Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə rayonun Qədim Qala kəndində qeydə alınıb.
2001 ci il təvəllüdlü Nicat Aslanov bədənin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
21 yaşlı gənc oğlanın hansı şəraitdə və kim tərəfindən bıçaq xəsarəti alması məlum deyil.
Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır. Bizim.Media
Öz şərhini bildir: