t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » I QARABAĞ SAVAŞI: FƏRRUX YÜKSƏKLİYİNDƏ KİMLƏR İTKİN DÜŞÜB? - Adlar açıqlandı + SİYAHI

I QARABAĞ SAVAŞI: FƏRRUX YÜKSƏKLİYİNDƏ KİMLƏR İTKİN DÜŞÜB? - Adlar açıqlandı + SİYAHI

31-03-2022, 14:26 Yazar:  Samir Baxılıb: 1256 Çap et
I QARABAĞ SAVAŞI: FƏRRUX YÜKSƏKLİYİNDƏ KİMLƏR İTKİN DÜŞÜB? - Adlar açıqlandı + SİYAHI
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Xocalı inzibat rayonunun Fərrux kəndi istiqamətində 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısını açıqlayıb.

Qeyd edək ki, siyahının açıqlanması Fərrux kəndinin və ətraf yüksəkliklərin martın 24-də Azərbaycan ordusunun nəzarətinə keçməsindən sonra orada aparılan mühəndis-istehkam işləri zamanı insan qalıqlarının aşkar edilməsi ilə əlaqəlidir. Həmin qalıqların 1-ci Qarabağ müharibəsi zamanı Fərrux uğrunda gedən döyüşlərdə şəhid olan və meyitləri tapılmadığı üçün itkin düşmüş sayılan Azərbaycan hərbçilərinə aid olduqları ehtimal edilir.



Dövlət Komissiyası bildirir ki, Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumaasiyası işləri davam etdirilir. Bu istiqamətdə aparılmış növbəti tədbirlər zamanı, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.

“Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcək”, - komissiya bildirir.



Qeyd olunur ki, Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda, Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.



“Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - komissiya bildirir.

Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı:

N Soyadı, adı və atasının adı Təvəllüdü İtkin düşdüyü tarix

1 Abdullayev Əlibala Teyyub oğlu 27.02.1972 19.09.1992
2 Ağayev Arzu Nazir oğlu 16.12.1973 24.01.1993
3 Allahverdiyev Baba Müseyib oğlu 13.11.1971 28.10.1992
4 Allahverdiyev Əhməd Ənvər oğlu 30.04.1974 19.01.1993
5 Bağırov Baləddin Yusif oğlu 19.11.1972 18.09.1992
6 Basenşpiler Mixail Arifoviç 04.02.1963 19.09.1992
7 Baxışov Xəlil Salman oğlu 01.07.1965 28.09.1992
8 Bədirxanov Mehman Əhməd oğlu 27.02.1957 19.09.1992
9 Behbudov Əli Durmuşəli oğlu 01.06.1971 19.09.1992
10 Cəbrayılov İlham İbrahim oğlu 17.01.1973 19.09.1992
11 Cəfərov Mehman Əbdülrəhman o 28.01.1968 20.01.1993
12 Cəfərov Sənan Vəli oğlu 05.08.1972 25.01.1993
13 Dadaşov İlham Adil oğlu 19.06.1973 19.09.1992
14 Eminov Mehman Bəhram oğlu 01.03.1974 25.01.1993
15 Eyvazov Məsud Eynulla oğlu 08.12.1972 19.09.1992
16 Əhmədov Faiz Mahmud oğlu 15.10.1956 20.01.1993
17 Əliməmmədov Vahid Zəbişah oğ 07.11.1971 13.11.1992
18 Əliyev Hidayət Kamal oğlu 01.02.1973 27.10.1992
19 Əliyev İlqar Hidayət oğlu 01.12.1972 24.01.1993
20 Əmiraslanov Bəxtiyar Cahid oğlu 11.09.1971 29.10.1992
21 Əsgərov Bəxtiyar Ağabala oğlu 25.01.1973 19.09.1992
22 Əzizov Pərviz Bayramqulu oğlu 18.12.1969 28.10.1992
23 Fərzəliyev Vidadi Molut oğlu 01.06.1962 25.01.1993
24 Həbibov Elnur Paşa oğlu 21.12.1973 26.01.1993
25 Həsənov Eldəniz İlyas oğlu 17.12.1969 01.01.1993
26 Hüseynov Cəsarət Binnət oğlu 01.11.1973 27.10.1992
27 Hüseynov Hüseyn Əhməd oğlu 21.06.1935 19.01.1993
28 Hüseynov Vüqar Cavanşir oğlu 31.05.1973 19.09.1992
29 Hüseynov Vüqar Tahir oğlu 09.07.1973 25.01.1993
30 Hüseynov Xəqani Saleh oğlu 10.06.1970 28.10.1992
31 İbadov Maarif Məhiş oğlu 18.05.1971 29.09.1992
32 İbrahimov Kərəm Hümbət oğlu 05.05.1972 28.10.1992
33 İsmayılov Tahir İsa oğlu 19.01.1965 30.10.1992
34 İsrafilli Həsən Hüseyn oğlu 05.03.1958 18.06.1992
35 Kərimov Xaləddin Telman oğlu 09.11.1968 27.10.1992
36 Qəhrəmanov Vidadi İslam oğlu 30.03.1971 19.01.1993
37 Qəhrəmanov Qəhrəman Süleyman 05.03.1973 30.09.1992
38 Qubadov Vüqar Hicran oğlu 07.02.1973 19.09.1992
39 Qurbanov Natiq Mirzəli oğlu 16.02.1970 30.10.1992
40 Qurbanov Rasim Fikrət oğlu 19.12.1972 28.10.1992
41 Qurbanov Şaban Qulu oğlu 08.11.1972 28.10.1992
42 Məmmədov Elman Nurəddin oğlu 25.08.1970 11.02.1993
43 Məmmədov Faiz Kərim oğlu 14.09.1971 29.10.1992
44 Məmmədov İlqar Nuru oğlu 01.07.1961 26.01.1993
45 Məmmədov İlqar Şirzal oğlu 08.09.1971 19.09.1992
46 Məmmədov Mehman Tofiq oğlu 15.04.1972 19.09.1992
47 Məmmədov Pərviz Aşralı oğlu 04.05.1973 27.10.1992
48 Mənsimov Rüstəm İsrafil oğlu 01.07.1970 28.10.1992
49 Mirzəyev Araz Seyfəddin oğlu 28.07.1973 25.01.1993
50 Muxtarov Aydın Şaban oğlu 29.05.1974 24.01.1993
51 Namazov Pəhlivan Elman oğlu 29.12.1969 19.01.1993
52 Namazov Elçin Mahmud oğlu 13.09.1962 30.10.1992
53 Nyuneçkin Vladimir Anatolyeviç 03.02.1961 28.10.1992
54 Orucov Kamran Niyətulla oğlu 27.01.1974 19.09.1992
55 Ömərov Nizaməddin Məcid oğlu 09.10.1974 21.01.1993
56 Salmanov Sahib Salman oğlu 16.04.1973 28.10.1992
57 Səmədov Hümbət Əhəd oğlu 04.12.1966 13.06.1992
58 Svanidze Məhəmməd Fəzli oğlu 18.04.1974 22.01.1993
59 Şirinov Zahid Əsədulla oğlu 31.08.1971 20.09.1992
60 Tarverdipur Elşad Hüseyn oğlu 18.03.1971 28.10.1992
61 Təsəlliyev Aqil Böyükağa oğlu 02.02.1973 25.01.1993
62 Zeynalov Bədəl Babası oğlu 19.11.1973 25.01.1993




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az