t s

» » Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır"

Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır"

19-11-2015, 14:20 Yazar:  Əsmər Baxılıb: 679 Çap et
Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır"

İSLAMDA İBADƏT
Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a), namazı "göz nuru" olaraq təyin etmişdir. Nəfsin pislik və pisliklərdən təmizlənilməsində namaz, çox mühüm bir rol oynamağdadır." Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! ." (Şəms, 9). Səadətə çatmaq nəfsi təmizləməyə və nəfsi təmizləmək isə tam bir şüurla namaz qılmağa bağlıdır. Bu yazını oxuduqdan sonra namazın əhəmiyyətini, ictimai və siyasi ölçüsünü daha yaxşı qavrayacağınızı ümid edirik. Uca Allah, bizləri də həqiqi namaz əhlindən etsin.
"NAMAZ" ƏN GÖZƏL İBADƏT

İnsan yaradanı tanıdıqca ürəyində bir sevgi meydana gəlir. Bu sevgi, Allahın ucalığı qarşısında qulun tapınmasını, qulluq etməsini və könül səmimiliyi ilə əyilməsini tələb edir. Namaz, insanın Rəbbi hüzurunda göstərmiş olduğu qulluğun bir təcəllisi və nişanəsidir. Allaha qul olan və bu qulluğa can-u könüldən iman edən biri, Onun əmrləri qarşısında təslimiyyət edər; hüzurunda təzim ilə əyilər; səcdəyə alnını qoyar; sirrini açar; diləyini səsləndirər və özünü var edən bu oxşarı olmayan, bənzərsiz yaradanı ucalıqla müqəddəs hesab edər.
İnsan, qulluq etmək və ibadət etmək üçün yaradılmışdır. Uca Allah Quran-ı Kərimdə bu həqiqətə belə işarə etmişdir: "Cinləri və insanları ancaq mənə ibadət etmələri üçün yaratdım.
Bu uca hikmət və hədəf, dinin və elçilərin dəvətinin ön planını təşkil etmişdir. Quran-ı Kərimdə, bu barədə belə buyurulur: "Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik.
Bu qulluğun faydasının Allaha deyil, insanın özünə qaytarılacağı, insanın izzət və səadətini təmin edəcəyi məlumdur. Çünki Allah mütləq surətdə hər şeydən ehtiyacsızdır.
"Qazanc əldə edim deyə yaratmadım ki Qula lütfkarlıq olsun deyə yaratdım.". Bir müəllim, şagirdlərinə "Dərsinizə yaxşı hazırlaşın." deyirsə, bunun faydası müəllimə deyil, şagirdlərə toxunacaq. İnsanın qulluq etməsini tələb edən səbəblər xülasə ilə belə sıralana bilər:

Allahın Ucalığı
İnsan, tanınmış biri ilə qarşılaşdığında təvazökar davranar və böyük bir alimlə görüşdüyündə hörmət göstərər. Bu insanlar qarşısında təvazökar və hörmətli olmanın səbəbi, o insanların sahib olduğu ucalıq və elm qarşısında insanın özünü kiçik görməsidir. Şəni uca Allah, əzəmət və böyüklük qaynağıdır. Allahın əzəmət və ucalığını tanıyan insan, xuzu və xuşu edər.

Ehtiyac və Bağlılıq Hissi
İnsan, hər tərəfi ilə möhtac və zəif bir varlıqdır; uca Allah isə ehtiyacsızlığın zirvəsi, mütləq mənada münəzzəhdir və insanın hər şeyinin sahibidir. Beləcə bu həqiqət, insanın Allah qarşısında qulluq etməsini tələb edən əhəmiyyətli səbəblərdən biridir.

