t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » “Qaynım gəlinimin yanında lüt...” – Bakıda ŞOK OLAY

“Qaynım gəlinimin yanında lüt...” – Bakıda ŞOK OLAY

14-01-2022, 16:44 Yazar:  Samir Baxılıb: 218 Çap et
“Qaynım gəlinimin yanında lüt...” – Bakıda ŞOK OLAY
Bakının Xəzər rayonunda 1961-ci il təvəllüdlü Famil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qaynı Mehdini (adlar şərti verilib – red.) bıçaqlayıb.Teleqraf.com-un əldə etdiyi məlumata görə, Famil 9 avqust 2021-ci ildə, saat 09.10-da yaşadığı Zirə qəsəbəsi, Bağlar sahəsində yerləşən bağ evinin həyətində qaynı Mehdi ilə mübahisə edib.

Mübahisə zamanı Famil qaynı ilə əlbəyaxa olub, bir-birilərinə zərbələr vurublar.

Famil mətbəxdən götürdüyü bıçaqla Mehdini qarın nahiyəsindən bıçaqlayıb. Mehdiyə xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Familin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.



Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Famil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, yay aylarında ailə üzvləri ilə birlikdə Zirə qəsəbəsindəki bağ evində yaşayır: “Həyat yoldaşımın qardaşı, yəni qaynım Mehdi da öz ailəsi ilə birlikdə mənim bağ evimin qonşuluğunda yaşayır. Mehdi tez-tez köynəyini çıxarıb, qurşağa qədər lüt bədənlə hasara çıxaraq həyətimə baxırdı. Evdə gəlinim olduğundan buna görə Mehdiyə dəfələrlə irad bildirmişəm. Mehdi iradlara məhəl qoymadı, hərəkətlərini davam etdirdi”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə avqustun 8-də öz həyətində bir qədər spirtli içki qəbul edib, ailə üzvləri ilə söhbət zamanı oğlu Mahirə əvvəllər də olduğu kimi “dayısına oxşamış” deyib, Mehdinin ünvanına “namussuz” sözü işlədib:

“Həmin vaxt Mehdi bu sözümü eşitdi. Avqustun 9-da səhər saat 09-10 radələrində həyətimdə oturaraq səhər yeməyi üçün mətbəx bıçağı ilə kolbasa və pendir doğrayan zaman Mehdi ora gəldi. Mənə yaxınlaşdı, bir gün əvvəl ünvanına dediyim sözləri təkrar edə bilib-bilmədiyimi soruşdu. Mən də dedim ki, təkrar edərəm. Mehdi əlindəki naməlum əşya ilə qoluma, çənəmə və bədənimin müxtəlif nahiyələrinə vurmağa başladı. Sonra əlbəyaxa olduq”.

Famil qeyd edib ki, bu zaman Mehdinin zərbələrinin qarşısını almaq məqsədilə əsəbləşib və masanın üzərindəki mətbəx bıçağını götürərək onun qarın nahiyəsinə vurub: “Bundan sonra Mehdi həyətdən çıxaraq evinə tərəf qaçdı. Qardaşı Əlvan onu xəstəxanaya apardı. Özüm isə evdən çıxdım və Yasamal rayonunda yerləşən evimə getdim. Sonra Xəzər rayon Polis İdarəsinə gəldim”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Famil Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:50 İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncamda deyilir: “Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az