t s

» » Antalyada G20 liderlərinin sammiti öz işinə başlayır

Antalyada G20 liderlərinin sammiti öz işinə başlayır

15-11-2015, 09:42 Yazar:  Nuran Baxılıb: 229 Çap et
Antalyada G20 liderlərinin sammiti öz işinə başlayırTürkiyənin Antalya şəhərində ilin əsas iqtisadi hadisəsi hesab edilən G20 (“böyük iyirmilik”) ölkələrinin liderlərinin iki gün (15-16 noyabr) davam edəcək sammiti öz işinə başlayır. APA-nın məlumatına görə, bu il G20-yə sədrlik edən Türkiyənin təşəbbüsü ilə sammitin gündəliyinə qlobal iqtisadiyyat məsələlərindən başqa, terrorla mübarizə, qaçqınlara yardım və miqrasiya problemləri kimi aktual məsələlərin müzakirəsi daxil edilib.

Sammitin yekun kommünikesi daxilində terrorla mübarizə məsələsinə dair xüsusi bəyanatın qəbul ediləcəyi, həmçinin qaçqınlara yardım və miqrasiya problemi ilə bağlı müəyyən qərarların razılaşdırılması gözlənilir.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Antalya bölgəsində sammit ərəfəsində misilsiz təhlükəsizlik tədbirləri həyata keçirib.

Belə ki, sammitin keçiriləcəyi Antalyanın Belek rayonunun böyük hissəsində turistlər, həmçinin özəl və bələdiyyə nəqliyyat vasitələri ərazidən tamamilə uzaqlaşdırılıb, şəhərə bütün giriş-çıxışlar ciddi nəzarətə alınıb. Sammitin işinə qırmızı, yaşıl və bənövşəyi zonalarda yerləşən 41 otel cəlb olunub. Otellərin bir hissəsinin isə fəaliyyəti müvəqqəti olaraq tamamilə dayandırılıb.

Sammitin keçiriləcəyi dövrdə təhlükəsizliyin təmin olunmasına 1,4 min yol polisi və 12 min polis əməkdaşı cəlb olunub. Belek ətrafında su məkanı sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən diqqətlə yoxlanılaraq, su attraksionları və paraşütlə tullanma kimi əyləncələr üçün tamamilə bağlanıb, çimərlik zonaları isə hasarlanıb.

Bölgə administrasiyası tərəfindən noyabrın 9-dan 18-dək hər-hansı mitinq, nümayiş, yürüş, tətil, ictimai və ya etiraz aksiyalarının keçirilməsinə qadağa qoyulub.

Yerli mətbuatın məlumatına görə, sammitə hazırlıq işlərinə 100 mln dollardan çox vəsait sərf edilib.

Qeyd edək ki G20-də daimi üzv statusuna 19 dövlət və Aİ malikdirlər – Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, CAR, Cənubi Koreya və Yaponiya.

Azərbaycan və Sinqapur G20-yə sədrik edən Türkiyə tərəfindən sammitə fəxri qonaq qismində dəvət olunublar.

Qeyd edək ki, Parisdə noyabrın 13-də törədilmiş qanlı terror aktları səbəbindən Fransa prezidenti Fransua Olland sammitdə iştirak etməkdən imtina edib.

Parisdəki faciə ilə əlaqədar sammitin proqramında iştirakçılar üçün nəzərdə tutulmuş konsert və əyləncəli tədbirlər ləğv edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:57 “THE WASHİNGTON POST” VƏ “THE GUARDİAN” AZƏRBAYCANLA ABŞ VƏ QƏRB ARASINDA RAZILAŞDIRILMIŞ “ATƏŞKƏS” MÜHİTİNİ POZURLAR Həqiqətən də faktlar göstərir ki, “The Washington Post” və “The Guardian” Azərbaycanla ABŞ və Qərb arasında razılaşdırılmış “atəşkəs” mühitini pozmaqda davam edirlər. 2015-ci il iyulun 11-də ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
01:10 Avropaya inteqrasiyanı xalqımızın inkişafı tələb edir – VİDEO Aprelin 15-də Milli Şura Beynəlxalq Mətbuat mərkəzində “Azərbaycan-Avropa Birliyi münasibətləri“ movzusunda dəyirmi masa təşkil edib. Saat 12:00-da başlayan və iki saat davam edən tədbirdə tanınmış ictimai-siyasi xadimlər iştirak edib. Tədbirdə Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az