Nemətə Şükr etmək
Hər sahədə və hər tərəfdən insanı ətraflı əhatə edən saysız-hesabsız ilahi nemətlər, Allaha tapınmanın ən güclü məqsədini ortaya qoyar. İnsan dünyaya gəlməzdən əvvəl bu nemətlər yağışı başlar, ömür boyu davam edər və hətta ləyaqət göstərildiyi təqdirdə axirət yurdunda da o nemətlərdən pay alınar. Quran-ı Kərim bu nöqtəyə işarə edərək əsr-ı səadətdəki Müsəlmanlara xitab olaraq belə buyurmaqdadır:" Bu evin Rəbbinə (Kəbənin sahibi Allaha) ibadət etsinlər! O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi. "
Fitrət
İbadət və qulluq, insanın öz yaradılışında var olan bir həqiqətdir. Bu səbəbin yetişkinləşməsi və ən mükəmməl halına ucalması, əsl məbuda yönəlməsiylədir. İnsanın azğınlığ içində olması və çıxılmaz vəziyyətə düşməsi nəticəsində qorxu hissi məbudlara qulluq etməsini qaçılmaz edir. Büt, ay, günəş və buzova tapınmaq, bu azğınlığın mövcud və konkret nümunələrindəndir. Bu dəlalətin insan həyatındakı fərqli bir əks olunması isə mövqe, tağut, medal, qadın, avtomobil... kimi şeylərə tapınmaqdır. Peyğəmbərlər, fitrəti öz gerçəyinə çevirmək və insanı başqalarına qul olmaqdan qurtarmaq üçün gəlmişlər. Möminlərin Əmiri Əli (ə.s), Allah Rəsulunun (s. a. a) peyğəmbərliyini belə şərh etməkdədir: "Allah, qullarını bütpərəstlikdən qurtarıb, Allaha tapınmağa dəvət etməsi üçün Hz. Məhəmmədi (s. a. a) peyğəmbərliyə seçdi. "
İbadət və qulluq səbəbi insanın fitrətində gizlidir. Bu səbəbin yaxşı öyrədilməməsi və yönəlməsi lazım olduğu istiqamətə istiqamətləndirilməməsi vəziyyətində, tağut və bütpərəstliyə yönələcəyi qaçınılmazdır. Bu, hər uşağın bəslənmə ehtiyacına bənzər; bu ehtiyac doğru olaraq odənilmədiyi təqdirdə, uşağın torpaq yeməsi və hətta bundan zövq alması çox təbiidir. Bu fitri meyl də doğru bir istiqamətdə doyurulmayacaq olsa, əlbəttə ki insan keçici və səmərəsiz eşqlərə və ya məzmunsuz və azğın tapınmalara düçar olacaq.
Hər evin ünvanı ev sahibindən və ya evin yolunu bilən birindən soruşulmalı deyilmi? Hər qarşılama və qonaqlıqda ev sahibinin düşüncə və məqsədi güdülməli deyilmi? İbadət, kainatın yeganə sahibi Allahın hüzurunda dayanmaq və qulları üçün sərmiş olduğu mənəvi süfrədə iştirak etməkdir. O halda necə ibadət edilməsi lazım olduğu da Ondan öyrənilməli, əmrinə uyğun hərəkət edilməli, nəyi ibadət olaraq qəbul etdiyi təyin olunmalı və necə bir ibadət istəmiş olduğu qavranmalıdır. İbadətlərin və xüsusilə də yazının mövzusu olan namazın həm vizual qəlibi və həm də məzmunu dinin istədiyi və din rəhbərlərinin tətbiq etdiyi kimi tətbiq olunmalıdır. İndi ən gözəl və ən olğun ibadəti maddələr halında sıralayacağıq.
Bu xüsusdakı bir hədis belədir: "Müdrik insanın qıldığı iki rükət namaz, cahilin qıldığı yetmiş rükətdən daha üstündür. " Bir başqa hədis də belə buyurmaqdadır: "Şüursuz olaraq ibadət edən kimsə, dəyirman daşını çevirən uzunqulağa bənzər” (ətrafında dövr edər və fırlanar dayanar amma heç bir şəkildə irəliləyə bilməz). "
İmam Cəfər Sadiq (ə.s) belə buyurmuşdur: "Kiminlə danışdığının şüuruyla iki rükət namaz qılan insanın günahları bağışlanar. "
Namaz ancaq bu surətdə ruhun meracı, pislik və pislikdən saxlayan əməl və insanı Allaha yaxın edən səbəbi ola bilər.
İbadətdə ruhun vəcd ilə dolmasına və qulun ibadətindən həzz almasına səbəb olan şey, Allah eşqi və sevgiliylə danışmaq üçün can atmaqdır. Halsızlıq, tənbəllik və keyliklə edilən ibadətlər, insanın Allah ilə raz-u niyaz və xəlvət etməyə şövqü olmadığını göstərər. İmam Zeynəlabidindən (ə.s) rəvayət edilən "Münacat-Xəmsətə Əşər" duasında belə yalvarılmaqdadır: "Allahım! Sevinc və şadlığımı qulluğunda et."
adət etməkdən həzz almayan, dadlı bir yeməkdən zövq almayan xəstələr kimidirlər. İnsanın bu şövq və eşqə sahib olması vəziyyətində, xarici təsirli təbliğ və təşviqə də çox gərək qalmayacaq və insan, könülündəki eşq ilə ibadətə yönələcək və hətta məşhur və hörmətli biriylə görüşmək üçün səbrsizləndiyi və bu görüşmə ilə xoşbəxt olduğu kimi ibadətdən də həzz duyacağ və vəcdə gələcəkdir. Azan, aşiqlərin müsahibə anını müjdələyən səslənişdir. Uca İslam Peyğəmbəri (s. a. a), namaz vaxtı girəndə, azan oxuması üçün Bilala "Ey Bilal, bizi qəm və ağrılardan qurtar, rahatlaşdır!" deyə buyurar və vəsfedilməz bir coşğuyla namaza durardı.
