t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Bakıda ŞOK OLAY: Yüksək vəzifəli şəxs evində gizli kamera quraşdırdı, hər şey görüntüləndi – FOTO

Bakıda ŞOK OLAY: Yüksək vəzifəli şəxs evində gizli kamera quraşdırdı, hər şey görüntüləndi – FOTO

6-01-2022, 22:38 Yazar:  Samir Baxılıb: 228 Çap et
Bakıda ŞOK OLAY: Yüksək vəzifəli şəxs evində gizli kamera quraşdırdı, hər şey görüntüləndi – FOTO
Bakı şəhər Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına liseyin dorektoru Sevinc Orucovanın evindən külli miqdarda pul oğurlanması hadisəsinin təfərrüatları üzə çıxıb.

Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, S.Orucova Yasamal rayonu H.B küçəsində yerləşən çoxmərtəbəli binanın 12-ci mərtəbəsində yerləşdirdiyi seyfdən özünə məxsus olan 50 min manatdan 20 min manatın, qardaşı Anara məxsus olan 41 min dollardan isə 34 mininin naməlum şəraitdə yoxa çıxmasından sonra qardaşı ilə plan qurub. Belə ki, 2019-cu ilin sentyabrından 2020-ci ilin martınadək pulların hissə-hissə yoxa çıxdığını görən lidey direktoru evində dayə işləyən, həmçinin rəhbərlik etdiyi lideydə laborant kimi adı gedən və işə getməsə də, maaş alan 1990-cı il təvəllüdlü Gülnar Əliyevadan şübhələnib. Bu məqsədlə o, qardaşı ilə birgə Gülnarın oğurluq əməlini sübuta yetirmək üçün dəlillər toplamağa başlayıb. Direktorun qardaşı mütəxəssis taparaq evə dəvət edib və mənzilə bir neçə yerdə gizli kameralar quraşdırılıb. Kameraların qeydə alındığı görüntülər S.Orucovanın telefonuna istiqamətləndirilib. Bir neçə gün sonra şübhələr özünü doğruldub və S.Orucova telefonla kameraları izləyərkən evində oğluna baxan və uzaq qohumu olan dayənin əlcək geyinərək seyfi açdığını və oğurluq etdiyini görüb. S.Orucova əvvəlcə Gülnarı özü mühakimə edib və onu kamera qarşısında danışdıraraq pulları geri verməsini tələb edib. G.Əliyevanın ağlayaraq yalvardığı görüntülərdə o, yalnız 11 min dollar götürdüyünü və pulu qardaşına verdiyini, bu hadisə barədə anasına heç nə deyilməməsini xahiş edib. Bundan sonra oğurlanmış pulları tam miqdarda geri ala bilməyəcəyini görən lidey direktoru bütün görüntüləri və digər sübutları toplayaraq qardaşı ilə birgə polisə müraciət edib. G.Əliyeva barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə iş açılıb.

Publika.az-ın əldə etdiyi digər məlumata görə, oğurluq əməlindən sonra dayə təzə aldığı avtomobilin kreditini bağlayıb, özünə son model bahalı telefon alıb. Onun cinayət əməlinin üstünün açılmasından sonra isə G.Əliyevanın anası evini satıb və lisey direktoru ilə qardaşına dəymiş ümumilikdə 78 min manatlıq ziyanı ödəyib. Bundan sonra S.Orucova və qardaşı şikayətlərini geri götürüblər və Gülnarın azadlığa buraxılmasını xahiş ediblər.

Qeyd edək ki, külli miqdarda pulu oğurlanan Heydər Əliyev liseyinin direktoru Sevinc Orucovanın qardaşı da böyük şirkətlərdən birində rəhbər vəzifədə çalışır.


Bakıda ŞOK OLAY: Yüksək vəzifəli şəxs evində gizli kamera quraşdırdı, hər şey görüntüləndi – FOTO




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:00 İcra başçılarını qorxudan gizli kameralar... - PULTLA İDARƏ EDİLİR Gizli kameralar Azərbaycanda fəaliyyətdə olan əksər məmurların qorxulu yuxusuna çevrilib. Dövlət Təhlükəsizlik Xidmətinin ard-arda Ağstafa və Neftçala İcra Hakimiyyətlərində gerçəkləşdirdiyi əməliyyatlarda gizli kameralardan istifadə edilməklə təsbitedici faktlar toplaması diqqətin bu qurğulara
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az