t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » “Bursa-2022” - türk dünyasının mədəniyyət paytaxtı proqramının açılışı olub

“Bursa-2022” - türk dünyasının mədəniyyət paytaxtı proqramının açılışı olub

31-03-2022, 08:54 Yazar:  Samir Baxılıb: 451 Çap et
“Bursa-2022” - türk dünyasının mədəniyyət paytaxtı proqramının açılışı olub
Türkiyədə “Bursa-2022” - türk dünyasının mədəniyyət paytaxtı proqramının açılış mərasimi keçirilib. Bursa türk dünyasının müxtəlif ölkələrindən gələn qonaqlarını zəngin bədii proqramla qarşılayıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu il ərzində türk dünyasının əsas mədəniyyət mərasimlərinə ev sahibliyi edəcək qədim Bursa şəhəri rəsmi heyətlər başda olmaqla qonaqları qarşılayıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun rəhbərliyi ilə türk dövlətlərini təmsil edən heyət və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı ilə Bursada toplantı keçirilib.

Tədbirdə Azərbaycanı mədəniyyət naziri Anar Kərimov, Qırğızıstanı mədəniyyət, məlumat, idman və gənclər siyasəti naziri Azamat Camanqulov, Qazaxıstanı mədəniyyət və idman nazirinin müavini Nurkissa Dauyeshov, Özbəkistan mədəniyyət nazirinin müavini Muradcan Məcidov, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın rəhbərliyi ilə nümayəndə heyətləri təmsil edir.

Mərasimdə Türkmənistan ölkənin Türkiyədəki səfiri İşankuli Amanlıyev, Macarıstan isə İstanbuldakı Baş konsulu Laszlo Keller səviyyəsində təmsil olunurlar. Bundan başqa, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinov, TÜRKPA Baş katibi Mehmet Süreyya Er, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva və digər rəsmi şəxslər, həmçinin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Ankaradakı səfirləri mərasimdə iştirak ediblər.

Tədbirdə çıxış edən Bursa Bələdiyyəsinin sədri Alinur Aktaş, Bursanın tarixi və mədəni əhəmiyyətindən bəhs edib, türk dünyasının birliyinin daha da güclənməsi üçün Bursanın əvəzedilməz rolundan bəhs edib.

Çıxış edənlər arasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov isə türkdilli dövlətlər arasında bütün sahələrdə olduğu kimi mədəniyyət və ortaq tarixi irsin qorunması sahələrində də birlik nümayiş etdirmək üçün Bursada keçirilən tədbirin rolunu yüksək qiymətləndirib.

Tədbir çərçivəsində türkdilli xalqların milli adət-ənənələrini özündə əks etdirən rəqs nümayişləri, türk bədii yaradıcılığına aid şeir, musiqi və bir çox incəsənət nümunələri, müxtəlif şou əyləncələri, türk xalqlarının qəhrəmanlıq dastanlarından hissələr, tarixi marşlar, "Mehtəran qrupu"nun keçidi yüzlərlə izləyici tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının fövqəladə iclası da martın 31-də Bursa şəhərində keçiriləcək. İclas təşkilati və cari məsələlərə baxacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:53 İlham Əliyev Türk Şurasının Zirvə Toplantısında çıxış etdi - YENİLƏNİB + TAM MƏTN/VİDEO Noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az