İxlasla Edilən İbadət:
Heç bir şeyin, riya və nümayiş qədər ibadətin fəlakəti ola bilməyəcəyi kimi heç bir şey də ixlas qədər ibadət və namaza dəyər qata bilməz. İbadət edərkən ixlasa sahib ola bilməyin və ürəyi şeytanın vəsvəsələrindən qoruya bilməyin çok çətin olduğunu da vurğulamaq lazımdır. Yalnız alını torpağa qoyaraq səcdəyə bağlanmaq, namazın surə və dualarını səhvsiz oxumaq, camaat namazına qatılmaq, ilk cərgədə iştirak etmək... kimi xüsuslar kafi və namazın qəbul edilmə ölçüsü deyil. İbadət xalis olmadıqca, riyadan təmizlənmədikcə və ilahi rəngə bürünmədikcə Allahın hüzuruna çata bilməyəcək və qəbul edilməyəcək. Quran-ı Kərimdə belə buyurulmaqdadır: "Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər."
Xuşu, qulun ilahi hüzurda tam mənasıyla qulluq mövqesinə cəmləşməsi nəticəsidə könülündə ibarət olan bir haldır. Möhtac və aciz olduğunu bilən, Allahın ucalıq və kamalını anlayan, yeganə və hər şeydən xəbərdar Allahın hüzurunda özünü görən insan, bu hüzura gəlişə uyğun düşəcək bir hal tapar və ürəyi xuşu edər. Bax bu insan, Allahdan başqa hər şeydən qopar və baxışları belə bu xuşu halından təsirlənərək qısılar. Quran-ı Kərimdə, iman əhli və ibadətləri belə təyin olunmaqdadır: "Onlar namazlarında xuşu edən kəslərdir."
Ayənin işarə etdiyi xuşu xüsusiyyəti, Allahın hüzurunda qulluq mövqesinə gəlməsinin nəticəsidir. Bu xüsusdakı bir hədisdə belə buyurulmaqdadır: "Allahı görürmüşsən kimi ibadət et. " Bir başqa hədis isə belədir:
"Son namazın kimi namazı vaxtında qıl. " İnsan bu halını hər vaxt qorumalı və Allah ilə danışmaq üçün son fürsətiymiş kimi namaz qılmalıdır. Allah Elçisi (s. a. a) belə buyurmaqdadır: "Savab baxımından ən uca ibadət, gizli olaraq edilənidir. " Bu hədis, cəmiyyət arasında edilən (xüsusilə də nafilə) ibadətlərin, riya və nümayiş fəlakətiylə hədələləndiyi gerçəyinə işarə etməkdədir. Ancaq məsciddə və camaatla namaz qılmağın, evdə və tək olaraq namaz qılmağdan daha savab olduğu baxımından İslamın xüsusilə əmr etdiyi xüsuslar, ibadətin gizli edilməsi əhatəsi xaricindədir. Şeytan, insanın düşmənidir; insanı qurtuluş və hidayət yolundan sapdıracağına və özü kimi atəş uçurumuna salacağına dair and içmişdir. Beləcə bu düşmənliyindən ötəri də insanın ibadətlərini məhv edə bilmək üçün bütün gücüylə çalışar və cürbəcür tələlər qurar. Bəzən insanın niyyətini pozaraq riyaya salmaq, ibadət etdiyi üçün insanı özünə sevdirmək, insanın ibadət etməsinə mane olmaq və bəzən də insanın qulluq yolundakı zəhmətlərini heç və hədər etmək üçün günaha sürümək istiqamətində tələlər qurar.
Beləliklə bu vəziyyət, bir əkinçinin ağır zəhmətlərə dözərək əldə etdiyi məhsulun bir qığılcımla yanıb kül olmasına və tüstüyə çevrilməsinə və yaxud da aydın bir tas suyun içinə bir həşəratın düşməsini kimidir. İbadət də bəzən riya və günah fəlakətiylə hədər olar gedər. Özünü bəyənmişliklə edilən ibadət, riya ilə qılınan namaz, minnətlə verilən sədəqə, dedi-qodu ilə edilən yaxşılıq... yanıb kül olan və tüstüyə çevrilən məhsul kimidir.
İbadətin; qulluq, Allahın əmrlərinə itaət, ilahi təklifi yerinə yetirmək, dini hökmlərə boyun əymək olduğunu daha əvvəl ifadə etmişdik. Məsuliyyət çərçivəsində tətbiq olunan ibadətlərin; niyyət, məzmun, yerinə gətiriliş xüsusiyyəti və adamın fərdi xüsusiyyətləri baxımından bir sıra mərhələləri vardır. Müəyyən bəzi şərtlər güdülərək edilən bir ibadət, bəzən düzgünlük, bəzən qəbul olma və bəzən də kamal xüsusiyyəti qazanar. Bu deməkdir ki ibadətlər üç kateqoriyada qiymətləndirilə bilər:
- Doğru olan ibadətlər
- Qəbul edilən ibadətlər
- Kamil olan ibadətlər

İndi bunların hər birini ayrı-ayrı araşdıracağıq.
