t s

» » Aslan Aslanov Lamiyə Quliyevanı öldürtdürə bilər?

Aslan Aslanov Lamiyə Quliyevanı öldürtdürə bilər?

25-02-2015, 08:54 Yazar:  Məmməd Məmmədov Baxılıb: 990 Çap et
Aslan Aslanov Lamiyə Quliyevanı öldürtdürə bilər?Məhkum qadının xüsusi mühafizəyə alınması üçün müraciətinə baxılacaq

4 gün əvvəl Bakı Apelyasiya Məhkəməsi məhbəsdə ikən ana olan Lamiyə Quliyevanı azad etdi. 12 illik həbs həyatından sonra “Yeni Müsavat”a danışan L.Quliyeva deyib ki, Şəmkirin keçmiş icra başçsı, sonradan kənd təsərüfatı nazirinin müavini olmuş Aslan Aslanov onu “içəri”də rahat buraxmayıb.

“Mənim başıma hər hansı bir iş gəlsə, bunun birbaşa məsuliyyəti Aslan Aslanovun, onun oğlu Turqay Aslanovun, qardaşı Elbrus Aslanovun üzərindədir. Aslanovun mənə qarşı etdikləri hər kəsə bəllidir, ifadələrimdə də bunu demişəm. Mən ölkə başçısına, baş prokurora müraciət edirəm ki, özümün və ailəmin təhlükəsizliyinin təmini üçün göstəriş versinlər. Bu adamlardan hər bir şey gözləmək olar. 12 il ərzində başımıza olmazın müsibətlər açıblar. Aslanov 12 il ərzində mənə cinayət işlərini bir-birinin ardınca açdırıb, mənə qarşı saysız-hesabsız təxribatlara cəhdlər olub. 12 ilin 6 ilini mən karslarda keçirmişəm. Bəlkə də o, məni sərbəst buraxıb azad edilməyimi gözləsəydi, bu gün bu cür vəziyyət yaranmazdı. Əgər mənim başıma bir iş gəlsə, hamı bunu məhkəməsiz-sübutsuz Aslanovun törətdiyini deyəcək. Onun oğlu Ədliyyə Nazirliyinin müstəntiqidir. Mənə qarşı 2-ci cinayət işinin başlanmasında birbaşa onun rolu var” - deyə L.Quliyeva vurğulayıb.



L.Quliyevanın təhlükəsizliyinin təmini ilə bağlı hansı addımların atılacağını öyrənmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadənin sorğumuza verdiyi cavab belə oldu: “Kimliyindən asılı olmayaraq istənilən vətəndaş həyatına real təhlükə olduğunu hesab edirsə, Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya aidiyyəti üzrə şəhər, rayon polis idarəsinə müraciət edə bilər”.

Xidmət əməkdaşı qeyd edib ki, istənilən vətəndaşın müraciəti operativ şəkildə qeydə alınaraq araşdırılır və müvafiq tədbirlər görülür.

E.MƏMMƏDƏLİYEV




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:59 Aslan Aslanovun həbsi üçün ilk addım atıldı Eks-nazir müavininin müstəntiq oğlunun “toxunulmazlığı” götürüldü; Turqay Aslanovu 300 minlik “Bentley”dən düşürüb maşınını cərimə meydançasına apardılar; Lamiyə Quliyeva “Yeni Müsavat”a müsahibə verdi: “Aslanovlar həbs edilməlidir, başıma bir iş gəlsə məsuliyyəti onlar daşıyır” “Lamiyə işi”
16:43 Aslan Aslanovun oğlu polis tərəfindən saxlanıldı – Rəsmi Fevralın 20-si gecə saat 01 radələrində Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində kobud qayda pozuntusu törədən bahalı “Bentley” markalı maşını saxlayıblar. Mediaxeberleri.az-ın məlumatına görə, aznews.az-a daxil olan xəbərdə bildirilir ki,
23:11 Lamiyə Quliyeva: "Şəmkirdə çox qalmayacam, Bakıda yaşayacam” Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxan Lamiyə Quliyeva doğulduğu Şəmkir rayonuna gedib. Onu evlərində qohumları və qonşuları qarşılayıblar. Evlərinin qarşısında qurban kəsilib. “Namus qalib gəldi” "Azadlıq" radiosunun məlumatına görə, Lamiyə Quliyeva jurnalistlərlə söhbətində
08:34 Bu gün Lamiyə Quliyevanın məhkəməsidir Aslanovun ətrafında həlqə daralır “Lamiyə işi”ndə əsas fiqurant Aslan Aslanovun həbsi prosesinə ciddi hazırlıq gedir. Redaksiyamıza daxil olan məlumata görə, prosesin ləng getməsi sabiq nazir müavininin hakimiyyətdəki dayaqlarının dəstəyinin nəticəsidir. Qaynağımız qeyd edir ki, A.Aslanovun əsas
11:28 Aslan Aslanovun həbs siyahısı Müdhiş qətllə bağlı bir çox məqamlar üzə çıxıb. “Lamiyə işi” gündəmə gələn gündən az qala 1 aya yaxın vaxt ötür. Mediaxeberleri.az xəbər verir ki, “Yeni Müsavat” bu iş ilə bağlı növbəti materialı dərc edib. Həmin yazının bir hissəsini təqdim edirik. “2003-cü ildə Şəmkirin o vaxtkı icra başçısı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az