t s

» » Azərbaycan əhalisinin sayı artdı

Azərbaycan əhalisinin sayı artdı

17-11-2015, 20:50 Yazar:  Gülnar Baxılıb: 226 Çap et
Azərbaycan əhalisinin sayı artdıBu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 83,5 min nəfər və ya 0,9% artaraq oktyabrın 1-nə 9 milyon 676 min 500 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Mediaxeberleri.az-a verilən məlumata görə, bir kvadrat kilometrə əhalinin sıxlığı 112 nəfərdir.

Əhalinin 53,1%-i şəhər, 46,9%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%ni isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.

Bu 9 ayı ərzində ölkədə 123,3 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə bu göstərici 17,3 təşkil edib. Doğulan körpələrin 53,2%-ni oğlan, 46,8%-ni qız uşaqları təşkil edir. Doğulan körpələrdən 2238-i əkiz, 66-sı isə üçəmdir.

Ədliyyə nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 41 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
08:53 Bakı-2015: I Avropa Oyunlarında V gün (PROQRAM) Bakı-2015 I Avropa Oyunlarının V günündə 11 idman növündə yarışlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu növlərin 5-də qaliblər müəyyənləşəcək. Belə ki, iyunun 16-da 21 dəst medal oynanılacaq. Bunların təxminən yarısı avarçəkməyə təsadüf edəcək. Mingəçevirdəki yarışların son
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
10:13 Azərbaycan üçün acı statistika - Ölkədə nikahların sayı azalıb, boşanmaların sayı isə artıb Bu ilin ilk ayı ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 5,6 min nikah qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə nisbətən çoxdur. Belə ki, ötən ilin yanvar ayında Azərbaycanda rəsmi orqanlar tərəfindən 5,4 min

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az