t s

» » Fransada “Normand dördlüyü” çərçivəsində görüş keçirilib

Fransada “Normand dördlüyü” çərçivəsində görüş keçirilib

24-02-2015, 22:32 Yazar:  Aygün Baxılıb: 458 Çap et
Fransada “Normand dördlüyü” çərçivəsində görüş keçirilibRusiyanın xarici işlər naziri Sergey Lavrov “Normand dördlüyünün” Fransanın paytaxtı Parisdə keçirilən görüşünün faydalı olduğunu bildirib.


Ukraynanın xarici siyasət idarəsinin başçısı Pavel Klimkin isə Debaltseva şəhəri barədə razılığa gəlməyin mümkün olmadığını qeyd edib.

Görüş zamanı nazirlər Minsk razılaşmasından sonrakı vəziyyəti müzakirə ediblər. Xarici işlər nazirliklərinə əldə olunmuş razılaşmaların yerinə yetirilməsi üçün monitorinq mexanizmini yaratmaq həvalə olunmuşdu. Sergey Lavrov Parisdə əsas diqqətin məhz bu məsələyə yönəldiyini bildirib.

O, həmçinin görüş iştirakçılarının xarici işlər nazirlərinin müavinləri və ya departament direktorları vasitəsi proseslərə nəzarət etmək barədə də razılaşdıqlarını vurğulayıb.

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin sözlərinə görə, Ukraynanın şərqində zorakılıq səviyyəsinin azalmasına baxmayaraq, vəziyyət hələ də qeyri-sabitdir və atəşkəs rejiminin çoxsaylı pozulması halları müşahidə olunur.

Fransanın xarici işlər naziri Loran Fabius isə görüş iştirakçılarının tərəfləri, atəşkəs rejimindən başlayaraq ağır silahların geri çəkilməsinədək, Minsk razılaşmasına tam əməl etməyə çağırdıqlarını deyib.

Nazirlər, həmçinin ATƏT-in missiyasının martın axırında bitəcək mandatını daha bir il də uzadılması qərarına gəliblər.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qırmızı Xaç komitəsinin başçısı ilə görüşmək üçün yekun bəyanatı gözləmədən Fransanın paytaxtını tərk edərək Moskvaya qayıdıb.ans




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:42 Ukrayna XİN BMT-nı Donbasa sülhməramlıları göndərməyə çağırıb Ukraynaya sülhməramlı qüvvələrin yeridilməsi sülhün bərpası üçün lazımdır. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin bəyan edib. Faşizm üzərində Qələbənin 70 illiyinə və BMT-nin yaranmasına həsr olunmuş Təhlükəsizlik Şurasının açıq
23:21 Valter Ştaynmayer: "Moskva separatçılara təzyiqi artırmalıdır, əks halda..." "Rusiya separatçılara qarşı təzyiqi artırmalıdır, əks halda Mariupola hücum olacaq". Mediaxeberleri.az xəbər verir ki, bu açıqlama ilə Almaniya Xarici İşlər naziri Valter Ştaynmayer çıxış edib. "Əgər şəhərə hücum davam edərsə, bu, Minsk razılaşmasının açıq şəkildə pozulması demək olacaq.
01:31 Angela Merkel Fransada (VİDEO) "Normand dördlüyü"nün görüşünün Parisdə keçiriləcəyi ehtimal edilir Almaniya kansleri Angela Merkel Fransaya səfər edib. Mediaxeberleri.az xəbər verir ki, anstv-nin məlumatına görə, səfərin məqsədi Fransa prezidenti Fransua Ollandla Ukrayna münaqişəsinə dair müzakirələri davam etdirməkdir. Dünən
22:18 Rusiyadan Serjə sərt mesaj - Rəsmi Moskva girov Dilqəm Əsgərovu geri qaytarmağa çalışır Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun taleyi ilə maraqlanacağı barədə etdiyi açıqlamaya bu gün rəsmi Moskvadan cavab gəlib. Rusiyanın Xarici İşlər nazirliyinin sözcüsü Aleksandr Lukaşeviç jurnalistlərə açıqlamasında məhz bu məsələni təhlil edib.
22:27 XİN: Ermənistan danışıqların başlanmasına əngəl yaratmağa çalışır “Gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”. Ermənistan xarici işlər naziri təəssüf doğuran ziddiyyətli şərhləri ilə regionda kimin sülh və təhlükəsizliyin bərqərar olmasına real əngəl yaratdığını bir daha göstərib. Mediaxeberleri.az-ın məlumatına görə, bunu

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az