t s

» » Güləşçilərimiz Avropa Millətlər Kubokunun finalına yüksəliblər

Güləşçilərimiz Avropa Millətlər Kubokunun finalına yüksəliblər

8-11-2015, 12:34 Yazar:  Fəridə Baxılıb: 292 Çap et
Güləşçilərimiz Avropa Millətlər Kubokunun finalına yüksəliblərFederasiya məlumat yaydı.

Moskvada güləş üzrə Avropa millətlər kuboku turniri davam edir. Turnirdə güləşin hər üç növü üzrə Azərbaycan yığma komandalar mübarizə aparır.

Azərbaycan Güləş Federasiyasından Mediaxeberleri.az-a verilən məlumatda bildirilir ki, yarışların ikinci günündə sərbəst və yunan-Roma güləşi üzrə qrup görüşləri keçirilib. Sərbəst güləşçilərimiz Belarus və Polşa, yunan-Roma güləşçilərimiz isə Türkiyə və Belarus komandaları ilə “B” qrupunda gücünü sınayıb.

Yunan-Roma güləşçilərimiz əvvəlcə belaruslu rəqiblərini, ardınca Türkiyə yığmasını 5:3 hesabı ilə məğlub edib və qrup lideri kimi finala yüksəlib. Finalda güləşçilərimizin rəqibi digər qrupun birincisi Rusiya komandası olacaq.

Sərbəst güləşçilərimiz də əvvəlcə Belarus komandası ilə qarşılaşıb. Görüş yığmamızın 6:1 hesablı qələbəsi ilə başa çatıb. Bu mübarizədə 125 kiloqram çəki dərəcəsində yarışan güləşçilər arasında mübahisə yarandığından görüşün nəticəsi ləğv edilib və hər iki güləşçi diskvalifikasiya edilib. Ardınca Polşa idmançıları ilə qarşılaşan yığmamız 5:3 hesablı qələbə qazanaraq finala yüksəlib. Komandamız həlledici görüşdə Rusiya yığması ilə qarşılaşacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
17:45 Qadın güləşçilərimiz Dünya Kubokunda ən yaxşı nəticə göstərib Azərbaycanın qadın güləşçiləri Dünya Kubokunda 5-ci yeri tutublar. Azərbaycan Güləş Federasiyasından (AGF) Teleqraf.com-a verilən məlumata görə, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində qadın güləşi üzrə böyüklər arasında keçirilən Dünya Kuboku yarışlarında Azərbaycanla yanaşı, Yaponiya,
20:40 Azərbaycan ilk dəfə Dünya Kubokunun qalibi oldu - (Video) Azərbaycanın yunan-Roma güləşi üzrə yığması İranın paytaxtı Tehran şəhərində böyüklər arasında keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunun qalibi olub. Mediaxeberleri.az-ın Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, Azərbaycan güləşçiləri fevralın 20-də finalda digər
09:26 Yunan-Roma güləşi üzrə yığmamız ilk dəfə Dünya Kubokunun finalında İdmançılarımız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Fevralın 19-da Tehranda yunan-roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışlarına start verilib. Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az