t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Nazirlikdən poçt xidmətləri üzrə qiymətlərin artırılması ilə bağlı AÇIQLAMA

Nazirlikdən poçt xidmətləri üzrə qiymətlərin artırılması ilə bağlı AÇIQLAMA

14-01-2022, 16:21 Yazar:  Samir Baxılıb: 53 Çap et
Nazirlikdən poçt xidmətləri üzrə qiymətlərin artırılması ilə bağlı AÇIQLAMA
Məlum olduğu kimi, “Azərpoçt” MMC tərəfindən göstərilən universal poçt xidmətləri (UPX) üzrə tariflər yenilənib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Mediaxeberleri.az-a verilən məlumatda bildirilib ki, buna səbəb “Azərpoçt” MMC tərəfindən göstərilən universal poçt xidmətləri üçün tətbiq olunan tariflərin maya dəyərindən çox aşağı olmasıdır.

Qeyd edilib ki, mövcud tariflər 1 fevral 2011-ci il tarixində qüvvəyə minib və ötən müddət ərzində “Azərpoçt” MMC-nin ümumi istismar xərclərinin 2 dəfə, o cümlədən işçilərin əməkhaqqılarının təxminən 2,5 dəfə artması nəticəsində xidmətlərin maya dəyəri daha da yüksəlib.

Digər tərəfdən, son illərdə beynəlxalq poçtun xarici valyutada hesablanan daşıma və çatdırma xərclərinin 2 dəfədən çox artması da beynəlxalq poçt xidmətlərinin maya dəyərinin kəskin yüksəlməsinə səbəb olub. Bütövlükdə “Azərpoçt” MMC üzrə UPX-nin göstərilməsi maya dəyərindən aşağı olduğu üçün hər il qurumun büdcəsinə kifayət qədər zərər dəyib.

Bütün bunlar UPX üzrə mövcud tariflərə yenidən baxılmasını zəruri edib və bu yenilənmə daha çox tariflərin maya dəyərinə uyğunlaşdırılması məqsədini daşıyıb.

Qeyd edək ki, tarif dəyişiklikləri nəticəsində çəkisi 20 qrama qədər olan sadə daxili məktubun tarifi 20 qəpikdən 30 qəpiyə, çəkisi 2 kiloqrama qədər olan poçt göndərişinin (məktub, banderol, kiçik paket) tarifi isə 1,8 manatdan 3 manata qaldırılıb. Daxili poçt göndərişinin sifarişlə göndərilməsi üçün tarif isə 30 qəpikdən 60 qəpiyə qaldırılıb.

Beynəlxalq məktub poçtu üzrə də tariflərə yenidən baxılıb və qismən maya dəyərinə uyğunlaşdırılıb.

Sonda vurğulanıb ki, sözügedən xidmətlər daha çox dövlət qurumları tərəfindən istifadə olunur (80-85 faiz), xidmət istifadəçilərinin az hissəsini vətəndaşlar təşkil edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:21 Nazirlikdən Tarif Şurasının qərarları barədə - Açıqlama Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tarif (Qiymət) Şurasının qəbul etdiyi qərarla Azərpoçt MMC-nin göstərdiyi universal poçt rabitəsi xidmətləri (UPX) üzrə tariflərinin yeniləməsinə dair açıqlama yayıb. Mediaxeberleri.az xəbər verir ki, açıqlamada tariflərin artırılmasına səbəb onların maya
09:19 İNHİSARÇILAR VƏ İDXAL İNFLYASİYASI QİYMƏTLƏRİ BAHALAŞDIRIR – Süni qiymət artımına qarşı tədbirlər görüləcəkmi? Rəsmi rəqəmlərə görə, bu ilin yanvar- may aylarında qiymət artımının səviyyəsi 4.2 faizə yüksəlib. Qeyd edək ki, əmtəə qiymətlərinin yüksəlməsi son dövrlər bütün dünyadan ötrü xarakterikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, FAO
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
17:47 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar Bu gün Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az