Doğru Olan İbadətlər
Niyyət və quruluş şəkli, ibadətləri doğru edən iki təməl əlamətdir. İbadət edən insan, bir tərəfdən riya və nümayişdən uzaq qalaraq yalnız Allaha yaxın olma və əmrini tətbiq niyyəti daşımalı və kənar yandan da bu
müqəddəs niyyətlə etdiyi ibadətdə, ən kiçik detallara qədər dinin əmrini güdməlidir. Əməlin xalis olması və ibadətlərin ilahi niyyət daşıması, insanlardan tərif və təşəkkür gözləməsi içində olmamaq mənasınadır. İnsan bütün səyiylə Allah üçün çalışmalı və qulluğunun mükafatını da Allahdan diləməlidir. İmam Cəfər Sadiq (ə.s) belə buyurmaqdadır: "Xalis əməl,Allahdan başqa kimsədən tərif gözləmədiyin əməldir. "
İbadəti doğru edən bir başqa xüsus da fərdi zövq, istəy və günün modasına uyğun olaraq deyil, dini əmrləri güdərək ibadət etməkdir. Namaz necə, nə zaman səssiz, nə vaxt səsli, nə vaxt oturaraq, nə vaxt ayaqda, nə vaxt dörd rükət və nə vaxt iki rükət qılınar... kimi xüsuslarda ilahi əmrlər güdülməlidir. Uca Allah Elçisi (s. a.) belə buyurmaqdadır: "Sünnəyə uyğun olmayan nə sözün, nə əməlin və nə də niyyətin heç bir dəyəri yoxdur. "
Biri sizə "Bu nöqtədən hərəkət edərək bu istiqamətə doğru yüz addım ged və orada basdırılmış olan xəzinəni çıxar, apar." deyər və siz də eynilə bunu tətbiq etsəniz, xəzinəyə çata bilərsiniz ancaq; amma əgər bir neçə addım irəli gedəcək və ya geri qalacaq olsanız, xəzinəni tapa bilməməklə qalmayıb bihudə zəhmət də çəkmiş olacaqsınız.
Bir dostunuza zəng etmək istəyirsiniz; nömrəni əskiy və ya çox yiğmış olsanız, axtardığınız adama çata bilməyəcəksiniz. Açarın bir dişinin az və ya çox olması vəziyyətində, qapı və ya kilidi aça bilməyəcəyiniz məlumdur. Bəzən insan, azğınlığdan ötəri ibadətin şəklində dəyişiklik edər. Bu, ya inaddan ya aydın və kəramət sahibi görünmə dürtüsündən ya da məlumatsızlıq kimi səbəblərdən qaynaqlanar. Halbuki qulluq, ibadətin şəklində dəyişiklik etmədən dinin əsas buyurduğu şəkildə ibadət etməkdir. "Doğru olan ibadət" ancaq bu vəziyyətdə edilmiş olar.

Qəbul edilən İbadətlər
İbadətlər, niyyət və şəkil baxımından doğru olmaqla birlikdə, insanı Allaha yaxınlaşdırar və O uca şəxsin razılığını qazandırar xüsusiyyətdə isə ancaq Allah qatında qəbul edilər. Niyyət və şəkil baxımından doğru olduğu halda insana kamillik qazandırmayan və ruhunu təmizləməyən, ümumi mənasıyla ibadət və xüsusi mənasıyla da namaz, şəfa verməyən bir dərmana və yaxud alıcısı olmayan bir əmtəəyə bənzər. Bəzən ibadət, yalnız insanı əzabdan qurtaracaq və bəzən də qulu Allah qatında sevdirərək ibadətinin qəbul olmasına səbəb olacaq bir səviyyədədir. Ayə və hədislərdə, ibadətlərin Allah qatında qəbul olunmasına səbəb olan bir çox səbəblərə işarə edilmişdir. İndi nümunə olması baxımından bunların bəzilərinə toxunacağıq:
Uca Allah Quran-ı Kərimdə belə buyurmaqdadır: "Kişi və qadından hər kim inanmış olaraq yaxşı bir iş etsə, onu xoş bir həyatla yaşadarıq." Başqa bir ayətdə isə belə buyurmuşdur: "Kim imanı inkar etsə, şübhəsiz əməlləri boşa gedər. " Allaha imanı olmayan kimsə, ibadətlərinin Allah qatında qəbul edilməsini necə gözləyə bilər?
