t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Bu gün Azərbaycan ədəbiyyatının böyük örnəyi Vidadı Babanlının doğum günüdür

Bu gün Azərbaycan ədəbiyyatının böyük örnəyi Vidadı Babanlının doğum günüdür

6-01-2022, 20:05 Yazar:  Samir Baxılıb: 228 Çap et
Bu gün Azərbaycan ədəbiyyatının böyük örnəyi Vidadı Babanlının doğum günüdür
Bu gün Azərbaycan ədəbiyyatının böyük öndərlərindən biri, vicdanlı qələmi ilə minlərlə vicdanı oyadan, ədəbiyyatda həm nəsrdə, həm nəzmdə böyük örnəklər yarada bilən şair, yazıçı, tərcüməçi Vidadı Babanlının doğum günüdür. Vidadi müəllim ömrünün kamillik zirvəsinə 95 illik həyat yolunu şərəflə yaşayaraq qədəm qoymuş ziyalımızdır.

Vidadi Babanlı onun oxucularının, eləcə də ədəbi cameənin yaddaşına ustad bir nasir kimi köçüb. Bu da təsadüfi deyil. 70 ildən çox yaradıcılığı dövründə “Gəlin” povestindən başlayaraq “Bulanlıq dünya” povestinədək – “Ana intiqamı”, “Müqəddəs ocaq”, “Ömürlük əzab”, “Həyat bizi sınayır”, “İnsaf nənə”, “Vicdan susanda” kimi nəsr əsərləri ilə bütöv bir nəsr xəzinəsi yaratmışdır.

Vidadi babanlı 95 yaşında da öz sənətinə sadiqlik nümayiş etirərək Azərbaycan ədəbiyyatı qarşısındakı missiyasını şərəflə yerinə yetirir. Bu yaxınlarda o, “Sabaha ismarıc” adlı bir əsər də yazmışdır.

Vidadi Babanlının oxucuları hər il cavanlaşır, qocalır, kamilləşir, yenidən cavanlaşır, qocalır, kamilləşir. Bundan sonra illər, qərinələr, əsrlər keçəcək Vidadi Babanlının yazdıqları eyni sevgi və şövqlə oxunacaq. Çünki Vidadi Babanlı həyatın özünü yazmışdır. Həyatın reallıqlarını yazmışdır.

2017-ci ildə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədovun təşkilatçılığı ilə böyük yazar Vidadi Babanlının 90 illik yubiley mərasimi təntənəli şəkildə həyata keçirilmişdir. Yubiley tədbirində ölkəmizin tanınmış ictimai-siyasi xadimləri, ədəbiyyat və sənət insanları, alim və ziyalıları iştirak edərək Vidadi Babanlının həyat və fəaliyyətindən, yaradıcılığından, ədəbiyyata gətirdiyi yeniliklərdən, töhfələrdən bəhs etmişdilər.

Həmin yubiley tədbirində çəkilmiş bir hissəni dəyərli oxucularımıza, izləyicilərimizə ərmağan edirik.




“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri akademik Teymur Bünyadov, Xalq şairi Nəriman Həsənzadə, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti, iqtisad elmləri doktoru Məmməd Musayev, Millət vəkilləri – Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, akademik Nizami Cəfərov, Ülviyyə Ağayeva, Azərbaycan Sənaye Korporasiyası Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadə, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Məmməd Eminov, general-mayor Namiq Poladov, polkovnik Eldəniz Namazov, polkovnik Elşən Qapaqov, polkovnik-leytenant Elçin Məmmədov, Vətən Müharibəsi Qəhrəmanı kapitan Nicat Bədəlov, akademik Şahin Mustafayev, akademik Məhəmməd Babanlı, akademik Bilal Bilalov, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavinləri Puşkin Əhmədov və Arzuman Abdulkərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri professor Famil Mustafayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, “Odlar Yurdu” Universitetinin rektoru professor Əhməd Vəliyev, Həsrət Pirməmmədov, Binnət Həsənov, Elçin Carçıyev, professor Valeh Nəsibli, professor Məhəbbət Dəmirçiyeva, Xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Tariyel Qasımov, Əməkdar məşqçi Firdovsi Umudov, Əməkdar mühəndis Qasım Abdullayev, Əməkdar həkim Şərif Şahməmmədov, Əməkdar jurnalist Varis Yolçuyev, Rusiyanın Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun lideri Şahin Şıxlinski, professor Məqsəd Qocamanov, professor Rüstəm Kamal, polis polkovniki Namiq İsmayılov, polis polkovnik-leytenantı Kamal Axundov, Ramiz Göyüşov, tənqidçi Əsəd Cahangir, Rövşən Babanlı, İsmayıl Umudlu, Məmməd Nəsibov, Fikrət Hacıyev, Mədət Səttarov, rəssam Nəvai Metin, rəssam Qafar Sarıvəlli, Sahib İbrahimov, Eldar Ələkbərov, Vasif Məhərrəmli, Sultanxanım Nəsibova, Məlahət Qurbanova, dosent Dürdanə Vəkilova, dosent Natavan Dəmirçioğlu, Solmaz Kosayeva, dosent Məti Osmanoğlu, dosent Yusif Alıyev, şair Rafail İncəyurd, Yusif Rəhimov, Fərid Bayramlı, Allahverən Dəmirov, şair Məmməd Əfşan, şair İbrahim İlyaslı, Fərman Qəhrəmanov, Bəxtiyar Rüstəmoğlu, Aşıq Şaiq, Aşıq Avdı, Ceyhun Babaşov, Əli Rəhimov, Fərhad Əyyubov, Səbinə Yusif, Ələddin Kəsəmənli və İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları adından Vidadi Babanlını doğum günü – 95 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı diləyir.

Biz Sizinlə fəxr edirik, Vidadi müəllim!

Qeyd edək ki, yaxın zamanlarda “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə Vidadi babamızın 95 illik yubileyini özünün də iştirakı ilə təntənəli şəkildə qeyd ediləcək!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:56 Doğum gününüz, 60 illik yubileyiniz mübarək, cənab Prezident! Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür. Onun 60 yaşı tamam olur. Ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin gərgin və yorulmaz əməyi sayəsində Azərbaycan regionda və dünyada lider dövlətə çevrilmişdir. Ölkəmiz bir-birinin
18:47 Bu gün “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri İlham Pirməmmədovun doğum günüdür Bu gün Azərbaycan təhsil sistemində tanınmış, nüfuzlu insanlardan biri olan, ömrünü təhsilə, elmə, cəmiyyətin inkişafına, insanların sevgisini qazanmağa, dövlətin və dövlətçiliyin maraqlarının qorunmasına həsr etmiş əsl ziyalı, “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Azərbaycan
19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az