t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » 20 YANVARDA SOVET ORDUSUNU BAKIYA RƏSİZADƏ ÇAĞIRIB? - Özü "yalandır" deyir, amma...

20 YANVARDA SOVET ORDUSUNU BAKIYA RƏSİZADƏ ÇAĞIRIB? - Özü "yalandır" deyir, amma...

20-01-2022, 20:02 Yazar:  Samir Baxılıb: 846 Çap et
20 YANVARDA SOVET ORDUSUNU BAKIYA RƏSİZADƏ ÇAĞIRIB? - Özü "yalandır" deyir, amma...
“20 Yanvarda sovet ordusunu Bakıya dəvət etməyim barədə deyilənlər yalandır”. Bu sözləri Modern.az-a verdiyi müsahibəsində Azərbaycanın sabiq baş naziri Artur Rəsizadə faciə ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, belə bir müraciət üçün heç səlahiyyəti də olmayıb: “Respublikanın Birinci katibi, ikinci katibi, Baş naziri yerində ola-ola Baş nazirin müavini Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?!”

Sabiq baş nazir bildirib ki, SSRİ-də iqtisadi bloka məsul olan şəxslərin bu cür teleqramlar göndərməyə heç vaxt olmayıb: “Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın Baş nazirinin müavini Mərkəzi Komitənin Baş katibinə məktub ya da teleqram göndərsin. Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?! Əlbəttə yalandır…” -.

Qeyd edək ki, Artur Rəsizadənin Moskvaya teleqram vurduğu haqda ilk xəbər 1991-ci ildə "Azadlıq” qəzetində dərc olunduğu deyilir. Bu məlumatları internet resurslarından əldə etmək mümkündür.

Məlumatı qəzetin o zamankı redaktorlarından Surxay Hüseynli də "Facebook”dakı şərhlərində təsdiqləyib: "Onda Nazirlər Sovetindən belə teleqramların olduğunu təsdiq etmişdilər. Bildirmişdilər ki, baş nazirin birinci müavini Artur Rəsizadənin imzası ilə Moskvaya 3 teleqram vurulub. Teleqramlarda qoşunların yerləşdirilməsi, ərzaqla təmin olunması və digər texniki məsələlərdən söhbət gedib. Əsas xətt ordunun Azərbaycan paytaxtına yeridərək sabitliyin təmin olunması idi”.

20 Yanvar faciəsi üzrə deputat -stintaq komissiyasında işçi qrupunun rəhbəri olmuş mərhum Səftər Nəhmədov da vaxtilə faktı təsdiqləyib. O deyib ki, əslində belə teleqramlar tək Artur Rəsizadənin imzasıyla getməyib, o vaxt komissiya bu hadisələri araşdıranda üzə çıxıb ki, yanvarın 13-dən sonra bütün dövlət qurumlarına tapşırılıbmış ki, kömək üçün Moskvaya müraciət etsinlər. "Bu, tamamilə həqiqətdir. İndi ola bilər ki, həmin şifrəli teleqramlar Moskvada olduğuna görə heç kim bunu boynuna almasın, amma biz o dövrdə komissiyada işləyəndə rayonların hamısına sorğu göndərmişdik. Və belə bir fakt ortalığa çıxmışdı”.



1992-ci ildə AXC hakimiyyətə gələndən sonra Nazirlər Kabinetində aparat rəhbəri vəzifəsində çalışan, ABŞ-da mühacir həyatı yaşayan Ramiz Yunus isə Meydan TV-yə deyib ki, o, Artur Rasizadənin Moskvaya göndərdiyi teleqramı həmin ilin avqustunda görüb: "Baş nazir Rəhim Hüseynov idi. Aparat rəhbəri olduğumdan bütün şöbələrlə bərabər məxfi şöbə də mənə tabe idi. 20 Yanvar faciəsi ilə əlaqədar Respublika Prokurorluğunda istintaq komissiyası yaradılmışdı, AXC hakimiyyətə bir neçə ay idi gəlmişdi və hadisənin istintaqı yenilənmişdi. Bütün detallar araşdırılırdı. Ayaz Mütəllibovun hakimiyyəti zamanı dövlət katibi Midhət Abbasovun sədrliyi ilə yaradılan komissiya fəaliyyətdə idi. Elə vəziyyət yaranmışdı ki, əsas sənədlər Nazirlər Kabinetində idi və dövlət müşaviri İxtiyar Şirinov məndən xahiş etdi ki, istintaqa yardım edim.

İstintaqın nümayəndələri Nazirlər Kabinetinə gəlib gərəkli sənədləri istəmişdilər. Həmin müstəntiqlərdən birinin adı Məzahir idi. Digər sənədlərlə birgə Artur Rasizadənin Moskvaya göndərdiyi teleqramı da aktlaşdırıb müstəntiqlərə təqdim etdim. Əslində, həmin sənəd teleqram yox, "şifrəli teleqram” adlanır, "şifroqramma” deyilir. Xüsusi poçtla göndərildiyindən hər adam oxuya bilmirdi”.

Ramiz Yunus deyib ki, istintaq uzandığından Artur Rasızadənin həbs olunması məsələsi gündəmə gəlmədi. Hakimiyyət dəyişəndən sonra isə bu məsələ gündəmdən çıxdı.

Ramiz Yunus teleqramı oxuduğunu təsdiqləyib: "Təbii ki, sənəd rus dilində idi və Rəsizadənin imzası vardı. Teleqramın məzmunu təxminən belə idi: "Bakı şəhərində Sovet İttifaqının əleyhinə təxribatlar aparılır və bu, SSRİ-yə qarşı ideoloji hərəkatı gücləndirib. Gedişat respublikada sovet hakimiyyətinin çökməsi təhlükəsini yaradıb. Azərbaycan rəhbərliyi tərəfindən xahiş edirik, situasiyanı sabitləşdirmək üçün hərbi heyət göndərəsiniz, əks təqdirdə hakimiyyət təxribatçıların əlinə keçəcək”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az