t s

» » Azərbaycanlı aparıcıların keçmişi

Azərbaycanlı aparıcıların keçmişi

10-11-2015, 08:29 Yazar:  Gülnar Baxılıb: 473 Çap et
Azərbaycanlı aparıcıların keçmişiTrend məşhur televiziya əməkdaşlarının keçmişini araşdırmağa çalışıb.

Mediaxeberleri.az həmin məlumatları tədim edir:

Qax rayonunda anadan olan və şou verilişlərindən yaxşı tanıdığımız Azər Axşam televiziyaya aktyorluqdan gəlib və bu gün də bu sahədə fəaliyyətini davam etdirir.

Astara rayonunda anadan olan və şou verilişlərindən yaxşı tanıdığımız Nanə Ağamalıyevateleviziya fəaliyyətinə qədər heç yerdə çalışmasa da, əvvəllər sosial verilişlərdə aparıcılıq edib.

Gürcüstanın Marneuli rayonunda anadan olan və sosial verilişlərdən yaxşı tanıdığımız Ruhəngiz Qarayeva televiziyaya gələnə qədər Bakı Qızlar Universitetində müəllim işləyib. İxtisasca psixoloq olan xanım fəlsəfə doktorudur.

Bir zamanların məşhur “Retro”sunu aparan Həmidə Ömərova ixtisasca aktyordur. Bakıda anadan olan xalq artisti son illər aparıcılıq etməsə də, vaxtaşırı olaraq verilişlərə qonaq qismində qatılır.

Rusiya Federasiyasının Yaroslavl vilayətində anadan olan və əvvəllər şou, hazırda isə sosial verilişlərdə efirə çıxan Elgiz Əkbər ixtisasca iqtisadçıdır. Mədəniyyət yazarı olaraq fəaliyyətə başlayan E.Əkbər 8 ildir aparıcılıq edir.

Bakıda anadan olan və sosial televiziya layihələrindən yaxşı tanıdığımız İlqar Mikayıloğluixtisasca inşaat mühəndisidir. Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirak edən aparıcı paralel olaraq futbol matçlarını şərh edib.

Bakıda anadan olan və sosial verilişlərdən yaxşı tanıdığımız Rövşanə Bektaşi ixtisasca filoloqdur. Filologiya elmləri üzrə fəlsəfə doktorudur. 21 yaşından televiziya sahəsində çalışır.

Müxtəlif sosial layihələrlə efirə gələn Xoşqədəm Hidayətqızı Ağdərə rayonunda anadan olub. Paralel olaraq “Üç nöqtə” qəzetinin baş redaktorudur. İxtisasca hüquqşünas olsa da, indiyə qədər bu sahədə çalışmayıb.

Masallı rayonunda anadan olan və ictimai-siyasi verilişlər aparan Cəlalə Nəzəroğlu həm də yazıçıdır. Natiqlik sənəti üzrə mütəxəssis adını alan C.Nəzəroğlu ali məktəbi jurnalistika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

Neftçala rayonunda anadan olan və ictimai-siyasi verilişlərdən yaxşı tanıdığımız Qənirə Ataşovaixtisasca fizikdir. Sonradan jurnalistikaya olan böyük marağı onu televiziyaya gətirib və 15 ilə yaxındır bu sahədə çalışır.

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, istedadlı aparıcı Mehriban Ələkbərzadəparalel olaraq rejissordur. Gəncədə anadan olan M.Ələkbərzadənin ilk iş yeri Lənkəran Dövlət Dram Teatrı olub. Sonradan Bakıya dönən M.Ələkbərzadə müxtəlif televiziya layihələrinin müəllifi və aparıcısı olub.

Bakıda anadan olan və şou verilişlərindən yaxşı tanıdığımız İlkin Həsənli fotoqrafdır. 2001-ci ilin noyabrında Fransanın Strasburq şəhərində keçirilən fotomüsabiqədə qalib olub. Əvvəlcə radioda çalışan İ.Həsənli sonradan yolunu televiziyadan salıb.

Quba rayonunda anadan olan və kriminal verilişlərin aparıcısı olan Pərviz Abubəkirov uzun müddət Rusiyanın Tolyatti şəhərində yaşayıb. Bakıya döndükdən sonra televiziya sahəsində fəaliyyətə başlayan aparıcı hazırda kriminal verilişlərdə aparıcılıq edir.

Quba rayonunda anadan olan və bir sıra sosial və şou verilişlərinin aparıcısı Səxavət Nur gənc yaşlarından radioda çalışıb. Radio dinləyicilərinin ulduzuna çevrilən S.Nur sonradan yolunu televiziyadan salıb və bir çox verilişlərə aparıcılıq edib.

Gəncədə anadan olan və Azərbaycanın populyar aparıcılarından olan Sevil Nuriyeva nə az-nə çox, düz 25 ildir televiziya sahəsində çalışır. Fəlsəfə doktoru olan S.Nuriyeva paralel olaraq dövri mətbuatda müəllif yazıları ilə çıxış edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
14:35 Nanənin faydası Nanənin faydası 24 Dekabr 2014 / Baxis: 1775 b_400_280_16777215_0___images_stories_Xalqtebateti_nane2.jpegNanə otu çox zəngin kimyəvi tərkibə malikdir. Burada müxtəlif vitaminlər (B qrupu, C. PP), makro- və mikroelementlər, efir yağları və s. faydalı maddələr var. Nanə həm xalq, həm də ənənəvi
14:29 Nanənin faydası Nanə otu çox zəngin kimyəvi tərkibə malikdir. Burada müxtəlif vitaminlər (B qrupu, C. PP), makro- və mikroelementlər, efir yağları və s. faydalı maddələr var. Nanə həm xalq, həm də ənənəvi təbabətdə geniş istifadə olunur. Bu bitkinin əsasında müxtəlif sakitləşdirici, spazmolitik , köpəleyhinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az