t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » “Azərbaycan Ermənistana 5 bəndlik yeni təklif təqdim edib” - Ceyhun Bayramov

“Azərbaycan Ermənistana 5 bəndlik yeni təklif təqdim edib” - Ceyhun Bayramov

12-03-2022, 03:10 Yazar:  Samir Baxılıb: 98 Çap et
“Azərbaycan Ermənistana 5 bəndlik yeni təklif təqdim edib” - Ceyhun Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu 2022 çərçivəsində “Anadolu” Agentliyinin müxbirinə Azərbaycan-Ermənistan münasibətlərini dəyərləndirib.

O, bəyan edib ki, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərib və cavabını gözləyir.

“Hamıya məlumdur ki, 90-cı illərin əvvəllərindən başlayaraq Ermənistan Azərbaycan torpaqlarını zorakılıq yolu ilə işğal edib. Azərbaycan vətəndaşları didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın lehinə qəbul etdiyi 4 qətnaməyə baxmayaraq, işğalla bağlı heç bir nəticə əldə oluna bilməyib. Bu, həm də münasibətlərimizin qurulmasına əngəl törədib”, - deyə XİN rəhbəri bildirib.


C.Bayramov 27 sentyabr 2020-ci il tarixində Ermənistanın işğal etdiyi torpaqların azad edilməsi uğrunda başlayan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın bu məsələ ilə bağlı çox aydın mesajlar verdiyini ifadə edib.

“Bir ilə yaxındır ki, Ermənistan tərəfindən bizim təklifimizə cavab yoxdur. Azərbaycan tərəfi öz xoşməramlılığını göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təkliflə çıxış edib. Biz Ermənistan tərəfinə mahiyyətcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını özündə əks etdirən bəzi əsas prinsipləri təklif etdik. Biz münaqişənin tənzimlənməsinə dair əsas prinsiplərə uyğun olaraq öz fikrimizi bildirdik. “Biz münasibətləri müəyyən prinsiplər əsasında inkişaf etdirməyə hazırıq” dedik. Ermənistan bunlara baxıb öz fikrini bildirməlidir. Əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir. Ermənistanın cavabı tezliklə bəlli olacaq və biz təbii ki, bundan sonra müvafiq addımlar atacağıq”, - deyə Bayramov qeyd edib.

Mənbə: “Anadolu”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az