t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Gəncə səhiyyəsində RƏSMƏN BAZAR AÇIBLAR... - BU DA FAKT!!!

Gəncə səhiyyəsində RƏSMƏN BAZAR AÇIBLAR... - BU DA FAKT!!!

14-01-2022, 22:03 Yazar:  Samir Baxılıb: 60 Çap et
Gəncə səhiyyəsində RƏSMƏN BAZAR AÇIBLAR... - BU DA FAKT!!!
Xatırladaq ki, bu yaxınlarda özəl klinikalardan birində uzun müddət rəhbər işləyən Tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılov Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya baş həkim təyin edildi. Qərb bölgəsinin ən böyük tibb müəssisəsi olan 1 saylı xəstəxana Tibbi Sığortaya keçdikdən sonra tibbi xidmətin keyfiyyəti yaxşılaşmaq əvəzinə daha da pisləşibdi. Məlumat üçün bildirək ki, tibbi xidmətin keyfiyyətinin artırırlması məqsədi ilə Tibbi Ərazi Bölmələri (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən inzibati ərazi vahidləri üzrə əhalinin sayı, xidmət coğrafiyası, nəqliyyat infrastrukturu, tibb müəssisələrinin şəbəkəsi və potensialı, habelə həkim və orta tibb işçilərinin sayı nəzərə alınmaqla yeni idarəetmə qaydaları formalaşdırılıb.

MEDİAXEBERLERI.AZ
-ın məlumatına görə, aktualxeber.az-ın apardığı kiçik araşdırma zamanı məlum oldu ki, əslində Gəncə şəhəri üzrə fəaliyyət göstərən dövlət tibb müəssisələrində çalışan tibb personalı əvvəlki kimi vətəndaşların cibinə necə girməyin yeni yollarını axtarırlar. Artıq o yolları tapıblar da… Məsələn, Abbas Səhhət adına 1 saylı xəstəxananın MRT-1 şöbəsində müayinəyə gələn pasiyentlər diski öz şəxsi vəsaitləri hesabına alırlar. Xəsətəxanaya gələn sakinlər qoruyucu vasitələrin olmamasından da gileylənirlər. Halbuki, koronavirus pandemiyasının yayılmasına qarşı həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olaraq xəstələrə nə tibbi spirt, maska, nə də ki, əlcək verilir. 245 çarpayılıq xəstəxana binasında 56-sı həkim olmaqla, 370 tibb işçisi çalışmasına baxmayaraq bütün tibbi personal öz şəxsi vəsaitləri hesabına yuxarıda qeyd etdiyimiz qoruyucu vasitələri alırlar. Hazırda pensiya üçün xəsətəxanalara göndərişlə gələn xəstələr 3-5 gün müddətə stasionar müalicədə saxlanılırlar.Göndərişlə gələn pasiyentlər də bütün dərman pereparatlarını öz şəxsi vəsaitləri hesabına alırlar.Hətta, gündə 3 dəfə isti yeməklə təmin olunmalı xəstələr verilən yeməyin keyfiyyətsizliyindən də şikayətlənirlər. Abbas Səhhət adına 1 saylı xəstəxananın nəzdində olan doğuş şöbəsi perinatal mərkəzlə birləşdirilsə də “doğuş” yenə də pulsuz başa gəlmir.Təbii və qeysəriyyə üsulu ilə doğuşa görə vətəndaşlar 500-1000 manat arasında pul ödəməlidir. Qeyd edək ki, Azərbaycanda stasionar tibb müəssisələrində müalicə olunan və imtiyazlı qruplara daxil olan xəstələr də dərman preparatları və tibbi ləvazimatları ilə təmin olunurlar. Ölkədə stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri, müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə isə 99 adda dərman preparatları pulsuz paylanılır. Amma görünən odur ki, əksər hallarda bu yalnız kağız üzərində belədir…Bu gedişatla azərbaycansayağı tibbi xidmət hələ uzun müddət davam edəcək…
Bu xəstəxanadan redaksiyamıza şikayət edən vətəndaşlar deyirlər ki, orada operator vəzifəsində işləyən Həsənova Afət Həsən qızı adlı şəxs sənəd saxtakarlığı ilə məşğuldur. Bu xanımın onlarla vətəndaşı aldadaraq onların 60.500 manat pulunu mənimsədiyi və bunu özünün də etiraf etdiyini sübut edən sənədlər redaksiyamıza təqdim edilmişdir. Bir neçə əlaqədar quruma sorğu göndərib dəqiqləşdirmələr apardıqdan sonra daha geniş məqaləni oxucularımıza təqdim edəcəyik. Baş həkim İlkin İsmayılovun onun öhdəsindən gələ bilmədiyinin əsil səbəbini də açıqlayacağıq.
Qarşı tərəfi də dinləməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:50 İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncamda deyilir: “Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az