t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » QAZAXISTAN FACİƏSİNİ KİM PLANLAŞDIRDI? - Bütün izlər Moskvaya aparır...

QAZAXISTAN FACİƏSİNİ KİM PLANLAŞDIRDI? - Bütün izlər Moskvaya aparır...

6-01-2022, 22:26 Yazar:  Samir Baxılıb: 97 Çap et
QAZAXISTAN FACİƏSİNİ KİM PLANLAŞDIRDI? - Bütün izlər Moskvaya aparır...
Qazaxıstanda baş verənlər hazırda bütün dünyanın diqqət mərkəzindədir. İndi bir çoxları Orta Asiyanın ən nəhəng ölkəsində nə baş verdiyini anlamağa çalışır. Çünki, bu türkdilli ölkənin bir çox şəhərlərində, xüsusilə də, keçmiş paytaxtı Almatıda baş verənlər olduqca dolaşıq və ziddiyyətli məzmun daşıyır.

Onu da qeyd etmək lazımdır ki, hər şey Qazaxıstanın Tokayev hakimiyyəti tərəfindən maye qazın qiymətinin iki dəfə bahalaşdırılması ilə başlandı. Ancaq Almatı və digər bir necə şəhərdə etiraz aksiyaları kütləvi xarakter aldıqdan sonra Tokayev hakimiyyəti böyük sürətlə geri çəkildi və qiymətləri əvvəlki vəziyyətinə qaytardı. Hətta prezident Kasım-Jomart Tokayev xalqa müraciət edərək, Qazaxıstan hökumətini istefaya göndərdiyini, Elbaşı Nursultan Nazarbayevin ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırıldığını bəyan etdi.

İlk baxışdan belə təsəvvür yarandı ki, etiraz aksiyalarının iştirakçıları öz hədəflərinə çatıblar və artıq dağılışmaq olar. Ancaq bunun əksinə olaraq, dinc aksiyalar gözlənilmədən kütləvi iştişaşlara çevrildi. Kütlənin içərisində olan bəzi qruplaşmalar silahlanmağa və qarşısına çıxan hər şeyi dağıtmağa başladı.


Məhz bundan sonra aydınlaşdı ki, Almatı və digər şəhərlərdə baş verənlər ölkə xaricindən idarə olunan planlı prosesdir. Deməli, Qazaxıstan üzərində əvvəlcədən ən xırda incəliklərinə qədər hazırlanmış xüsusi ssenari əsasında siyasi-ictimai əməliyyat keçirilir. Sadəcə, bu əməliyyatın arxasından hansı dünya nəhənginin çıxa biləcəyi qaranlıq qalırdı.

Kütləvi iğtişaşlara rəhbərlik edən müxalif mərkəzin növbəti tələbləri isə qəribə məzmun daşıyırdı. Çünki, artıq heç bir sosial tələb irəli sürülmürdü, Qazaxıstan hakimiyyətindən Krımın Ukrayna ərazisi kimi tanınması, ölkənin KTMT-dan və Avrasiya İqtisadi İttifaqından çıxması kimi xarici siyasət mövzuları gündəmə gətirilirdi. Və əslində, yalnız ölkədaxili və sosial məzmun daşıyan tələblər irəli sürməli olan etirazçıların birdən-birə gözlənilmədən xarici siyasət mövzularına keçid etməsi kifayət qədər şübhəli görünürdü.

Təbii ki, belə tələblər iğtişaşların ABŞ və Qərbin ssenarisi ilə törədildiyini düşünməyə əsas verirdi. Ancaq buna inananlar olsa da, prezident K.J.Tokayevin xalqa növbəti müraciətindən sonra Qazaxıstanda baş verənlərin arxasında gizlənən ssenaristin obrazı təxminən aydınlaşmağa başladı.

Çünki prezident K.J.Tokayev Almatı və ölkənin bəzi şəhərlərində quldurluq, soyqunçuluq, terrorçuluq kimi cinayətlər törədildiyini bəhanə edərək, KTMT-dan hərbi müdaxilə xahiş etdi. Və bundan sonra baş verənlərin əsas səbəblərini anlamaq o qədər də çətin deyil.

Belə anlaşılır ki, Qazaxıstan üzərində başladılan bu planlı siyasi-ictimai əməliyyatın əsas hədəfi “KTMT şineli” altında Rusiya qoşunlarının Orta Asiyanın ən nəhəng ölkəsinə yeridilməsindən ibarətiymiş. İğtişaşların başladığı şəhərlərə diqqət edəndə də Qazaxıstanın üzərində “şimal küləyinin fırtına törətdiyi” ortaya çıxmış olur. Çünki, həmin şəhərlər, xüsusilə də Almatı rus icmasının güclü olduğu yaşayış məskənləridir.


