t s

» » Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - Təbriz

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - Təbriz

24-02-2015, 22:22 Yazar:  Məmməd Məmmədov Baxılıb: 578 Çap et
Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib - TəbrizAzərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunda Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra baş konsulluq tərəfindən faciə ilə bağlı hazırlanmış broşürlər iştirakçılara təqdim edilib.

Mərasimdə çıxış edən İran İslam Respublikasının vətəndaşı, peşəkar kino işçisi Eyyub Daneşvər Xocalı soyqırımının digər qətliamlardan fərqli olaraq hətta çəkilmiş videokadrlarla da sübuta yetirildiyini söyləyib, “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqqında danışın. E. Daneşvər “Xoca” filminin çəkilişi barədə də söhbət açaraq filmin Xocalı soyqırımı zamanı baş vermiş real hadisələri əks etdirdiyini, soyqırımı şahidlərinin ifadələrinə əsaslandığını, bu filmin ərsəyə gəlməsində 22 nəfər iranlı peşəkar mütəxəssisin iştirak etdiyini bildirib. O, filmin baş konsulluq tərəfindən Təbrizdə nümayiş etdirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edib. Türkiyə Respublikasının Təbrizdəki baş konsulu Quven Beğeç mərasimdə çıxış edərək ermənilərin tarix boyu Türkiyə və Azərbaycana qarşı bir çox terror hadisələri, qətliamlar törətdiklərini, daim ərazi iddialarında olduqlarını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli cəhdlərinə və Türkiyə dövlətinin sülh çağırışlarına Ermənistan tərəfindən əməl olunmadığını bildirib.

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək müasir dövrdə Xocalı soyqırımı kimi ağlasığmaz qətliamların törədilməsinin daha acınacaqlı hal olduğunu, bu qətliamın bütün bəşəriyyət əleyhinə törədilən cinayət sayıldığını deyib. Bu səbəbdən Xocalı soyqırımı ilə bağlı aparılan kampaniyaya bütün dünya ictimaiyyətinin qoşulduğunu qeyd edən baş konsul tarix boyu erməni millətçilərinin “Böyük Ermənistan” yaratmaq planları ilə Azərbaycan, İran və Türkiyə dövlətlərinin ərazilərində yerli əhaliyə qarşı bir çox kütləvi qırğınlar törətdiyini bildirib.

Baş konsul ermənilərin dünya ictimaiyyətinin diqqətini yayındırmaq, özlərinin törətdiyi cinayətləri ört-basdır etmək məqsədilə qondarma “erməni soyqırımı” və digər yalan iddialarla çıxış etdiyini, Xocalı soyqırımını törədənlərin cəzalandırılmasının və həyata keçirilən tədbirlərlə qətliam haqqında dünya ictimaiyyətinə daha çox məlumat verilməsinin bu cür cinayətlərin təkrarlanmasının qarşısının alınmasında vacib rol oynayacağını vurğulayıb. O, ilk olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymətini alan Xocalı qətliamının dünyada tanıdıldığını, soyqırımını törədənlərin cəzalandırılması istiqamətində Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan işlərin hazırda da davam etdiyini nəzərə çatdırıb. Bu soyqırımına siyasi-hüquqi qiymət verən dövlətlərin və beynəlxalq təşkilatların sayının ilbəil artdığını, hazırda 12 ölkənin, o cümlədən ABŞ-ın 15-dən artıq ştatının, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıdığını söyləyib.

Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən sənədli film nümayiş etdirilib və soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib.

Xocalı faciəsini əks etdirən CD, DVD, broşür, jurnal və bukletlər, fars dilinə tərcümə edilmiş digər əyani materiallar mərasim iştirakçılarına paylanıb. Mərasim iştirakçıları baş konsulluq tərəfindən hazırlanmış Xocalı soyqırımına aid fotostendə baxıb, həmçinin sərgilənən kitab, jurnal və bukletlərlə tanış olublar.

Mərasimdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan Valiliyinin rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulluğunun əməkdaşları, həmçinin Təbrizdə yaşayan Azərbaycan vətəndaşları, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər. /AzərTac/




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:07 Dünya Xocalını anır Bu günlərdə Almaniya, Hollandiya, Avstriya, İtaliya, Yunanıstan və Türkiyədə XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər həyata ke. Mediaxeberleri.az xəbər verir ki, Teleqraf.com-un məlumatına görə, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (İB) və “Əlillər
02:19 Xocalı qurbanlarının xatirəsi yad edildi - Almatı Almatı şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyinin və “Ozan” Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalıya ədalət!” kompaniyası çərçivəsində tədbir keçirilib. İctimai-siyasi xadimlərin və Almatıda fəaliyyət göstərən diaspora təşkilatları təmsilçilərinin iştirak etdikləri
21:51 Xocalı soyqırımı ilə bağlı aksiya - İsveçrə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “ Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində dünyanın bir çox ölkələri olduğu kimi İsveçrədə də Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Ölkənin paytaxtı
15:07 Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Gürcüstanda silsilə tədbirlər keçirilir. Bu silsilədən növbəti tədbir Rustavi şəhərində təşkil olunub. Əvvəlcə faciə qurbanlarının və şəhidlərimizin əziz xatirəsi
13:33 Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Ankarada mərasim keçirilmişdir Türkiyə Prezidentinin Baş müşaviri: Biz bütün acılara şərikik və hamıdan da bizim acıları bölüşməsini ummağa haqqımız var Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Ankarada keçirilmiş mərasimdə iştirak edən Türkiyə Prezidentinin Baş müşaviri İbrahim Kalın jurnalistlərə müsahibəsində bildirib

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az