t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Azərbaycan torpaqları niyə Ermənistana pay verilib? - Tarixin acı gerçəkliyi

Azərbaycan torpaqları niyə Ermənistana pay verilib? - Tarixin acı gerçəkliyi

4-02-2022, 20:18 Yazar:  Samir Baxılıb: 1468 Çap et
Azərbaycan torpaqları niyə Ermənistana pay verilib? - Tarixin acı gerçəkliyi
Cənubi Qafqaz dövlətləri 1920-1921-ci illər ərzində Sovet Rusiyası tərəfindən işğal olundu və burada sovet hakimiyyəti qurulduqdan sonra respublikalar arasında 1918-1920-ci illərdə müvəqqəti olaraq sərhədlər müəyyənləşdirildi. Dövlətlər arasındakı əraziyə sərhəd xətti kimi deyil, əksinə, yaradılması nəzərdə tutulan SSRİ dövlətinin gələcək ərazi-inzibati bölgü sisteminin tərkib hissəsi kimi baxılırdı.

Tarixi faktlar təsdiq edir ki, 1918-ci ilin fevralında yaradılmış Cənubi Qafqaz Seyminin ümumi ərazisi 210.000 kvadratkilometrə bərabər olub. Bu ərazinin 45.000 kvadratkilometri Brest-Litovsk (mart 1918-ci il) və Batum (iyun 1918-ci il) müqavilələrinin şərtlərinə görə Osmanlı Türkiyəsinə verilib, AXC MŞ-nın 29 may 1918-ci il tarixli qərarı ilə İrəvan şəhəri daxil olmaqla 9 min kvadratkilometr ərazi ermənilərə güzəşt edilib, 100,6 min kvadratkilometri Azəbaycan Xalq Cümhuriyyətinə, 55,4 min kvadratkilometri isə Gürcüstana aid edilib.

Ümumilikdə isə, Azərbaycan torpaqları mərhələlərlə 1918-ci il mayın 28-dən başlayaraq, xüsusilə 1920-1929-cu illərdə “Ermənistan SSR tərkibinə verilib”.

Sərhəd bölgüsü və yeni inzibati-ərazi dəyişiklikləri

1922-ci ildə Cənubi Qafqaz (Zaqafqaziya) Sovet Federativ Sosialist Respublikası yarandıqdan sonra bu ərazidə yeni inzibati-ərazi dəyişiklikləri başlanıldı ki, bu da ilk növbədə, burada mövcud olan inzibati-ərazi bölgüsünün yeni siyasi və iqtisadi tələblərə uyğun gəlməməsi ilə əlaqədar idi.

Buna görə də Sovet Rusiyası Cənubi Qafqaz regionunda Bakı neft rayonunu tam şəkildə özünə tabe etmək şərtilə burada mürəkkəb iqtisadi rayonlar yaratmaq, respublikaların iqtisadi imkanlarını süni şəkildə bərabərləşdirmək məqsədi daşıyırdı.

Eyni zamanda, inzibati-ərazi bölgüsünün aşağıdakı prinsipləri tanınırdı:

Əsas sənaye sahələrinin təmərküzləşdirilməsi, milli mədəniyyətlərin maksimum səviyyədə yaxınlaşdırılmasına nail olmaqla gələcək vahid sovet mədəniyyətinin özülünü qoymaq, əhalinin sənaye məntəqələrinə yaxın ərazilərdə yerləşdirilməsının təmin edilməsi, rabitə xətlərinin istiqamətlərinin və xarakterinin müəyyən edilməsi, əhalinin sayı və milli tərkibi.

Göründüyü kimi, Moskva tərəfindən Cənubi Qafqazda həyata keçirilən sərhəd bölgüsü siyasətində birinci yerdə Sovet Rusiyasının iqtisadi maraqları, sonuncu yerdə isə bu regionun əhalisinin milli maraqları dayanırdı.

Vəziyyətin absurdluğu ondan ibarət idi ki, həyata keçirilən siyasətdə milli maraqların üstünlüyü və dövlətin Cənubi Qafqaz xalqlarının iqtisadi rifahından “narahat olması” ideyası ictimai şüura məqsədyönlü şəkildə təbiğ edilirdi.

1921-ci il avqustun 15-də RKP (b) MK-nın Qafqaz Bürosu Cənubi Qafqaz Sovet Respublikaları arasında sərhədlər məsələsini dinləyərək, bu respublikaların Xalq Komissarları Soveti sədrlərinə və Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR İnqilab komitələri sədrlərinə üç respublika arasında sərhədləri müəyyən edən müqavilə imzalayacaqları barədə müraciət etdi. Lakin gələcəkdə belə bir ümumi müqavilə imzalanmadı.

1922-ci il avqustun 22-də Cənubi Qafqaz Fövqəladə Komissiyasının sədrinin imzası ilə Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR Fövqəladə komissiyalarına həmin andan 24 saat ərzində sərhəd məntəqələrinin, gözətçilərin və nəzarət məntəqələrinin ləğv edilməsi haqqında sərəncam verildi.

Sərəncamda qeyd olunduğu kimi, artıq xarici sərhədlər Türkiyə və İranın sərhədləri sayılırdı. Bu sərəncamla Cənubi Qafqazın üç respublikası arasındakı 1918-1920-ci illərdə yaranmış sərhədlər faktiki olaraq dövlət əhəmiyyətini itirdi.

1921-ci ilin iyununda RKP (b) Qafqaz Bürosunun Plenumu Cənubi Qafqaz respublikalarında maldarlıqla məşğul olan əhalinin otlaqlara sərbəst çıxışı haqqında qərar qəbul etdi. Nəticədə Cənubi Qafqazın üç respublikasının maldarlıqla məşğul olan kəndliləri qərarla müəyyən edilən sərhəd hüdudları daxilində sərbəst hərəkət etmək hüququ əldə etdilər.

Əslində bu qərarın qəbulu bir sira anlaşılmazlıqların yaranmasına və üç Cənubi Qafqaz respublikasının sərhəd ərazilərində yaşayan azərbaycanlı və erməni əhalisi arasında qarşıdurmalara səbəb oldu. Bu mübahisələri həll etmək üçün 1922-ci ilin dekabrında N.Nərimanov, Myasnikov və S.Orconikidze başda olmaqla RKP (b) Cənubi Qafqaz MİK-nin xüsusi komissiyası yaradıldı.

1922-ci il oktyabrın 25-də Azərbaycan SSR Xalq Torpaq Komissarlığı Xarici İşlər üzrə Katibliyə Azərbaycan SSR-in ərazisi haqqında təqdim olunan arayışda deyilir ki, Azərbaycan SSR-in bütün ərazisi 7.989.105 desyatindir (metr sistemindən qabaq tətbiq edilən yer ölçü vahidi, 1 desyatin = 1,09 hektar).

Üç ölkənin arasında bas tutan razılığa əsasən Azərbaycan ərazilərindən keçmiş Qazax qəzasından Ermənistana 379.984 desyatin (4.151 kvadrat km), keçmiş Zəngəzur qəzasından Ermənistana 405.000 desyatin (4.424 kvadrat km) və keçmiş Tbilisi qəzasından Azərbaycana 79.600 desyatin (869 kvadrat km) ərazi verilir.

Beləliklə, 1922-ci ildə Azərbaycan 7.989.105 desyatin təşkil edən ərazisindən (379.984; 405.000) 784.984 desyatin itirir, əvəzində cəmi 79.600 desyatin əldə edir. Bu da ümumilikdə 7.283.721 desyatin (79,577 kvadrat km) təşkil edir.



Mübahisəsiz ərazi və sovet rəhbərliyinin gizli niyyətləri

Azərbaycan SSR-in Ermənistan ilə mübahisəsiz ərazisi Qazax və Borçalı qəzalarının köhnə inzibati sərhədlərindən keçib, sonra Qazax qəzasından Aleksandropol və Yeni Bəyazid qəzaları ilə Maralca dağlarına qədər gedirdi. Oradan Göyçə gölünə birbaşa enir, Çubuqlu kəndindən şərqə doğru təqribən bir, bir onda iki verst (Verst - keçmiş rus uzunluq ölçü vahididir. 1 verst = 1.0668 km) keçir. Sonra Göyçə gölünü tən yarıdan bölür, onun cənub sahili ilə qərb istiqamətində gedirdi. Göyçə gölünün cənub sahilində sərhəd Zağalı və Gödəkbulaq kəndləri arasından başlayır, sonra Yarnızlı, Qızıl Vəng və Yuxarı Alçalı kəndlərinin yanından Göyçə gölünün cənub sahilinin dağ rayonu ilə Qızıl Xarabaya, 10859 yüksəkliyinə və Ağmahan yüksəkliyinə, qərbdə Kiçik Ağdağ dağına doğru, İrəvan və Yeni Bəyazid qəzalarının sərhədinə qədər gedir, azərbaycanlıların yaşadıqları dağlıq rayonları erməni kəndlərinin tutduğu sahillərdən ayırırdı.

