t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Gədəbəydə ilginc məmur DƏLƏDUZLUĞU - İTTİHAM

Gədəbəydə ilginc məmur DƏLƏDUZLUĞU - İTTİHAM

14-01-2022, 09:39 Yazar:  Samir Baxılıb: 76 Çap et
Gədəbəydə ilginc məmur DƏLƏDUZLUĞU - İTTİHAM
Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımov işsiz gənci işə götürəcəyi adı ilə aldadaraq 1000 (bir min) manatını alması faktı üzə çıxıb. Rayonun təmizlik şefi ötən illərdə aldatdığı rayon sakinini 4 ay müddətinə pulsuz və əmək müqaviləsiz işlərə cəlb edərək əməyini istismar edib, aşkar məmur özbaşınalığına yol verib. Bu azmış kimi, arada vasitəçi olmuş işçisi - müəssisənin qaynaqçısı Mustafayev Vüsal Yusif oğlunu da hər şeyi bildiyinə və haqqı tələb etdiyinə görə pandemiya dönəmində işdən çıxarıb. DİA.AZ xəbər verir ki, "Demokratik TV"-yə bu barədə Gədəbəy sakinləri özləri danışıb.

Vüsal Mustafayevin dediyinə görə, 2 il əvvəl sabiq müdiri ona bildirib ki, idarəyə sürücü lazımdır və tanıdığı biri varsa işə götürə bilər. Lakin, sürücü götürüləcək şəxs ya nasaz maşınlardan birinin motorunu təmir etdirməli, ya da Kazımovun özünə 1000 manat rüşvət verməlidir. Vüsal da əvvəldən tanıdığı işsiz dostu Raminə müdirin təklifini çatdırıb, tərəflər razılaşıblar. Nəticədə, Vüsalın da iştirakı ilə Əkbər Kazımov özünün iş otağında Ramini işə götürmək adı ilə ondan 1000 manatını alıb. Lakin, üstündən aylar keçsə də Kazımov işsiz vətəndaşı aldadaraq vədinə əməl etməyib.

Həm Raminin, eləcə də Vüsalın deməsindən bəlli olur ki, Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımov düz 4 ay Raminin havayıca yerə təcrübə adı ilə işə gedib-gəlməsinə şərait yaradıb. Maaş almadığından və işə rəsmi qaydada götürülmədiyindən zərərçəkmiş bezib, sonda Əkbər Kazımovdan verdiyi pulunu geri istəyib. Nəhayətdə alıb, lakin, müdirə dostunun haqlı olduğunu bildirən və işdə vasitəçilik edən Vüsal da işindən qovulası olub. Vüsal qeyd edir ki, müdir onu haqsız yerə çıxarıb. Ə.Kazımov işçisinin oxuma və yazmağı yaxşı bilmədiyindən sui-istifadə istifadə edərək ona hansısa sənədlərə imza atdıraraq işsiz qoyub. Səbəb isə dostu ilə birgə müdirə verilmiş rüşvəti geri tələb etmələri - şəxsi qərəzçilik olub.

Vüsal onu da giley edir ki, baş verənlər onu pandemiya dövründə dövlətin maddi yardımına da əngəl törədib. Ötən illər ərzində nə yerli icra hakimiyyəti, nə də başqa qurumlar özbaşınalığı araşdırıb Kazımovu cəzalandırmayıblar. Əksinə, dəfələrlə İHB-yə müraciətinə etinasız yanaşılıb.

Faktla bağlı Əkbər Kazımovdan münasibət öyrənməyə çalışan jurnalist müdirin qəzəbilə üzləşib. Əkbər Kazımov heç nədən və heç kimdən qorxmadığını, jurnalisti saymadığını deyərək iddialara şərh verməkdən imtina edib.

Aradan xeyli müddət ötsə də, baş verənlər Gədəbəy Kommunal Müəssisələri Kombinatının taleyinin qeyri-şəffaf və rüşvətə bulaşmış əllərdə olduğunu deməyə əsas verir.
Xatırladaq ki, dövri mətbuatda Əkbər Kazımovun adı dəfələrlə öz tabeliyindəkilərlə qalmaqallarda hallanıb.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:50 İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb. Sərəncamda deyilir: “Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az