t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Qızlar Universitetində mülkiyyət davası: Ağaclar kəsilib, mülk zəbt olunub (İDDİA/FOTO)

Qızlar Universitetində mülkiyyət davası: Ağaclar kəsilib, mülk zəbt olunub (İDDİA/FOTO)

14-01-2022, 20:24 Yazar:  Samir Baxılıb: 49 Çap et
Qızlar Universitetində mülkiyyət davası: Ağaclar kəsilib, mülk zəbt olunub (İDDİA/FOTO)
Bakı şəhəri Yasamal rayonu M.Muxtarov küçəsi 50 ünvanında qalmaqal yaşanır.

Mediaxeberleri.Az
Qaynarinfo-ya istinadən xəbər verir ki, həmin ünvanda 2 girişli həyətdəki binanın 2-ci mərtəbəsində Bakı Qızlar Universiteti, alt qatda isə müxtəlif profilli qeyri-yaşayış sahələri yerləşir. Ağarəhim Rəhimov isə həyətə girişi bağlayaraq mülkiyyətçilərin hüquqlarını pozub.

Mülkiyyətçilərdən birinin qanuni təmsilçisi Ravil Novruzov məsələ ilə bağlı Prezidentin köməkçisi Fuad Ələsgərova, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ombudsman Səbinə Əliyevaya müraciət edib. Həmin müraciətin bir surəti də redaksiyamıza daxil olub.

"Ağarəhim Rəhimov 5 nəfər qonşunun və nümayəndəsi olduğum şəxsin mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq giriş qapılarının qıfıllarını dəyişib. Əraziyə heç kimin buraxılmamasına dair universitet işçilərinə qanunsuz göstəriş verib. Bununla yanaşı ekologiyaya ciddi ziyan vuraraq ünvanda yerləşən ağacları qanunsuz kəsdirib, qanunsuz tikililər inşa etdirib, o cümlədən evə giriş qapısının qarşısını kəsən, giriş-çıxışa mane olan pilləkən qoydurub. Rektorun bu qanunsuzluğuna etiraz etdikdə isə bizə hədə qorxu gəlir”, deyə Ravil Novruzov müraciətində qeyd edib.

Qaynarinfo iddialarla bağlı Ağarəhim Rəhimovla əlaqə saxlayıb. Rektor deyilənlərin doğru olmadığını bildirib:

"Həmin bina bütövlükdə Bakı Qızlar Universitetinə məxsusdur. Dediyiniz şəxs isə binanın zirzəmisini zəbt edib. Hara müraciət ediriksə, xeyri yoxdur. Dəfələrlə polis gəlib, amma yenə də problem həllini tapmayıb. Bilmirik nə edək, kimə müraciət edək”.

Ravil Novruzov isə saytımıza açıqlamasında rektorun iddialarının əsassız olduğunu bildirib:

"Əvvəla, həmin bina bütövlükdə Bakı Qızlar Universitetinə məxsus deyil. Yalnız binanın ikinci mərtəbəsi universitetindir.
İkincisi, Ağarəhim Rəhimovun zirzəmi adlandırdığı həmin yer binanın birinci mərtəbəsidir. Üçüncüsü, ora zəbt olunmayıb. Mənim yaxın qohumum orada mülkiyyətçidir. Əlində müvafiq sənədlər var. Həmin sənədləri sizə də təqdim edə bilərəm. Universitetə məxsus olan hansısa ərazi, qeyri-yaşayış sahəsi necə zəbt edilə bilər axı?

Qanunsuzluqla məşğul olan biz deyilik, Ağarəhim Rəhimovdur. Həyətə girişi bağlayıb, ağacları kəsib və s. Bununla bağlı müvafiq qurumlara şikayət etmişik. Təsəvvür edin, hər gün polis gəlir və bizə deyir ki, yaşlı adamdır yola verin”.

Şikayətçi həmçinin bildirib ki, Ağarəhim Rəhimov həmin binada mülkiyyət sahiblərinə hədə-qorxu gəlir:

"Deyir sizi bura buraxmayacam. Mənə deyir ki, evini satdıracam, səni küçələrdə qoyacam”.

Ravil Novruzov müvafiq sənədləri, o cümlədən ərazidən çəkilən fotoları da redaksiyamıza təqdim edib.

Qızlar Universitetində mülkiyyət davası: Ağaclar kəsilib, mülk zəbt olunub (İDDİA/FOTO)
Qızlar Universitetində mülkiyyət davası: Ağaclar kəsilib, mülk zəbt olunub (İDDİA/FOTO)
Qızlar Universitetində mülkiyyət davası: Ağaclar kəsilib, mülk zəbt olunub (İDDİA/FOTO)
Qızlar Universitetində mülkiyyət davası: Ağaclar kəsilib, mülk zəbt olunub (İDDİA/FOTO)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:26 Əli Abbasov və Vidadi Zeynalov dövlətdən oğurladığı 100 milyonları niyə qaytarmır? - İTTİHAM Əli Abbasovun Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunmasının süjeti çoxlarına bəllidir. Qısa xatırlatma üçün bildirək ki, “NARXOZ” kimi rüşvət və korrupsiya yuvasında “təlim keçmiş” Əli Abbasov öz sələfi Nadir Əhmədovu gözdən salmaq, ləkələmək üçün hər cürə fırıldağa, oyunlara getmiş
17:08 Əli İnsanovun talan etdiyi dövlət mülklərinin TAM SİYAHISI Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə İnsanov Əli Binnət oğlu tərəfindən mənimsəmə və israf etmə yolu ilə talan edilmiş dövlət əmlakları barədə məlumat açıqlanıb. Azvision.az xəbər verir ki, Əli İnsanov tərəfindən
09:05 Rabitə sektorunda itib-batan milyonlar... - SİYAHI Həbsdən yeni çıxan sabiq məmurun oğlunun və kürəkənin adına Türkiyədə şirkət var imiş. Bu şirkət də sabiq məmurun övladlarının adının baş hərflərini daşıyır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalov həbsxanadan çıxdıqdan sonra verdiyi ilk açıqlama
21:24 Sosial ev almaq üçün tələb olunan sənədlər - SİYAHI “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikasının
09:47 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ: İNKİŞAFIN YÜKSƏK MƏRHƏLƏSİNDƏ Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az