İbadətləri doğru və ilahi yolda qərar edən şey, Allah qatından seçilmiş bir rəhbərin yolunu izləməkdir. Doğru ibadət xətti, ancaq beləsi bir rəhbərlik və vilayət sayəsində faydalı olar; əks təqdirdə bu ibadətin ya heç bir xüsusiyyəti olmayacaq ya da Allah yolu düşmənlərinin hədəfinə xidmət edəcək. Səfərə çıxmaq istəyən insanlar, ancaq yol-iz bilər və etibarlı bir şoferlə səfər edəcək olsalar, mənzilə çatacaqlar. Güvənilməyən, naşı və ya sərxoş bir şoferlə yola çıxmaq, yolçuları mənzildən saxlamaqla birlikdə həyati təhlükələrlə də burun buruna gətirəcək. Günümüzdəki İslam ölkələri, ən qiymətli qanunlara və İslami təlimlərə sahib olduqları halda, günahsız rəhbərlərə və ya onlara vəkalət edənlərə boyun əymədikləri və tağut rəhbərliyinə təslim olduqları üçün zillətə düşmüş və bölünmüşlər. İbadət, ancaq doğru rəhbərlik sayəsində əsl mənasını tapar və Allah qatında qəbul edilir. İmam Məhəmməd Baqir (ə.s) bir hədisində belə buyurmuşdur: "Allah qatından imamı olmadan Allaha yaxınlaşmaq məqsədiylə zəhmətlərə dözərək ibadət edən kimsənin əməli qəbul olmaz. "
Bir başqa hədis isə belədir: "Uca Allah, bizim vilayətimizi qəbul etməyən kimsənin əməlini ucaltmaz. "
Edilən yaxşılıqlar, ancaq təqvadan qaynaqlandığı təqdirdə Allah qatında qəbul edilir. Allah üçün edilən qulluğun qəbul edilməsi, təqvaya və günahdan çəkinməyə bağlıdır. Quran-ı Kərim, Allah üçün qurban edən və birininki qəbul edilərkən digərininki rədd edilən Habil və Qabilin əhvalatını xatırlatdıqdan sonra belə buyurmaqdadır: "Allah yalnız təqva əhlindən qəbul edər." Oğurluq mallarla yoxsullara edilən yaxşılıq, Allah qatında qəbul edilməyəcək. İnsanların haqqını qəsb edib namaza duran insanın namazı əlbəttə ki geri çevriləcək. Namaz qılmadan edilən cihad, zülmdən qaçınmadan qılınan namaz, böhtan və dedi-qodudan çəkinmədən edilən həcc, Müsəlmanların namusuna pis gözlə baxmaqdan təmizlənmədən qılınan gecə nafiləsi... uca Allah qatında qəbul görməyəcək. Çünki bu əməllər təqva məhrumudur və təqvadan məhrum əməllər də xeyr əməllərdən hesab edilə bilməz.
Yoxsul insanlar, Allahın məzlum qullarıdırlar. Bu məzlum və məhrum qullara kömək edilmədən edilən qulluq və ibadətin Allah qatında heç bir dəyəri yoxdur. Ümumiyyətlə ayə və hədislər, namaz və zəkatı yan-yana zikr etmişdir. Çünki namaz, qulun Allah ilə və zəkat isə insanın Allah qullarıyla olan bağıdır. İmam Rza (ə.s) belə buyurmaqdadır:"Zəkat verməyənin etdiyi namaz qəbul deyil." İnsan, malına bağlılığ etmiş olan kasıb haqqını ödəməməklə həm günah etmiş olar, həm malına haram qarışar və nəticə olaraq da ilahi xəttdən sapmış olar.
İslam cəmiyyəti, Müsəlmanlar arasındakı sarsılmaz bağlar və qardaşlıq duyğuları təməlində qurulmuşdur. Bu bağların qopmasına, vəhdətin pozulmasına, insan haqqlarının ayaq altına alınmasına səbəb olan hər şey dini hökmlərnən tənqid edilmiş və ibadətlərin qəbul olmasına maneə törədən mühüm məsələ olaraq təyin olunmuşdur. Qiybət, böhtan, ixtilaf salma, ara vuruculuğ, pis əxlaq, çirkin rəftar, insanları incitmə, rəhm bağlarını qoparma... qardaşlıq duyğularını zədələyən və vəhdəti pozan məsələlərin nümunələridir.
Rəhm bağlarını qorumaq, gözəl əxlaq, insanlara sevgi ilə yaxınlaşmaq, nikbin olmaq isə Allahın razılığını qazanmağa və əməllərin qəbul olmasına səbəb olar. Sadaladığımız xüsuslarda bir çox hədis rəvayət edilmişdir.
