Ağstafada avtomobil aşıb, xəsarət alanlar var
12-03-2022, 02:50
Yazar: Samir
Baxılıb: 222
Çap et
Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Qazax rayon sakini, 1993-cü il təvəllüdlü C.Süleymanov və onun sərnişini Qazax rayon sakini, 1991-ci il təvəllüdlü N.Yusifli müxtəlif bədən xəsarətləri alıblar.
Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
www.mediaxeberleri.az
Öz şərhini bildir: