Azərbaycanda daha bir ailə faciəsi - 2 qardaş öldü
19-02-2022, 09:08
Yazar: Samir
Baxılıb: 139
Çap et
Salyanda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mediaxeberleri.Az xəbər verir ki, hadisə Ələt-Astara magistralının 43-cü kilomertrliyində - Xələc kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Kia" markalı minik avtomobili ilə "Kamaz" markalı yük maşını toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Cəlilabad rayon sakinləri: 1985-ci il təvəllüdlü Asif Mirzəyev və qardaşı 1987-ci il təvəllüdlü Vasif Mirzəyev həlak olub.
Faktla bağlı araşdırma aparılır.
www.mediaxeberleri.az
Öz şərhini bildir: