t s

» » Gürcü gənclər “Xocalıya ədalət” imza toplama aksiyasında fəal iştirak edirlər

Gürcü gənclər “Xocalıya ədalət” imza toplama aksiyasında fəal iştirak edirlər

25-02-2015, 01:15 Yazar:  Xətayi Əzizov Baxılıb: 605 Çap et
Gürcü gənclər “Xocalıya ədalət” imza  toplama aksiyasında fəal iştirak edirlərFevralın 24-də Gürcüstanın Bolnisi şəhərində Xocalı faciəsinin 23 ildönümü ilə bağlı anım tədbiri keçirilib.

“Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) və Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (BAMM) birgə təşkil etdikləri tədbirin iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

BAMM-ın sədri Əlxan Yəhyaoğlu, AMM-ın gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva çıxış edərək Xocalı soyqırımı barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” kampaniyasının uğurlu fəaliyyəti sayəsində Xocalı və Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırılır və artıq bir neçə ölkə ermənilərin Xocalıda törətdiklərini soyqırımı kimi tanıyıb. Bu cür tədbirlər Gürcüstanda sistemli şəkildə keçirilir və gənclər dünya ictimaiyyətinin məlumatlandırılması işinə fəal qoşulublar.

Tədbirdə çıxış edən Bolnisi şəhər mədəniyyət şöbəsinin rəhbəri Koba Zigenti bu qətliamın bütövlükdə insanlığa qarşı yönəlmiş cinayət olduğunu vurğulayıb. “Gürcü xalqı bu hadisələri təəssüf hissi ilə anır. Biz də ərazi bütövlüyümüzü itirmiş, təcavüzə məruz qalmış xalqıq, minlərlə vətəndaşımız öz ölkəsində məcburi köçkün həyatı yaşayır. İnanırıq ki, dünya ictimaiyyəti bu hadisələrə hüquqi qiymət verəcəkdir”, – deyə K.Zigenti vurğulayıb.

Tədbirdə iştirak edən çoxsaylı gürcü gəncləri “Xocalıya ədalət” imza toplama aksiyasına qoşularaq azərbaycanlı həmyaşıdları ilə bir olduqlarını qeyd ediblər.

Qeyd edək ki, “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Gürcüstanda “Xocalı ayı” elan olunub və bu ölkənin 9 regionunda silsilə tədbirlər, aksiyalar və elmi konfranslar davam edir.


Xətayi Əzizov




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:34 Ermənilər Leyla Əliyevanın Xocalı tədbirinə mane olmaq istəyib - (Fotolar) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Avropa və Türkiyədə keçirilən silsilə tədbirlərdən növbətisi Parisdə keçirilib. Avropa Azərbaycan Cəmiyyətindən virtualaz.org saytına verilən məlumata görə, fevralın
22:07 Dünya Xocalını anır Bu günlərdə Almaniya, Hollandiya, Avstriya, İtaliya, Yunanıstan və Türkiyədə XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər həyata ke. Mediaxeberleri.az xəbər verir ki, Teleqraf.com-un məlumatına görə, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (İB) və “Əlillər
02:19 Xocalı qurbanlarının xatirəsi yad edildi - Almatı Almatı şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyinin və “Ozan” Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalıya ədalət!” kompaniyası çərçivəsində tədbir keçirilib. İctimai-siyasi xadimlərin və Almatıda fəaliyyət göstərən diaspora təşkilatları təmsilçilərinin iştirak etdikləri
21:51 Xocalı soyqırımı ilə bağlı aksiya - İsveçrə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “ Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində dünyanın bir çox ölkələri olduğu kimi İsveçrədə də Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Ölkənin paytaxtı
15:07 Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Gürcüstanda silsilə tədbirlər keçirilir. Bu silsilədən növbəti tədbir Rustavi şəhərində təşkil olunub. Əvvəlcə faciə qurbanlarının və şəhidlərimizin əziz xatirəsi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az