t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Məktəbin tavanı dərs zamanı uçdu - FOTO/VİDEO

Məktəbin tavanı dərs zamanı uçdu - FOTO/VİDEO

12-01-2022, 16:22 Yazar:  Samir Baxılıb: 67 Çap et
Məktəbin tavanı dərs zamanı uçdu - FOTO/VİDEO
Ucarın Təzə Şilyan kənd tam orta məktəbi qəzalı vəziyyətdədir.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə “Report”un Yuxarı Şirvan bürosuna kənd sakinləri məlumat veriblər.

Sakinlər məktəbin qəzalı vəziyyətdə olduğu üçün övladlarını məktəbə göndərməyə qorxduqlarını bildiriblər:

“Bir neçə gün bundan əvvəl dərs zamanı məktəbin arxa otaqlardan birinin tavanı çökmüşdü. İkinci mərtəbədən mişar daşları otağa tökülmüşdü. Çox şükür ki, həmin vaxt otaqda heç kim olmamışdı. Buna görə də xəsarət alan olmayıb. Lakin səs-küydən şagirdlər və müəllimlər bərk qorxmuşdular. Elə bilmişdilər ki, məktəb dağılır”.

Sakinlər həmçinin qeyd ediblər ki, məktəb 2000-ci ildə Təhsil Nazirliyinin sifarişi əsasında tikilib:

“Həmin vaxt tikinti tam bitməmiş məktəb istifadəyə verildi. Məktəbin ikimərtəbəli inzibati binası tikilsə də, digər köməkçi tikililər, idman və akt zalları yarımçıq qaldı. Buna görə də məktəbin əsas binası da getdikcə dağılmağa başladı”.

Məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı Ucar Rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov bildirib ki, məktəbdə dəfələrlə olub və oradakı acınacaqlı vəziyyət barədə məlumatı var.

O əlavə edib ki, məktəbin yarımçıq tikilərək istifadəyə verilməsi ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb.

R.Məmmədovun sözlərinə görə, məktəbin əsaslı təmir olunması yaxın vaxtlarda gözlənilmir.

Məlumat üçün bildirək ki, məktəb əhalisi 4 000-ə yaxın olan Təzə-Şilyan kəndinin yeganə orta məktəbidir. 20 sinif otağı olan məktəbdə 300-dən artıq şagirdin təlim-tərbiyəsi ilə 25 nəfərdən ibarət müəllim kollektivi məşğul olur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:24 Emin Əmrullayev Qazaxda Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olub 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verməkdə davam edir. Öz fəaliyyətində təhsil sahəsini, bu sahənin
00:18 Naxçıvanda bir gündə koronavirusla mübarizə üçün 800 min manat vəsait toplanıb Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət qurumlarının kollektivləri, hüquqi və fiziki şəxslər tərəfindən vəsaitlərin köçürülməsi davam etdirilib. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla da bir gün ərzində 740 min 411 manat vəsait Koronavirusla
08:02 Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov Milli Məclisə seçkilərin ilkin nəticələrinə dair “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib. Mediaxeberleri.Az xəbər verir ki, Məzahir Pənahov 118 dairənin 4823 məntəqəsindən, yəni məntəqələrin 87 faizindən məlumatların
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTO Qazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az