t s

» » Bakının bir çox yerləri sürüşdü

Bakının bir çox yerləri sürüşdü

11-11-2015, 08:01 Yazar:  Nuran Baxılıb: 220 Çap et
Bakının bir çox yerləri sürüşdüSon günlər yağan leysan yağışları ilə əlaqədar Bakı və Abşeron rayonlarındakı sürüşmə sahələrində vəziyyət gərginləşib, yeni sürüşmə ocaqları yaranıb.

Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, sürüşmə müşahidə olunan ərazilər Zığ 1, Zığ 2, Əhmədli 1, Əhmədli 2, Masazır, Qaraçuxur, Əhmədli-Günəşli sahələridir: "Bu ərazilərdə aktivlik dinamikası müşahidə olunub. Sürüşmə səthində baş vermiş çatlarda müəyyən qədər genişlənmə qeydə alınıb. Əsasən, 40-50 mm enində olan bu çatlar o qədər də qorxulu deyil. Avtovağzal hissəsində olan çatlarda isə bərkitmə-bərpa işləri aparıldığına görə, dinamika müşahidə olunub. Burada çatlar 60 mm təşkil edir", - deyə baş geoloq bildirdi.
Ələmdar Piriyevdən aldığımız məlumata görə, Bayıl və Badamdar ərazilərində isə aktiv sürüşmə zonaları sabit vəziyyətdədir, orada çatlarda genişlənməyə rast gəlinməyib.

Çatların geniş olduğu və vətəndaşlara qorxu yaradacaq hissələrdən insanlar təxliyə olunur, dövlət evləri tamamilə yararsız vəziyyətə düşənləri evlərlə də təmin edir.

Ekspert, eyni zamanda, rayonlarda da sürüşmə ocaqları yarandığını dedi.

Onun sözlərinə görə, sel sularının təsiri nəticəsində Lənkəran-Astara zonasında vəziyyət gərginləşib: "Ətraf əraziləri su basdığından əməkdaşlar sürüşmə ocaqlarında da tədqiqat işi apara bilməyiblər".
Ə.Piriyev bildirib ki, Lənkəran rayonunda sürüşmə sahələrinin əhatə dairəsi daha geniş olub. Rayonunun Gərgivan kəndi ərazisində 20 yerdə, Biləsər kəndində 2 yerdə, Osaküçə kəndində 1 yerdə, Bəliton kəndində 5-6 yerdə, Horavenç kəndində 1 yerdə, Girdəni kəndinin çay dərəsində 4-5 yerdə, Köhnəqəqir kəndində 2 yerdə yeni sürüşmə sahələri yaranıb. Nəticədə bır çox evlərə ziyan dəyib.

Noyabrın 7-dən 10-dək yağan yağışlar Azərbaycanın bir çox ərazilərini yararsız vəziyyətə salıb. Bundan sonra da normadan artıq yağış yağsa, həmin ərazilərdə çatlar genişlənə bilər.

Odur ki, bunun qarşısını almaq üçün qabaqcadan tədbirlər həyata keçirmək lazımdır. Bunun üçün xüsusi bəndlər çəkilməli, bərpa işləri aparılmalı, sürüşmə zonaları aktiv olan yerlərdə yaşayan insanlara xəbərdarlıq edilməli və lazım gələrsə, həmin insanları oradan təxliyə etmək lazımdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:26 Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlandı (SİYAHI) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu Milli Məclisə gün keçirilən V çağırış seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP) – 89,4% 2 saylı
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan
14:01 Zəlzələ zamanı iki qadın özünü 2-ci mərtəbədən atdı Ağdaş rayonunda zəlzələ zamanı iki qadın özünü binadan aşağı atıb. İki nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb, bir nəfər isə qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb. Ağdaş Mərkəzi Rayon Xəstəxanasının qəbul şöbəsindən APA-ya verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq İsayev
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az