Xatırladaq ki, məhz bu faktoru nəzərə alan keçmiş prezident Nursultan Nazarbayev vaxtilə Qazaxıstanın paytaxtını Almatıdan Astanaya köçürmüşdü. Həmin dövrdə Almatının əhalisinin mütləq çoxluğunu rus əhali təşkil edirdi. Təcrübəli siyasətçi olan N.Nazarbayev Qazaxıstanın gələcək təhlükəsizlik maraqları baxımından belə bir addım atmışdı.

Sonrakı illərdəsə, N.Nazarbayev Qazaxıstanın Rusiyadan asılılığını minimuma endirib, müstəqil siyasət yürütməyə çalışmışdı, Türk dövlətləri ilə inteqrasiya çağırışlarına müsbət reaksiya vermişdi, ölkədə latın qrafikasına keçidi təmin etmişdi.

Təbii ki, bütün bunlar Kremli N.Nazarbayevdən incik salmaya bilməzdi. Yəni, son hadisələrin Elbaşının cəzalandırılaraq, siyasət səhnəsindən silinməsi və Türkiyəyə yaxınlaşmaqda olan Qazaxıstanın yenidən Rusiyanın orbitinə geri qaytarılması ilə bağlı bir əməliyyat ola biləcəyi tamamilə inandırıcıdır.

Belə bir ssenari əslində, N.Nazarbayev tərəfindən prezident kreslosuna oturdulan K.J.Tokayevin də maraqlarına cavab verirdi. Çünki, prezident K.J.Tokayev bütün güc strukturlarına birbaşa nəzarəti öz əlində saxlayan Elbaşıdan nəhayət ki, xilas olmaq şansı qazandı.

Göründüyü kimi, Rusiyada bəzi dairələr əslində, Tokayev və Nazarbayev klanları arasındakı hakimiyyət uğrunda mübarizəni Kremlin maraqlarına uyğunlaşdırmağı bacardı. Sadəcə, iğtişaşçıların tələbləri sırasına xarici siyasət mövzularını daxil etməklə, baş verən hadisələrin günahkarı ilə bağlı şübhələri Rusiyadan uzaqlaşdırıb, ABŞ və Qərbə qarşı yönəltməyə çalışdılar.


Halbuki, əgər, bu hadisələrin arxasında ABŞ və Qərb dayanmış olsaydı, Rusiya “KTMT şineli” altında Qazaxıstana qoşun yeridə bilməzdi. Yəni, Qazaxıstanda təkbaşına hökmranlıq niyyətinə düşmüş və bu səbəbdən də ölkəsini Kremlin iradəsinə təslim etmiş prezident K.J.Tokayevə KTMT-ya müraciət şansı tanımazdılar. Və hətta belə bir cəhd ona çox baha başa gələ bilərdi.

Bütün bunlar onu göstərir ki, Qazaxıstanda xüsusi ssenari üzrə planlı şəkildə bir geopolitik faciə törədildi. Hələlik Qazaxıstan faciəsinin ssenari müəllifi kimi məhz Rusiya görünür. Çünki, başqasının yazdığı ssenaridə Rusiya “KTMT şineli”nə bürünüb, Qazaxıstanın daxili işlərinə belə kobud şəkildə qarışa və bu nəhəng Orta Asiya ölkəsini öz nəzarəti altına ala bilməzdi.

Böyük ehtimalla Qazaxıstan yaxın perspektivdə Kremlin geopolitik təlimatları qarşısında davamsız durumda olacaq. Və xarici siyasətini ssenarisi uduşlu çıxan Rusiya ilə uzlaşdırmaq məcburiyyətində qalacaq. (musavat.com)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:09 24 APREL 1915-Cİ İL HADİSƏLƏRİ: “ERMƏNİ SOYQIRIMI”, YOXSA ERMƏNİ XƏYANƏTİ?.. Əli Həsənov Tarix elmləri doktoru, professor Bir əsrdən artıqdır ki, Ermənistan dövləti başda olmaqla bütün dünya erməniləri, müxtəlif yollarla cəlb etdikləri muzdlu ideoloqlar, bəzi antitürk dairələri və çoxsaylı erməni havadarları da daxil bəşər cəmiyyətini inandırmağa çalışırlar ki, “XX əsrin
17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az