Allah Elçisi (s. a. a) belə buyurmaqdadır: "Müsəlman bir qadın və ya kişinin qiybətini edən kimsə, qiybətini etdiyi şəxsi razı etmədikcə qırx gün boyunca etmiş olduğu namazlar və tutmuş olduğu oruclar qəbul olmaz. " Uca İslam Peyğəmbəri (s. a. a), bir hədisində Əbuzərə xitab olaraq belə buyurmuşdur: "Ey Əbuzər, din qardaşına küsüb uzaqlaşmaqdan çəkin! Çünki əlaqəni kəsmək, əməlin qəbul edilməməsinə səbəb olar. " İmam Cəfər Sadiq (ə.s) də bu barədə belə buyurmaqdadır:
"Sirkənin balı pozduğu kimi, pis əxlaq və çirkin davranış da əməli pozar. "
Bir dam altında yaşayan həyat yoldaşlarının, bir-birləri üzərində qarşılıqlı haqqları vardır. “Arvadını incidən ərin və ərini incidən qadının namaz və yaxşı əməlləri Allah qatında qəbul edilməz.” İmam Cəfər Sadiq (ə.s) belə buyurmaqdadır: "Ata və anasına, özünə zülm etmiş olsalar belə, hiddətlə baxan kimsənin namazı Allah qatında qəbul edilməz. " Qul ilə Allah arasında yaradılan bağ, ailə fərdlərinin qarşılıqlı haqq və vəzifələrinin qorunması halında faydalı olacaq. Namaz, ruhun meracı və mənəviyyat nərdivanıdır. İnsanın meraca çıxması, bu nərdivanın ayaqlarının möhkəm və sarsılmaz olmasına bağlıdır. Allah ilə əlaqənin sarsılmaz təməlini, ailə fərdləri arasındakı gözəl və doğru əlaqələr meydana gətirməkdədir.
Ibadətin Qəbul Olma Əlaməti
Bura qədər ifadə olunan şərtləri qorumalı , namazlarımızın faydasız və qulluğumuzun da təsirsiz olmamasına diqqət yetirməliyik. Sırf öhdəçiliyi yerinə yetirmək kafi deyil; ibadətə əmr edən Allahın qəbul
edəcəyi şəkildə məsuliyyətimizi yerinə yetirməliyik. Möminlər Əmiri Əli (ə.s) belə buyurmuşdur:
"Əməlin özündən çox, qəbul edilməsi yönündə vasvası davranın. "
İbadətlərimizin uca Allah qatında qəbul edildiyini necə anlayaq?
İmam Cəfər Sadiq (ə.s) ibadətlərin qəbulluq əlamətini belə açıqlamaqdadır:
"Qıldığın namazın qəbul edilib edilmədiyini bilmək istəyən kimsə, namaz qıldığı halda günaha və xətaya düşüb düşmədiyinə baxsın; hər nə ölçüdə günaha düşməkdən saxlamışsa, o miqdarı qəbul edilmişdir. "

Kamil Olan İbadətlər
Düzgünlük və qəbul olma şərtlərinə əlavə olaraq bəzi şərtlər də vardır ki ibadətin kamil olmasına səbəb olar.
Kamil ibadətlər, aşağıda ifadə olunan şərtlərə sahib olan ibadətlərdir.
a) Ən Çətin Olan İbadət
İbadətin çətinliyinə dözmək, tənbəlliyi məğlub etmək, ibadət üçün bədəni çətinliyə salmaq, eşq ilə və nizamlı olaraq ibadət etmək lazımdır. Möminlərin Əmiri Əli (ə.s) belə buyurmaqdadır: "Ən üstün əməl, yerinə yetirmək üçün özünü məcbur etdiyin əməldir. " Ən çətin anlarda Allah Rəsuluna (s. a. a) kömək etmək, piyada olaraq Kəbəni və müqəddəs türbələri ziyarət etmək, can və mal ilə Allah yolunda nəfsə qarşı cihad etmək, din üçün Vətən və millət ücün çətinliklərə sinə gərmək ibadəti kamil edən şərtlərdəndır.
b) Nizamlı və Davamlı Olan İbadət
İnsan, ibadət barəsində də müəyyən bir proqram üzrə hərəkət etməli və bunu heç unutmamalıyıq. Hədislər,
mömin insanın, öz zaman və işlərini nizamlı etməsi və müəyyən bir zamanı da Allaha qulluq üçün ayırması lazım olduğunu vurğulamaqdadır.
c) Daha Əhəmiyyətli Olan İbadət
İnsan, əhəmiyyət baxımından işlərini müqayisə etməli və daha əhəmiyyətli olanları ön plana çəkməlidir. İnsan, öz qohumları arasında yoxsul olarkən başqalarına sədəqə verə bilməz. Müstəhəb əməllər, vaciblərə (fərzlərə) zərər verirsə, onları tərk etməlidir. Möminlərin Əmiri Əli (ə.s) belə buyurmaqdadır: "Müstəhəb əməllər vaciblərə zərər verirsə, (Allaha) yaxınlıq gətirməz. "
d) Bərəkətli Olan İbadət
Bəzən bir əməlin kamil olması, bərəkətli olmasına bağlıdır. Yəni insan, xeyiri və faydası keçici olan əməllər yerinə, qalıcı və əhatəli olanları seçməlidir.