Sonra sərhəd Kiçik Ağdağ dağından əvvəlcə şimal-qərb istiqamətinə doğru Toğmahan gölü istiqamətində, ardınca qərb istiqamətində Təzəkənd kəndinə, daha sonra Gərni çayı ilə Yuxarı Ağbaş kəndinə doğru gedir, onun qarşısından şimala doğru 3620 yüksəkliyə beş verstlik qalxır, oradan cənub-qərbə Uluxanlıya doğru, daha sonra Araz çayına qədər, oradan da Rəncbər kəndindən şimala gedirdi. Rəncbər kəndindən Araz çayında sərhəd birbaşa qərbə doğru gedir, Sürməli və Eçmiadzin qəzalarının və Kars vilayətinin keçmiş inzibati sərhədlərində keçmiş rus-türk sərhədində Təndürək dağlarına qədər uzanırdı. Azərbaycan ərazilərinə dair arayışın hazırlanması ilə bağlı verilən tələblər sovet rəhbərliyinin gizli niyyətlərinin olduğundan xəbər verirdi.

Hər dəfə erməni tərəfinin xeyrinə həll edilən sərhəd mübahisələri

Arxiv sənədləri göstərir ki, Azərbaycan SSR ilə Ermənistan SSR-in ayrı-ayrı rayonları arasında baş vermiş sərhəd mübahisələri əksər hallarda erməni tərəfinin xeyrinə həll edilmişdir. Bununla bağlı yalnız bir neçə faktı göstərmək olar.

Ermənistan SSR Dilican qəzasının Qulp kəndi ilə Azərbaycan SSR Qazax qəzasının II Şıxlı kəndi arasında mübahisəli ərazisi 940 hektar olan Çömçə sahəsi Qulp kəndinə verilib.

Ermənistan SSR-in Dilican qəzasının Kotkənd kəndi ilə Azərbaycan SSR Qazax qəzasının Daşsalahlı kəndi arasında mübahisəli ərazisi 700 hektar olan Qaraçöl ərazisi Ermənistan SSR-in Kökənd kəndinə verilib.

Ermənistan SSR Dilican qəzasının Lələkənd kəndi ilə MSSR Qazax qəzasının Çaxmalı kəndi arasında mübahisəli sahəsi 69 hektar olan torpaq sahəsi Azərbaycan SSR-in Lələkənd kəndinin arxasında qalıb. Cənubi Qafqaz MİK-nin Torpaq Komissiyasının xüsusi yerli komissiyasının 8 noyabr 1924-cü il tarixli qərarı ilə Ermənistan SSR Dilican qəzasının Noraşen, Moseskənd və Aşağı Qızılbulaq kəndləri ilə Azərbaycan SSR-in Qazax qəzasının Qacalı və Əlibəyli kəndləri arasında mübahisəli olan 753 desyatin (8,2 km2) ərazisi olan “Günəş” ərazisi iki hissəyə bölünüb.

Azərbaycan SSR-in Qazax qəzasının Şınıx-Ayrım ərazisindəki 4000 desyatinlik (43,7 km2) torpaq sahəsi Ermənistan SSR-in Dilican qəzasının tərkibinə verilib.

Bundan əlavə, Qazax qəzasının Soflu, Bərxudarlı və Yuxarı Əskipara kəndlərinin ümumi sahəsi 3104 desyatin, sayı 577 nəfər sakinin Dilican qəzası daxilində qalması məsələsi də mübahisə doğururdu. Qazax qəzasının (Gəncə dairəsi) inzibati sərhədlərinə daxil olan bu kəndlərin ondan zolaqlı bir xətlə ayrıldığı məlum oldu. Cənubi Qafqaz MİK-nın yerli komissiyasının 1929-cu il iyulun 19-20-də keçirilən iclasında qərara alındı ki, zolaqlı xəttin aradan qaldırılmasının yeganə mümkün və məqsədəuyğun həll forması hər üç kəndin Dilican qəzasının tərkibinə verilməsinə baxılmasıdır. MİK-nın eyni sərəncamı ilə Dilican qəzasının Güney-Xeyrimli (100 ev) kəndi əhalisi (26 ev) kiçik sayda olan Qazax qəzasının Xeyrimli kəndilə birləşdirildi və Ermənistan SSR Dilican qəzasının tərkibinə verildi. Bununla da Qazax qəzasının əhalisi 50 faiz yaylaq torpaqlarından mərhum edildi.

Ümumiyyətlə, Azərbaycan SSR-in Cənubi Qafqaz Federasiyasının qonşu respublikaları ilə sərhəd mübahisələri üzrə 1928-ci il MİK Torpaq Komissiyasının hesabatından da göründüyü kimi, Ermənistan SSR-ə 75904 desyatin (829,2 kvadratkilometr) münbit torpaq və 79208 desyatin (865,3 kvadratkilometr) isə “yararsız” torpaq verilib.

