t s

» » Azərbaycanda plastik cərrahiyyə faciəsi: nişanlı qız şikəst qaldı - FOTO

Azərbaycanda plastik cərrahiyyə faciəsi: nişanlı qız şikəst qaldı - FOTO

24-02-2015, 21:30 Yazar:  Aygün Baxılıb: 2514 Çap et
Azərbaycanda plastik cərrahiyyə faciəsi: nişanlı qız şikəst qaldı - FOTOHaqqında bəhs edəcəyimiz xanım gözəlliklə bağlı təsəvvürlərə səhhətini, əsəblərini, normal yaşamını və axtardığı gözəlliyini qurban verib. O, ideal gözəllik yanğısını indi vücudundakı əzablarla əvəzləyib.

Toyuna hazırlaşdığı bir vaxt sinəsinə cərrah bıçağından ömürlük korş zərbə alan gənc bir xanım başına gələnləri Milli.Az-a danışıb. Süd vəzləri ilə bağlı kompleksdən qurtulmaq istəyən 27 yaşlı N.B. bildirir ki, sinəsindəki komplekslə bağlı həkimə üz tutub və gözlənilməz zərbə alıb:

“Süd vəzlərimin böyük olmasından kompleks hissi duyurdum. Nişanlı olduğum üçün toydan əvvəl əməliyyat etdirməyə qərar verdim. Ötən il aprelin 7-də İstanbul Estetik Klinikasına səhər saatlarında müraciət etdim. Türk həkim Zubeir Orter müayinə etdi və bildirdi ki, süd vəzimdə olan artıq piyləri çıxartmaqla məni bu kompleksdən azad edəcək. Razılaşdım və bildirdi ki, Türkiyəyə qayıdacaq, ona görə də əməliyyatı elə həmin gün etməlidir. Əməliyyat üçün üç min beş yüz manat istədi, üç min manata razılaşdıq. Elə həmin gün qan analizi götürdülər, günorta saat üçdə əməliyyat təyin etdilər. Hazırlaşmaq üçün evə getdim, tıxacda qaldığımdan klinikaya bir az gec gəldim. Tıxacda olduğum zaman da klinikadan Mahirə xanım zəng edərək gəlib-gəlməməyimlə maraqlandı. Klinikaya çatdım və məni tələsik çizim üçün müayinə otağına göndərdilər. Burada həkim çizim edərkən heç bir avadanlıqdan istifadə etmədi. Əməliyyatım 6 saatdan artıq çəkdi. Sonradan ilk sarğı açılanda nəticəni görüb qorxdum”.



Şikayətçi xanım bildirdi ki, sarğıdan sonra gördükləri çox dəhşətli idi:

“Ölçülərdə böyük fərq vardı, sağ süd vəzim bərbad vəziyyətdə idi. 6 gün xəstəxanada qaldım, həkim Türkiyəyə getdi və sonrakı müayinələri azərbaycanlı Əbdüləli Əliyev apardı. Bir ay yarım hər gün klinikaya sistemə getmişəm, tikiş açılmışdı, dəfələrlə qanaxmam oldu və buna görə də toyum təxirə salındı. Sonra qardaşım baş həkim Azər Nəsirovla danışdı, o da səhvi gördüyünü bildirdi. Üzr istədi və onlara ikinci şans verməyimizi xahiş etdi. Qarşıda toy olacağını nəzərə alıb razılaşdıq. İyulun 12-də təkrar əməliyyat olundum və ikinci əməliyyatı Əbdüləli həkim etdi. Narkozdan ayılanda sağ süd vəzimə implant yerləşdirdiyini bildirdi. Bu implantın müvəqqəti olduğunu söylədi. 6 aydan sonra təkrar əməliyyata ehtiyac olduğunu dedi. Buna görə də toyum ikinci dəfə təxirə salındı. İkinci əməliyyatın təmənnasız olacağını demişdilər, lakin əməliyyatdan sonra 550 manat tələb etdilər. Xəstəxanaya etdiyim ödənişlərlə bağlı mənə heç bir qəbz də vermədilər. Bununla bağlı Vergilər Nazirliyinə etdiyim müraciət əsasında həmin klinika cərimələndi”.

Başına gətirilənlərdən sonra İstanbul Estetik Klinikasına qarşı qorxu yarandığını deyən şikayətçi məhkəməyə müraciət etdiyini dedi: “Dəymiş zərərin maddi və mənəvi ödənməsini istədim, Azər müəllim isə: "Haraya müraciət edirsən, et", - dedi. Və bütün bu zaman ərzində çəkilən şəkilləri, nə də epiqroslarını mənə vermədilər. Hal-hazırda iş Nərimanov Rayon Məhkəməsindədir. Qorxuram, onlar məhkəməyə və hakimə təsir edələr. Müəssisənin sahibi kimdirsə, böyük adamdır, nüfuzundan istifadə etməsindən qorxuram. Məhkəmədə klinikadan 200 000 manat mənəvi zərər, həm də gələcək əməliyyatlarım üçün pul tələb etmişəm. Xaricdə ən azı iki dəfə əməliyyat olunmalıyam”.



