t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Türkiyə-Ermənistan uçuşları ən kiçik təxribatda DAYANDIRILACAQ - AÇIQLAMA

Türkiyə-Ermənistan uçuşları ən kiçik təxribatda DAYANDIRILACAQ - AÇIQLAMA

13-01-2022, 16:18 Yazar:  Samir Baxılıb: 29 Çap et
Türkiyə-Ermənistan uçuşları ən kiçik təxribatda DAYANDIRILACAQ - AÇIQLAMA
Fevralın 2-dən etibarən həftədə 2 dəfə olmaqla, Türkiyə və Ermənistan arasında uçuşlar başlayacaq. Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-Yerevan istiqamətində, Ermənistanın "Flyone Armenia" şirkəti Yerevan-İstanbul-Yerevan istiqamətində reyslər həyata keçirəcək.

Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-Yerevan reyslərini həyata keçirmək üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.

“Pegasus” müraciətində 2022-ci ilin fevral ayından etibarən İstanbul-Yerevan arasında həftədə iki dəfə uçuş həyata keçirmək istədiyini bildirib.

Dekabr ayında bu barədə müvafiq icazə Ermənistanın mülki aviasiyası tərəfindən təqdim olunub. "Flyone Armenia" 2015-ci ildən sonra Türkiyəyə təyyarə reysi həyata keçirəcək ilk şirkət olacaq.

Mediaxeberleri.az-ın məlumatına görə, Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı Modern.az-a açıqlamasında bildirib ki, Türkiyə Ermənistan tərəfindən əks addım görərsə, ikitərəfli əlaqələrdən geri çəkiləcək:

“Türkiyə və Ermənistan arasında uçuşların başlaması mütləq Azərbaycanın icazəsi ilə olub. Ermənistan Türkiyə və Azərbaycana möhtacdır. Amma diqqət etməli olduğumuz məqamlar var. Ermənistan konstitusiyasının girişində belə bir ifadə var: “Türkiyə torpaqlarının bir hissəsi Ermənistan torpaqlarıdır”.

Qanununda belə bir ifadə işlədən ölkədən çox şey gözlənilir. Ermənistan bunu mütləq qanunundan çıxarmalıdır. Türkiyənin də bunu tələb etməsi lazımdır. Belə hallar olduqca, əlaqələrin nə qədər real olduğuna şübhə edərik”.

Kontr-admiral deyib ki, Ermənistan Türkiyənin böyüklüyü gerçəkliyini qəbul edib:

“Əgər uçuşlar başlamasa, Ermənistanın iqtisadiyyatı çökəcək. Türkiyə və Azərbaycan da Ermənistanın bu zəif nöqtəsindən istifadə etməlidir. Ermənistan əlbəttə ki, bu uçuşlar qarşılığında təxribatlardan əl çəkmək məcburiyyətindədir. Türkiyə və Azərbaycanın istəklərini yerinə yetirməlidir. Əslində bu uçuşlar iki ölkə üçün təcrübədir. Türkiyə Ermənistan tərəfindən hər hansı təxribat görərsə, uçuşlar və digər atılacaq addımlar dayandırılacaq. Ermənistan uzadılan “zeytun budağı”nın qiymətini bilməzsə, Türkiyə geri çəkiləcək. Əlaqələr təktərəfli olarsa, Türkiyə bunun mütləq cavabını verəcək. Artıq iki qardaş Ermənistana qarşı dostluq əlini uzadıb, qarşılıq verməz və nankorluq edərsə, Ermənistan dünya qarşısında buna cavab verəcək”.

Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər hələ bərpa olunmayıb. 2021-ci il dekabrın 13-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı şəkildə nümayəndələr təyin olunacaq. Ermənistan XİN-i bu bəyanatı dəstəkləyib.

Daha sonra Ankara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı İrəvanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Ermənistan tərəfdən parlamentin sədr müavini Ruben Rubinyan xüsusi nümayəndə olub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:56 "ERMƏNİSTAN ƏRAZİSİNİN HANSI DƏRİNLİYİNDƏ OLSA DA, BİZ ONU MƏHV EDƏCƏYİK!" - Prezidentin müsahibəsinin TAM MƏTNİ + VİDEO Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib. "AzPolitika.info" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı
17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
08:40 Türkiyəyə məxsus "Pegasus Airlines" şirkəti Elşad Məmmədova qarşı dələduzluq edib - İTTİHAM Sərnişinin qeydiyyata alınmış baqajının, yükünün və əl yükünün itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə "Pegasus Airlines" məsuliyyət daşıyır. Bu sözləri Mediaxeberleri.az-a Avropa ölkələrinin birində mühacir həyatı yaşayan Elşad Məmmədov bildirib. Aldığımız məlumatlara görə, "Pegasus

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az