t s

» » Parlamentdə telekanallar və MTRŞ-ı sərt tənqid olundu

Parlamentdə telekanallar və MTRŞ-ı sərt tənqid olundu

24-02-2015, 20:01 Yazar:  Aygün Baxılıb: 744 Çap et
Parlamentdə telekanallar və MTRŞ-ı sərt tənqid olunduMilli Məclisin bu gün keçirilən iclasında “Televiziya və radio yayımı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə müzakirələr aparılıb.
Qanun layihəsi barədə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov məlumat verib.
O, qeyd edib ki, qanun layihəsində edilən dəyişiklikdən sonra yayımçıların məsuliyyəti artacaq. Həmçinin bu sahəyə nəzarət edən orqanın da səlahiyyətləri artacaq. Bununla yanaşı, qanunda nəzərdə tutulub ki, qanunu pozan yayımçı məsuliyyətə cəlb olunsun: “Dövlətin ideologiyasına qarşı və ya antibəşəri idealları yaymağa cəhd edilməsi zamanı yayımçını məsuliyyət gözləyir. Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətlərinin artırılması olduqca önəmlidir”.
Deputat Elmira Axundova isə diqqəti bir məsələyə yönəltmək istədiyini bildirib: “Milli-mənəvi dəyərlərin qorunması da Televiziya və Radio Şurasının üzərinə düşür. Lakin Milli Televiziya və Radio Şurası öz işinin öhdəsindən gələ bilmir. Ölkə telekanallarında şou xarakterli verilişlər çoxalıb…”
Elmira Axundova onu da deyib ki, telekanallarda sosial reklamlar yoxdur. Deputat bildirib ki, yerli serialların çəkilməsi üçün ayrılan pullar təyinatı üzrə xərclənmir. “Milli ruhda, vətənpərvər ruhda seriallar, filmlər çəkilmir. Yalnız Vahid Mustafayev bu sahədə işlər görür. O, Xocalı soyqırımı və 20 Yanvar faciələri ilə ilə bağlı filmlər çəkib”.
Elmira Axundova söyləyib ki, ölkə kanallarında şadlıq saraylarının reklamları qadağan edilməlidir. Onun sözlərinə görə, MTRŞ üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməlidir: “Kanallarda şadlıq saraylarının reklamları və şou proqramlar üstünlük təşkil edir. Bizim milli qəhrəmanlarımız haqqında verilişlər olmalıdır. Azərbaycanın keçmişi və xalqımızın başına gələnlərlə bağlı filmlər çəkilməlidir. Ümumiyyətlə, şadlıq sarayları ilə bağlı reklamlar ləğv edilməlidir. Bunun əvəzinə isə sosial reklamlar çəkilməli və kanallarda təbliğ edilməlidir”.
Nizami Cəfərov isə MTRŞ haqqında deyilənlərlə razılaşmayıb: “Həm də televiziyalar üçün proqram siyasəti müəyyən etmək Televiziya və Radio Şurasının səlahiyətlərinə aid deyil. Onu demək doğru deyil ki, bu şura heç bir şey etmir. Verilişlər əslində cəmiyyətin səviyyəsindən asılıdır. Tələbat nədirsə, televiziyalar da onu göstərir”.
Deputat Yaqub Mahmudov qeyd edib ki, MTRŞ-nı tənqid etmək doğru deyil: “Televiziya və Radio Şurasında kifayət qədər ziyalılar var və işlər görülür”.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib (ANS PRESS).




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:29 “Elm haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub Milli Məclisin plenar iclasında çoxdandır müzakirə mövzusu olan “Elm haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, qanun layihəsində elmin inkişafı istiqamətində bir çox məsələlər öz əksini tapıb. Qanun layihəsində
21:58 Serj Sarkisyanın impiçmenti qəbul olunmadı Ermənistan Milli Məclisinin bugünkü iclasında ölkə prezidenti Serj Sarkisyana impiçmentin elanı haqqında qanun layihəsi müzakirəyə çıxarılıb və qəbul olunmayıb. Mediaxeberleri.az xəbər verir ki, anspress-in məlumatına görə, qanun layihəsinə qarşı 68 deputat, lehinə isə 4 deputat səs verib. Qanun
18:19 Serjin xəyanət etdiyi bilindi Prezidentin impiçmenti parlamentdə müzakirəyə çıxarılacaq Ermənistan parlamentində prezident Serj Sarkisyanın impiçmenti (təqsirləndirmə - dövlətin vəzifəli şəxslərinin xəyanət və digər ağır cinayətləri üzrə parlament məhkəməsi icraatı) haqqında qanun layihəsi müzakirə olunub. ANS PRESS-in
15:58 Televiziya insana niyə yadlaşır? İşıqlı Atalı Mütləqə İnam Ocağının Yükümlüsü Çağdaş bəşərin həyatında onillərdir ki, televiziya mərhələsi başlayıb. İnsan əhvalları verilişləşir, konulaşır. Televiziya informasiyanın sürətlə, görüntülü yayımı deməkdir. Gəlin aydınlaşdıraq ki, televiziyanın başlıca hədəfi nədir, onun insana
20:44 Ağsaqqallar Şurasının illik yığıncağı keçirildi Respublika Ağsaqqallar Şurası Məclisinin illik yığıncağı keçirilib. Mediaxeberleri.az-ın məlumatına görə, tədbirdə Ağsaqqallar Şurasının 2014-cü ildəki fəaliyyətindən və qarşıda duran vəzifələrdən bəhs edilib. Yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az