Əməliyyatdan sonrakı uğursuzluq N.B.-ni intihar həddinə də çatdırıb. O bildirdi ki, həkim əməliyyatdan əvvəl süd verə biləcəyimi söyləmişdi, ancaq sonradan onlar bundan məhrum etdilər: “Gələcək övladlarıma süd verə bilməyəcəm. Məcburi köçkünəm. Ermənilərdən qaçdıq, ancaq öz vətənimdə bəzi işbazlar mənim bu hala gəlməyimə göz yumdular. Tələb etdiyim pul nə sağlamlığımı, nə də itən zamanlarımı qaytaracaq, sadəcə hər kəsə dərs olmasını istəyirəm”.

Klinika isə şikayətçinin süd vəzi əməliyyatının uğursuz olması ilə razılaşmır. N.B. üzərində ikinci əməliyyatı aparan Əbdüəli Əliyev isə Milli.Az-ın suallarına günün ikinci yarısında cavab verəcəyini bildirdi.



Klinikanın baş həkimi Azər Nəsirov isə Mili.Az-a açıqlamasında bildirdi ki, həmin xanımın süd vəziləri həddindən artıq böyük olub. Əgər yüz süd vəzisinin böyüklüyü kiçildilirsə, bu xanımda iki ən böyük süd vəzilərindən biri idi. Biri var, böyük süd vəzisini kiçildirsən, bir də var, miqyaslı süd vəzisindən azad olasan. Bu xanımda həddindən artıq böyük idi”.

Baş həkimin sözlərinə görə, şikayət edən xanımın əməliyyatı normal olaraq bitib. Bundan sonra həmin xanım istəyinə uyğun olaraq süd vəzlərinin formasını dəyişmək istəyir, amma bu gün üçün onun normal süd vəzləri var.

“Bu iş məhkəməyə gedəcək və məlum olsa ki, əməliyyat uğursuz olmayıb, onda sizin yazdığınız yazının aqibəti necə olacaq? Şikayətçi çox şey deyə bilər. Onda şəkillər var, əməliyyatdan öncəki şəkilləri də sizə göstərsin. Bütün şəkillər onun özünə verilib. Bu işdə həkimin bir səhvi yoxdur ki, şəkilləri ona verməsin”, - deyə baş həkim əlavə etdi.


Azərbaycanda plastik cərrahiyyə faciəsi: nişanlı qız şikəst qaldı - FOTO




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:20 Azər Əsgərovdan AXCP sədrinə yeni ittihamlar Mülk sahibi Avropa Məhkəməsinə qədər getmək fikrindədir: “Əli Kərimli xarici ölkə səfirliklərindən 500 min manat pul alıb” Bir həftədən sonra AXCP-nin qərargahının sökülməsindən bir il ötür. Keçən müddət ərzində mülkün sahibi Azər Əsgərova kompensasiya ödənilməyib. Qərargahdan götürülən
20:51 Sabirabad Doğum Evində rəzalət Ana həkimin tələb etdiyi 480 manat verə bilmədiyi üçün 14 saat ağrılar içində qovrulub, bətndəki körpə ölüb, özünün durumu isə ağırdır Sabirabad Doğum Evində bir qadının başına pulu olmadığı üçün müsibət gətirilib. Bu barədə JAM.AZ-a həmin vəziyyətlə üzləşmiş Mərziyyə Mirzəyevanın yaxınları
11:37 «İrşad Telekom»dan vətəndaşlara «qarantiya» fırıldağı - Müştəriləri necə aldadırlar - Nazirliyə və məhkəməyə müraciət olunur Mobil telefon bazarındakı nəzarətsizliyə bu yaxınlarda dövlət müdaxilə etmə təşəbbüsləri göstərsə də, bu problem hələ də ciddi şəkildə qalmaqdadır. Xatırladaq ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən də müəyyən qadağalar tətbiq olunmuşdu. Amma sonradan aydın oldu ki, DGK-nın hörmətli
00:18 Gülər Əhmədovanın dələduz mətbuat katibi Keçmiş deputatın həm də köməkçisi olan Zaur Mirzə-zadə dostundan maşın alaraq pulu Gülər Əhmədovanın ödəyəcəyini deyib “Amid bizim evə gələrək atamı və məni öldürməklə hədələdi. Sonra həyat yoldaşımın sinəsinə əl ataraq, yaxasını cırdı” “Mən Zaur Rafael oğlu Mirzə-zadənin cinayətkar əməllərinin
12:18 Ətimizi yeyən klinikalar Cərrahi əməliyyatların qiyməti və keyfiyyəti ürək ağrıdır Bu gün səhiyyə sektorunda çatışmazlıqların mövcud olması heç kəsə sirr deyil. Vətəndaşlar bəzən ölkədəki səhiyyə müəssisələrindəki xidmətlərdən, müayinə, müalicə və cərrahi əməliyyatların keyfiyyətindən şikayətlənirlər. Onlar həmçinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az