1921-ci ilin iyulunda Zəngəzurun Qərb hissəsinin işğalı və Ermənistan SSR-ə birləşdirilməsi, Qarabağın dağlıq hissəsində süni erməni muxtariyyətinin sərhədlərini müəyyən etmək məqsədilə burada aparılan inzibati dəyişikliklər, Azərbaycan SSR-lə Ermənistan SSR arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı Ermənistan SSR-in Zəngəzur qəzası ilə Azərbaycan SSR-in Qarabağ bölgəsinin ayrı-ayrı rayonları arasında yaranmış durum vəziyyəti daha da gərginləşdirdi.

Arxiv materiallarının təhlilindən göründüyü kimi, bu ərazi mübahisələri birmənalı olaraq Azərbaycanın xeyrinə həll edilməmişdir. Şuşa qəzasının torpaq idarəsinin rəisi Roqozinin 26 iyul 1923-cü il tarixli hesabatına əsasən, Zəngəzur və Şuşa qəzalarının maldarları arasında sərhəd mübahisəsi həll edilərkən 20 yaylaq sahəsi tərəflər arasında silahlı toqquşma baş verməməsi üçün Zəngəzur qəzasına verilmişdir.

Ermənistan SSR-in Dərələyəz və Novo-Bayazit qəzaları ilə Azərbaycan SSR-in Kürdüstan qəzasının sərhədində, təxminən 12 min desyatin (131,1 km2) ərazisi olan Alagöl gölünün ətrafında yerləşən Alagöl və ya Alagöllər yay otlaqları da Ermənistanın Azəbaycan SSR-ə qarşı ərazi iddialarına daxil idi. Ermənistan SSR rəhbərliyi 1923-cü ildə bu ərazilərin Novo-Bayazit qəzasının tərkibinə daxil edilməsi məsələsini qaldırmışdı. Belə ki, Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsi 1926-cı il iyunun 23-də Azərbaycan SSR MSK sədrinə göndərdiyi teleqramda bildirirdi ki, hələ 1921-ci ildə sahəsi 13170 desyatin (143,8 km2) olan Alagöllər otlaq sahəsi Dərələyəz qəzasına verilmişdir. Buna cavab olaraq, Azərbaycan SSR MİK Rəyasət Heyətinin katibliyi 1926-cı il iyulun 5-də Ermənistan SSR MİK-in katibliyindən xahiş etdi ki, Alagöllər sahəsinin otlaqlarının Dərələyəz qəzası tərkibinə verilməsi haqqında Cənubi Qafqaz MİK qərarının nə vaxt qəbul edildiyi barədə qərarı təqdim etsin. Oxşar sorğu 1926-cı il dekabrın 25-də Azərbaycan SSR MİK-nın katibliyi tərəfindən təkrar edilmiş, lakin Ermənistan SSR MİK katibliyindən heç bir cavab alınmamışdı.

Moskva və Qars müqaviləsinin kobud şəkildə pozulması

Tarixi faktlar təsdiq edir ki, Naxçıvan Muxtar Respublikasının bir neçə kəndi də Ermənistan SSR-in tərkibinə verilib. Belə ki, Ermənistan SSR Qars müqaviləsinə əsasən Azərbaycan SSR tərkibində Naxçıvanın muxtariyyətini rəsmən tanısa da, gələcəkdə onu özünə birləşdirmək niyyətindən əl çəkməyib və bir müddət sonra Ermənistan Naxçıvan MSSR torpaqlarının bir hissəsinin öz ərazisinə birləşdirilməsinə nail olub.

Cənubi Qafqaz MİK-nın 1929-cu il 18 fevral tarixli qərarı ilə Naxçıvan MSSR-in Qurdqulaq, Horadiz, Xaçık, Ağbın, Ağaç, Almalı, Dağalmalı, İtqıran, Sultanbəy kəndləri, ona bitişik suayrıcı silsiləsi və Qərçivan kəndinə qədər olan otlaqlar, habelə Ordubad sahəsinin Qərçivan və Kilid kəndinin torpaqlarının bir hissəsi, Cənubi Qafqaz MİK-nın 1938-ci il 5 mart tarixli qərarı ilə isə Sədərək və Kərki kəndlərinin, o cümlədən Şərur qəzasının kəndləri ətrafındakı torpaqların bir hissəsi Sovet Ermənistanına verilib. Ermənistan SSR tərkibinə verilən kənd ərazilərinin ümumi sahəsi 658,4 km olub. Nəticədə 1 yanvar 1933-cü ildən Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ərazisinin ümumi sahəsi 5.329,6 km təşkil edib.

