah cəmiyyətdə min ailədə belə gərginlik yaranacaqsa, o dörd divar arxanında qalmayacaq və ətrafa yayılacaq. Pul uduzan adam itirdiklərini qazanmaq üçün başqa yollara əl atmağa məcbur qalacaq, kimisi aldadacaq və ya kimdənsə rüşvət alacaq. Əgər mənim səlahiyyətimdə olsaydı, belə şeyləri qadağan edərdim” – deyə o, fikirlərini yekunlaşdırıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az