İrəli Aparan İbadət
Yaxşılıqlarda qabaqcıl olmağın, quruluşçu və xeyirli işlərə doğru qaçmanın özünə xas imtiyazları vardır. İslamın qürbət günlərində Müsəlmanlığı seçmək, əlbəttə ki Müsəlmanların güclənməsindən sonra Müsəlman olmaqdan daha üstündür. Namaz vaxtının girişiylə bərabər vaxtlı-vaxtında olaraq namaza durmağ və uca Allahın razılığına səbəb olan gətirən işlərdə yarışmaq və qabaqcıl olmaq lazımdır. "Tələsin" və "Yarışın" növündən Quran və hədislərdə təkrarlanan nidalar, ibadətlərin kamil olmasının yarışmada gizli olduğunu ifadə etməkdədir.
Mütəmadi və Könül Fərahlığı İlə Edilən İbadət
Münafiqlər, tənbəllik və halsızlıqla namaz qılarlar. Şübhəçilər, ibadət edərkən şübhəyə, halsızlığa və
tənbəlliyə düşərlər. Kamil olan ibadətlər, könül fərahlığıyla və davamlı olaraq yerinə yetirilən ibadətlərdir. Hal olaraq az və xüsusiyyət olaraq davamlı edilən ibadət, insanı yoran və nəticə olaraq da bezginlik gətirən çox ibadətdən daha üstündür. Uca Allah, mələklərin ibadətini belə vəsf etməkdədir: "Gecə gündüz heç yorulmadan Allahı təsbeh edərlər. "
Bəsirət və Yəqinlə Edilən İbadət
Şüurlu olaraq və yəqin halında edilən ibadət, quru və yəqinsiz ibadətlərdən qat qat üstündür. Bu xüsusdakı bir hədis belə buyurmaqdadır: "Şübhəsiz ki az amma davamlı və yəqin halında yerinə yetirilən bir əməl, Allah qatında, yəqin olmadan edilən çox əməldən daha üstündür. "
Bu sahədə yazıla biləcək daha başqa şərtlər də vardır; ancaq bu qədərinin kafi olduğunu düşünür və bu qədəriylə kifayətlənirik.

QURANDA İBADƏT
«Sənin boynundakı bütün hüquqların ən böyüyü sayılan, Allahın haqqı budur ki, Ona ibadət edəsən və Ona heç bir şərik qərar verməyəsən. Hər vaxt Allahın bu haqqını yerinə yetirə bilsən və ixlasla bəzənə bilsən, Allah Özünə vacib etmişdir ki, dünya və axirətdə sənə kifayət etsin. Bu barədə, istədiyini sənin üçün saxlasın!.»
Peyğəmbərlərin tərkidli proqramlarından biri, insanı Allah müqabilində pərəstişə və hər cür şirkə qarşı mübarizəyə dəvvət etsin. Qurran bu barədə buyurur:
«Biz, hər ümmətə Allaha ibadət edin, tağutdan və təcavüzdən çəkinin deyə peyğəmbər göndərmişdik. Belə olan təqdirdə onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yoldan azmış oldu. Yer üzündə gəzib dolanın görün ki, peyğəmbərlərə qarşı yalan nisbət verənlərin axırı necə oldu!»
Yuxarıdakı ayədə, Allaha tərəf və Ona pərəstişə dəvət olunur. Allaha şərik qoşmağın müxtəlif cəhətləri ilə mübarizə etmək, bütün İlahi peyğəmbərlərin vəzifəsi kimi bəyan olunur. Onlar, bütün qüvvələri və qüdrətləri ilə bu yolda çalışmışlar və öz vəzifələrini ən yaxşı şəkildə icra ediblər. İnsanları bütpərəstlik, günəş və aypərəstlik, inəkpərəstlik və bəşərpərəstlikdən, Allahpərəstliyə tərəf çəkiblər. Allah müqabilində təvazökar olub ibadət etmək, bəşərin fitrətindəndir. Fitrətin mənalarından biri də meyldir. Bu meyl, bəşərin əsas vücudundan bir qismini təşkil edir və bütün insanlarda aşkar şəkildə özünü büruzə verir.
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bu barədə buyurur:
«Bu dünyaya gələn hər bir uşaq, dünyaya, Allaha pərəstiş fitrəti və meyli ilə qədəm qoyur. Əgər bu meylin əksi olaraq yəhudi, xaçpərəst və ya məcusi olursa, bu iş onun ata-anasının tərəfindəndir.»
Pisixoloqlar, insanın zatən və kəsbsiz olan meyllərini xatırlatmış və ondan "ali meyllər" ünvanı ilə ad aparmışlar. Deyirlər: İnsanın həqiqət axtarmaq meyli olduğu kimi, elm, hikmət və fəlsəfənin ardınca olmaq meyli də həmin meyldən sərçeşmə alır. Yə᾿ni, insanın zatən meyli var ki, həqiqəti və haqqı tanısın. Bu meyl, insanda uşaqlıq vaxtlarından başlayıb ömrünün sonuna qədər onda davam edir. Uşaqın hər şeylə maraqlanmaq hissi və ata-anasından müxtəlif suallar etməsi, həmin həqiqət axtarmaq hissindən qaynaqlanır.