Bütün bu addımlar Naxçıvan MSSR-in statusu və sərhədləri haqqında Moskva və Qars müqavilələrinin şərtlərinin kobud şəkildə pozulması idi. Belə ki, Cənubi Qafqaz FSR tərkibinə daxil edildikdən sonra Azərbaycan SSR və Ermənistan SSR arasında sərhədləri çərçivəsində reallaşan ərazi-inzibati dəyişikliklər Azərbaycan əhalisinin iqtisadi həyatının tarixən formalaşmış təbii sərhədləri və şərtləri nəzərə alınmadan pozuldu və SSRİ dovlətinin birbaşa müdaxiləsi Azərbaycan torpaqlarının parçalanması hesabına Ermənistan SSR-in sərhədlərinin genişləndirilməsini təmin etməyə yönəldi.

Tarixin bütün dövrlərində Azərbaycana qarşı əsassız iddiaların yerinə yetirilməsi erməni dairələrini daha da şirnikləşdirdi və fəaliyyətlərini genişləndirməyə rəvac verdi. Bu, həm də ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyalarının gerçəkləşməsi üçün real imkanlar yaradırdı.

Ermənistan SSR rəhbərliyi tərəfindən 1945-ci ilin noyabrında, 1956, 1962, 1967, 1972, 1977 və 1987-ci illədə də Azəbaycan SSR-in Qarabağ regionunun dağlıq hissəsində ermənilər yaşayan ərazilərin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi SSRİ dövləti rəhbərliyi qarşısında qaldırılıb və Azərbaycan SSR rəhbərləri M.C.Bağırov, İ.D.Mustafayev, V.Y.Axundov və Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən təsirli tədbirlər, göstərilən səylər nəticəsində təkliflər rədd edilib.

Zəngəzur, Göyçə mahalı tarixi Azərbaycan torpaqları sahiblərinə qaytarıla bilər

Bu arayış hazırlanarkən dövlət arxiv sənədlərindən və mövcud problemlə bağlı nəşr edilmiş elmi ədəbiyyat materiallarından istifadə olunub. Məlum olduğu kimi, tarixi tədqiqatlar yalnız yaxın və ya uzaq keçmişdə nələrin olduğunu təsbit etmək üçün deyil, həm də baş vermiş hadisə və proseslərin səbəb-nəticə bağlılığını açmaq, özündən sonrakı tarixə necə təsir etdiyini öyrənmək və ibrət almaq üçün aparılır. Ona görə də təqdim edilən bu araşdırma zamanı bir sıra suallara cavab verməyə səylər edilmişdir.

Qeyd edilən bütün tarixi faktlar əsl reallığı əks etdirir. Özlərini “məzlum xalq” kimi göstərərək dövlət yaratmaq istəyən ermənilər XVIII əsrdən üzü bəri çar Rusiyasına və digər dövlətlərə arxalanaraq tarixi Azərbaycan torpaqlarını hissə-hissə işğal ediblər. Dövlətçilik tariximizdə xüsusi yeri olan, bugünkü müstəqil Azərbaycanın siyasi və hüquqi varisi olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə Azərbaycan torpaqlarının Ermənistana verilməsi ilə bağlı qərar isə torpaqlarımızın itirilməsi baxımından acı tarixdir.

Bu gün isə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan ədaləti bərpa etmək gücünə sahibdir. 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar da bunu deməyə əsas verir.

Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, Zəngəzur, Göyçə mahalı tarixi Azərbaycan torpaqlarıdır. Bu gün ermənilərin yaşadığı İrəvan şəhəri də Azərbaycana məxsus olub. Vətən müharibəsindən sonra Zəngəzur dəhlizinin açılması istiqamətində atılan addımlar, reallaşdırılan layihələr onu deməyə əsas verir ki, tezliklə Zəngəzur da Şuşa, Laçın, Kəlbəcər, Ağdam kimi işğaldan azad edilərək öz sahibinə qovuşacaq.

"Azərbaycan" qəzeti




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
08:50 RUSLAR, AZƏRBAYCAN TORPAQLARI OLAN İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLARI ERMƏNİLƏRƏ NECƏ VERİLMİŞDİ (VİDEO) Azərbaycan xalqının həmin torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev real tarixi həqiqətlərə və ilk mənbələrə əsaslanaraq dəfələrlə bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etmişdir ki, ermənilər Azərbaycan Xalq
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az