t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Azərbaycanlıları Xristinalığa dəvət edən SEKTA – Facebookda YENİ DƏLƏDUZLUQ

Azərbaycanlıları Xristinalığa dəvət edən SEKTA – Facebookda YENİ DƏLƏDUZLUQ

6-01-2022, 21:25 Yazar:  Samir Baxılıb: 120 Çap et
Azərbaycanlıları Xristinalığa dəvət edən SEKTA – Facebookda YENİ DƏLƏDUZLUQ
Zamanla sosial şəbəkələrdə qarşımıza müxtəlif dini sektaların təbliğat kampaniyaları ilə bağlı postlar çıxır. Bu cür postlar bəzən açıq şəkildə, bəzən isə qapalı formada sosial şəbəkələrdə yayımlanırlar.

Azərbaycan dünyəvi dövlət olsa da, islam dininə etiqat edir. Bu təbliğatlar isə insanları din dəyişmək üçün məbədlərə dəvət edirlər. Bu cür sektaların təbliğatı ən çox Facebook sosial şəbəkəsində yayımlanır və azərbaycanlılar üçün nəzərdə tutulur. Çünki təbliğatlar sırf azərbaycan dilində aparılır. Əsasən xristian dininə dəvət edən sektalar müxtəlif hədiyyələr təklif etmək, tədbirlər həyata keçirməklə insanları bu qruplara dəvət edirlər.

Maraqlıdır, bu səpgidə olan reklam kampaniyaları sosial şəbəkələrdə necə yayımlanır və hallara qarşı hansı nəzarət mexanizmi var?

Bizim.Media məsələ ilə bağlı Dövlət Reklam Agentliyinə müraciət edib. Lakin qurumdan bildirdilər ki, internet vasitəsilə yayımlanan reklam xarakterli postlara idarə nəzarət etmir.

Sosial şəbəkə reklamalarının nəzarət prinsipləri...

İT mütəxəssisi Elvin Abbasov Bizim.Media-ya açıqlamasında bildirib ki, beynəlxalq resurslarda qeydiyyatdan keçən sosial şəbəkə və ya internet saytları qeydiyyata alındığı ölkənin qanunlarına tabedir.

“Əgər Facebook Azərbaycanda rəsmi ofis açsa idi, onda onlar azərbaycana vergi ödəyəcək və dövlət qanunlarına tabe olmalı idi. Başqa hallarda isə bu mümkün deyil. Sosial şəbəkə resursları Azərbaycanda ofis açmadığı müddətcə, biz öz qanunvericiliyimizi onlara diqtə edə bilmərik”.

Ekspert həmçinin qeyd edir ki...

“Lakin məsələdə cinayət tərkibli hər hansı bir əsas olsa məsələn oğurluq, adam öldürmə, qarət, dələduzluq və.s o zaman Azərbaycanın güc strukturları buna müdaxilə edə bilər. Bu zaman qanunu pozan şəxs həbs edilib, məhkəmə qarşısına çıxarıla bilər. Əgər o şəxs kiminsə mülkiyyətinə ziyan vurubsa, onu aldadaraq mal varlığını ələ keçiribsə, sekta qurubsa həmin o şəxslə Azərbaycan qanunvericiliyi vasitəsilə mübarizə aparmaq olar”.

Azərbaycan dövləti isə...

Ekspert bildirir ki, məsələdə başqa məqam da var. Onun sözlərinə görə əgər bu təbliğat kütləvi hal alarsa dövlərt buna müdaxilə edə bilər.


“Əgər bu bizim milli, dini, irsi və mənəvi dəyərlərimizə çox zidd hərəkətlərdisə, o zaman dövlət ölkədə həmin o sosial şəbəkəyə qadağa qoya bilər və ümumiyyətlə, həmin inetnet resursu bağlana bilər”.

Məsələ ilə bağlı ilahiyyatçı Elşad Mirinin də fikirlərini öyrənməyə çalışdıq. Maraqlıdır, islam dininə qulluq edilən bir ölkədə insanları müxtəlif yollarla xristianlığa sövq etmək nə dərəcədə doğrudur?

İlahiyyatçı bildirdi ki...

“Azərbaycanda yaşayan bir xristian öz dinini yaymaq üçün ona verilən hüquqlarından istifadə edə bilər, bu onun haqqıdır. Digər tərəfdən müsəlmanların bir-birini qırdığı bir vaxtda bu cür təbliğatlar daha geniş yayılıb, onlar bu taktikadan dünyann hər bir yerində istifadə edirlər. Dünyada ən çox missionerliklə məşğul olanlar katoliklərdir. Bu gün onlar quruma müəyyən məbləğ ödəyərək sosial şəbəkələrdə məshəblərini, dinlərini rahat şəkildə təbliğ edə bilirlər”.

Lakin buna qarşı düzgün addımlar atılmalıdır...

Sonda Elşad Miri qeyd edib ki, bu cür təbliğatlara qarşı isə xüsusi addımlar atılmalıdır.

“Bu gün Azərbaycanda dinlə məşğul olan qurumlar və yaxud da bu iddiası olan şəxslər özlərini daha düzgün maarifləndirmə işlərini ümumi şəkildə qurub həyata keçirməlidirlər. Əgər bunu onlar etməyəcəklərsə, o boşluğu başqaları dolduracaq. Bu aksiomadır”.


Məsələ ilə bağlı Dini Üzrə Qurumlar üzrə Dövlət komitəsinə müraciət etdik. Lakin qurum sualla bağlı rəsmi qaydada müraciət etməyimizi istədi.

Cavabı hələ də gözləyirik...

Məsələni diqqətdə saxlayacağıq...

Vüsalə Balayeva, Bizim.Media




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:08 “İnsan özü Vətən olmağı bacarmalıdır” – Professor İlham Rəhimovun yeni müsahibəsi Rupor.az saytı professor İlham Rəhimovdan müsahibə alıb. Mediaxeberleri.Az bu müsahibənin aktuallığını nəzərə alaraq oxuculara təqdim edir: *** Professor İlham Rəhimovla görüşdük. Təqdimat üçün o qədər açar var qarşımızda, hansını götürüb qapıları taybatay açacağımızı müəyyənləşdirmək çətindir.
17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az