t s

» » Rusiya hava limanında iki təyyarə toqquşdu

Rusiya hava limanında iki təyyarə toqquşdu

8-11-2015, 12:17 Yazar:  Nuran Baxılıb: 402 Çap et
Rusiya hava limanında iki təyyarə toqquşduRusiyanın Xabarovsk hava limanında iki təyyarə toqquşub.

Mediaxeberleri.az
xəbər verir ki, ANS PRESS-in məlumatına görə, “Aeroflot” aviaşirkətinə məxsus Boeng 777 təyyarəsi eniş-uçuş zolağına daxil olarkən An- 26 təyyarəsi ilə toqquşub. İnsident zamanı heç kəs xəsarət almayıb.

Moskvaya uçuş həyata keçirməli olan təyyarənin göyərtəsində 400 sərnişinin olduğu bildirilir. Digər layner isə yük daşımaları üçün nəzərdə tutulub.

Sərnişinlərin hadisədən 2 saat sonra digər təyyarə ilə Moskvaya göndərildiyi açıqlanıb.

Uzaq Şərq nəgliyyat prokurorluğunda faktla bağlı araşdırmalara başlanılıb.


Son günlər Russiya KİV-də hava nəgliyatı ilə bağlı xəbərlərə həssas yanaşılır. Bu son 10 gündə Rusiya təyyarəsinin iştirakı ilə artıq 3-cü insidentdir.

Hadisələrdən ən ciddisi oktyabrın 31-də A-321 təyyarəsinin Sinay yarımdası üzərində qəzaya uğramasıdır. Şarm-əş-Şeyx - Sankt-Peterburq reysi ilə uçuş həyata keçirən Rusiyaya məxsus təyyarənin göyərtəsində 224 nəfər olub. Qəza nəticəsində bütün sərnişinlər həlak olub.



Həlak olanların cəsədləri hadisə yerindən Rusiyaya təyyarələrlə qətirilir. Noyabrın 8-i Misirdəki təyyarə qəzasının qurbanlarının qalıqlarını daşıyan dördüncü təyyarə Sankt-Peterburqa yola düşüb. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “İL76” tipli təyyarə ilə qəzada ölənlərin pasport və şəxsi əşyaları, həmçinin, cəsədlərin qalıqları gətirilir.

Hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürülsə də Rusiya prezidenti Vladimir Putin və Misir prezidenti Abdül Fəttah əs-Sisi terror faktını istisna edir.

ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron hadisənin təyyarənin daxilindəki partlayıcı qurğu səbəbindən baş verə biləcəyini bəyan ediblər.

Hadisədən sonra bir çox ölkələr, o cümlədən Rusiyada Misirlə aviaəlaqəni dayandırıb. Nəticədə Misir turizmi iflasa uğrayıb və bu ölkəyə planlaşdırılan bir çox turlar ləğv olunub.

Rusiya hava limanında iki təyyarə toqquşdu
Rusiya hava limanında iki təyyarə toqquşdu




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:58 Prezidentlərin keçmişi: Qaragilə satan, fəhlə, kəşfiyyatçı Hər şey bir anda dəyişdi... Böyük bir kütlənin etimadını qazanmaq və onun liderinə çevrilmək bəzilərinin düşündüyü kimi, heç də asan və rahat əldə edilmir. Daha doğrusu, heç kimə “Gəl, sən rəhbər ol, ölkəni idarə et” demirlər. Bunun üçün uzun, gərgin səy və zəhmət, ən əsası isə fitri istedad tələb
18:39 Özümlü Şərqin örnəyi olmaq Bu gün dünyadakı gərginlikləri artıq hər kəs yaşamında daha ağrılı şəkildə hiss edir. Kürəsəlləşmə (qloballaşma) sürəkli hal alır, iri ölkələrin sınırsız iştahları daha da itilənir, balaca sayılan ölkələrə qarşı hərtərəfli (total) hücumlar baş alıb gedir: ölkələrin siyasi, iqtisadi, mədəni-mənəvi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
08:27 İranın nüvə proqramı ətrafında kritik hadisələr: dəhşətli müharibə necə əngəlləndi... Ukrayna böhranının və İŞİD terror qruplaşmasının arxa plana keçirdiyi, lakin bir vaxtlar dünyanın bir nömrəli problemi səviyyəsinə qədər yüksəlmiş İranın nüvə proqramı ətrafında gərgin proseslər gedir. Virtualaz.org saytı nüfuzlu beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, ABŞ-la İranın nüvə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az