t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » "Ruslar müdaxilə etməsəydi, bəlkə də biz Qarabağ problemini çoxdan həll etmişdik" - deputat

"Ruslar müdaxilə etməsəydi, bəlkə də biz Qarabağ problemini çoxdan həll etmişdik" - deputat

12-03-2022, 14:31 Yazar:  Samir Baxılıb: 137 Çap et
"Ruslar müdaxilə etməsəydi, bəlkə də biz Qarabağ problemini çoxdan həll etmişdik" - deputat
“Rusiya xarici işlər naziri Sergey Lavrov Antalyada bildirdi ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları işğal deyil. Lavrov dedi ki, ümumiyyətlə, Rusiya Ukraynaya hücum etməyib və s. Amma bu, faktiki işğaldır və dünya bunu işğal kimi qiymətləndirir. Yəni, Ukrayna ərazisi işğal edilir. Üstəlik, bu addımı atarkən Rusiyanın da ciddi itkiləri olur. Həmçinin yerli əhali də küçələrə çıxıb etiraz edir. Görünməyən hadisələr baş verir”. Mediaxeberleri.az xəbər verir ki, bunu Reyting.az-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Vahid Əhmədovun sözlərinə görə, ruslar və ukraynalılar slavyan xalqı və qardaş olsalar da, indi düşmənə çevriliblər və bu düşmənçilik yüz illərlə davam edəcək:

“Açığı, Rusiyanın Ukraynaya hücumu da gözlənilən deyildi. Normal hər bir dövlət BMT tərəfindən təsdiq olunan öz ərazi bütövlüyü çərçivəsində addım atmalıdır. Rusiya bir zamanlar Gürcüstanda bunu etdi, eləcədə Moldovada - Dnestryanidə münaqişə yaratdılar. 2014-cü ildə Donbasa girdilər, Krıma da həmçinin. Bizim Qarabağda da belə hallar olmuşdu. Ruslar müdaxilə etməsəydi, bəlkə də biz Qarabağ problemini çoxdan həll etmişdik”.

V. Əhmədov bildirib ki, Ukrayna xalqı çox mərddir, dövlət başçısının arxasında kişi kimi dayanıb: “Prezident Zelenski də açıq elan edir ki, sona qədər vuruşacaqlar. Dünya dövlətləri də Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib və yeni sanksiyalar planlaşdırılır. Sözsüz ki, bu sanksiyalar rus milli rublunun ucuzlaşmasına, iqtisadiyyatın çökməsinə, ixrac məhsullarının azalmasına səbəb olacaq. Yəni bu sanksiyaların Rusiyaya ciddi təsirləri gözlənilir. Məncə, Rusiyada hansı problemlərin ortaya çıxdığını yaxın on gündə daha aydın görəcəyik. Bu mənada hesab edirəm ki, Ukrayna böhranı nə qədər tez həllini tapsa, bir o qədər yaxşıdır”.

V. Əhmədov xatırladıb ki, Azərbaycanın da Rusiya ilə müttəfiqliyi, strateji əməkdaşlığı var: “Həmçinin ticarət dövriyyəmiz 3,4 milyarda qədərdir. Biz istəmirik ki, orada problemlər yaransın, çünki bunun bizə təsirləri olacaq. Bu mənada problemin tezliklə həlli hamının maraqlarına uyğundur”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
21:38 Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Respublika ərazisində əczaçılıq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az