O, əşyaların müxtəlif səbəblərə görə yaranması və yaradılışın sirrindən xəbərdar olmaq istəyir. İnsan, fəzilətlər və əxlaqi cəhətlərdən işlərə meyli olduğu kimi batində, zati cəhətdən yaxşılıq, ehsan və bir-birinə sədaqətdən ləzzət alır. Hər şəkildə olursa olsun, insanın gözəlliyə, gül-çiçək, çəmən, şəlalə və s. bəlkə də, bütün mənəvi, maddi və əxlaqi gözəlliklərə meyli vardır. Bu meyllərin heç birinin sübutunda dəlil və burhana ehtiyac yoxdur. İnsanın mütləq kamala çatmağa, elmə və hər şeyi yaradanın kim olmasına, bütün kamalların mənbəsinə və ona tərəf qayıdanlarının kim olmasına olan meyllərini də sübut etməkdən ötrü dəlilə ehtiyac yoxdur.
Qurani-kərim insanın zatən, Allahı axtarma hissinə malik olması barəsində buyurur:
«Haqqtələb olduğun halda, diqqətini Allahın fitri olaraq insanlara verdiyinə tərəf et. Bu elə bir şeydir ki, Allah sizi o xasiyyətdə yaratmışdır. Bəs bu fitrət və hissiyyata həmişə nəzər et. Bu Allahın yaradılışıdır və onda heç bir dəyişiklik yoxdur!»
Bu ayədə, dini iki mə᾿nadan biri kimi qələmə vermək olar:
1. Dinin hökmlərinin və əsas qanunlarının insanın fitrət və hissiyyatı ilə müvafiq olması.
2. Allaha tərəf meyl etmək, Quranın «İslam» adlandırdığı, Allah müqabilində təslim və təvazökar olmaq haləti və hər nəyin bu vəsfi özündə cəm etməsi ilə müsəlman adlandırılması.
Beləliklə, belə bir nəticə almaq olar ki, dinin fitri olması bu mə᾿nadadır ki, hər kəsin zatında və xüsusiyyətində bir növ, Allaha tərəf meyl etmək və Onun əhkamları və əmrləri müqabilində sırf şəkildə təslim olmaq meyli vardır.
Əmirəl-mö᾿minin Əli (əleyhissalam), Nəhcül-bəlağədə fitri din barəsində belə buyurur:
«Allah-taala, Öz elçilərini insanların arasına dalbadal göndərir ki, fitrət əhdinə vəfa etməyi onlardan tələb etsinlər.»
Başqa yerdə Həzrət buyurur:
«Tövhid (la ilahə illəllah) və ixlas kəlməsi, insanın fitrətində var!»
Fitri məsələnin dəlilə ehtiyacı olmasını qeyd etdiyimizə baxmayaraq, bəzən görürük ki, insan, vəzifə, məqama xatir öz məbudundan qafil olduğuna görə bütünlüklə unutqanlığa düçar olduğu halda, hər hansı bir hadisə, qəflətən onu yuxudan ayıldır və onun öz diqqətinin məbuduna cəlb olmasına səbəb olur. Bu halda insan, öz ehtiyac əlini Ona tərəf uzadır. Bununla da, başa düşür ki, bu iş insanın zatındadır. Lakin, qəflət və məqam tozu, müvəqqəti olaraq onun üstünü örtmüş və bu pərdə nə vaxt aradan getsə, insan Allahnı tanıyar. Məşhur hədislərdən birində oxuyuruq:
«Bir nəfər, İmam Sadiq (əleyhissalam)-ın hüzuruna gəlir və Allahşünaslıq barəsində öz təəccübüdən söz açaraq, ərz edir ki: Mən, elm pəhləvanları ilə mübahisə etmişəm lakin, heç biri Allahı mənə sübut edə bilməyiblər. Həzrət onu, fitrət yolu ilə təəccübə gətirərək soruşur: Ey Allahın bəndəsi! İndiyə kimi gəmidə olmusanmı? Dənizdə səfərin olubmu? Cavab verir: Bəli!
Həzrət buyurur: Heç olubmu gəmi batmaq halında olsun və sən də axırda bir taxta parçasından tutub dalğalar arasında qalasan? Cavab verir: Bəli!
Həzrət buyurur: Quraqlıq gözünə dəyməyən vaxt və heç kimin səni xilas edə bilməyəcəyini bilən halda, qəlbində səni bu haldan hansısa bir qüdrətin nicat verə biləcəyi barədə fikirləşmisənmi? Cavab verir: Bəli! Buyurur: O qüvvə, Allahdır! O şəxs, bununla da dinsizlikdən nicat tapır.Beləliklə möhtərəm qardaş və bacılar ibadət insanın Yaradıcısı ilə arasinda ən real ünsiyyət vasitəsidir.Allah bütün etdiyimiz ibadətləri qəbul etsin.Allah bütün dünyaya sülh və əminamanlıq nəsib eyləsin inşaallah.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az