Beyləqanda baş verən yol qəzasında xəsarət alanlar Bakıdakı xəstəxanalardan birinə göndərilib.
APA-nın yerli bürosu xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin sürücüsü Hüseynov Hüseynbala Əsgər oğlu və icra başçısının müavini Yeganə Məmmədovanın sürücüsü və qardaşı Məmmədov Yaqub Kərəm oğlu Bakı şəhərində yerləşən xəstəxanalardan birinə köçürülüb.
Onların, əsasən, sınıq xəsarətləri aldığı deyilir.
Hadisə şahidləri isə bildirib ki, hər iki sürücü qəza zamanı sərxoş halda olub, avtomobilləri şəhərin mərkəzi küçələrində yüksək sürətlə idarə edirmişlər.
***
Beyləqan rayonunda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosu xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin xidməti avtomobili iki maşına dəydikdən sonra hasara çırpılaraq alışıb.
Hadisə Beyləqan rayon mərkəzində qeydə alınıb.
Hərəkətdə olan, 11-AA-055 dövlət nömrə nişanlı, "Nissan" markalı minik maşını öncə "VAZ-2107" markalı avtomobilə, sonra isə "Nissan Sunny" markalı maşına çırpılıb. Qəza nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alıb.
Qeyd edək ki, 11-AA-055 nömrəli avtomaşın Beyləqan Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Yeganə Məmmədovanın xidməti maşınıdır. Hadisə zamanı müavin xidməti maşınında olmasa da, onun sürücüsü və qardaşı olan Yaqub Məmmədov və Rayon İcra Hakimiyyəti başçısının xidməti sürücüsü avtomobildə olub.
Digər "Nissan" avtomobilinin də Beyləqan RİH-ə məxsus olduğu bildirilir.
Yaralılar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onların vəziyyətinin orta ağır olduğu deyilir.
19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHIPrezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHINazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHIMəhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladıPrezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
Öz şərhini bildir: