t s

» » AYA 10 MİLYON MANAT! – Eldar Mahmudova ən böyük “haqq” verən nazir!

AYA 10 MİLYON MANAT! – Eldar Mahmudova ən böyük “haqq” verən nazir!

19-11-2015, 10:29 Yazar:  Anar Baxılıb: 248 Çap et
AYA 10 MİLYON MANAT! – Eldar Mahmudova ən böyük “haqq” verən nazir!
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması ilə başlanan “təmizlik” prosesinin miqyası, getdikcə genişlənir. Demək olar ki, hər gün Mili Təhlükəsizlik Nazirliyi (MTN) ilə yanaşı bir sıra digər orqanlarda da vəzifəli şəxslərin işdən çıxarılmasına, həbs edilməsinə dair məlumatlar yayılır.

Bunların sırasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RY TN) və onun tabeçiliyindəki qurumlarda aparılan həbslər, öz miqyasına görə, hətta az qala MTN-ni belə üstələyir.

Nazir Əli Abbasov işdən çıxarılaraq, ev dustağı edilib. Həmin ərəfədə və ondan sonrakı dövrdə RY TN-nin özündə və tabeçiliyindəki qurumlarda kütləvi həbslər aparılıb. Əksər rəhbər şəxslərə qarşı cinayət ittihamı irəli sürülüb. Bu gün də proses davam edir – “AzTelekom”un baş direktorunun həbsi buna əyani sübutdur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparılan həbslər rəsmi olaraq korrupsiya və mənimsəmələrlə izah edilsə də, bunun “MTN işi” ilə bağlı olduğu şübhə doğurmur. Təsadüfi deyil ki, hökumətə yaxın mətbuatda da nazir Əli Abbasov iradəsizlik və qorxaqlıq nümayiş etdirərək, Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun əsirinə çevrilməkdə və bununla da ölkə rəhbərliyinə xəyanətdə ittiham edilir. Bəs bu xəyanət özünü nə də göstərib?

Bununla bağlı “AzPolitika.info”ya maraqlı məlumatlar daxil olub. Belə ki, mötəbər mənbədən bizə verilən məlumata görə, Eldar Mahmudov hansısa kompramatlar əsasında xaraktercə qorxaq adam olan Əli Abbasovu öz iradəsinə tabe etdirə bilib. Bunda Aparat rəhbəri, qardaşı MTN-in Tədris Mərkəzinin rəisi işləyən Vidadi Zeynalovun da böyük rolu olub.

Bundan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tam şəkildə Eldar Mahmudov və onun cinayətkar bandasının nəzarətinə keçib. Hətta nazirlikdə kadrları belə vəzifəyə ya Eldar Mahmudov təyin edib, ya da onun razılığı alınaraq təyin olunub.

Bundan başqa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün avadanlıqları, rabitə xətləri Mahmudov bandasının ixtiyarına keçib. Hansı ki, budan iş adamlarını, vəzifəli şəxsləri dinləmək və şantaj etmək üçün istifadə olunub. Hətta Əli Abbasov o qədər məsuliyyət hissini itirib ki, Prezidentin də istifadə etdiyi, həmçinin yüksək vəzifəli məmurların bir-birilə əlaqə qurduğu “4 nömrəli” xətti də Eldar Mahmudov və dəstəsinin sərəncamına verib.

Ancaq Əli Abbasovun, necə deyərlər, günahları bununla yekunlaşmayıb. “AzPolitika.info”ya verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini “MTN-çi banda”nın poliqonuna çevirən Əli Abbasov, həmçinin Eldar Mahmudova ən böyük “haqq” ödəyən dövlət strukturunun rəhbəri olub. İstintaq yolu ilə təsdiqini tapmış məlumata görə, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN STRUKTURLARI HƏR AY ELDAR MAHMUDOVA 10 MİLYON MANAT “XƏRAC” ÖDƏYİB! Belə bir faktın ortaya çıxması şok yaradıb. Prezident tərəfindən bu yüksək vəzifəyə təyin olunan nazirlərin birinin digərinə aylıq “haqq” verməsi faktı, hakimiyyətin zirvəsində qəzəb doğurub və bu səbəbdən, Əli Abbasov da vəzifəsindən azad olunub, həbsi gözlənilir.
- See more at: http://dogruxeber.com/cemiyyet/3638-aya-10-mlyon-manat-eldar-mahmudova-en-boyuk-haqq-veren-nazir.html#sthash.ZFiWInPT.dpuf




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:26 Əli Abbasovu bitirən şok səbəb Rabitə və yüksək texnologiyalar naziri də işdən qovuldu; Sabiq nazir istintaqa çağırılanda və ondan hesab sorulanda o, nazirlikdə baş verənlərə nəzarəti itirdiyini etiraf etməyə məcbur olub; məlum olub ki, əsas qərarları Aparat rəhbəri Vidadi Zeynalov verib və nazir buna qarşı çıxmağa cəsarət
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az