t s

» » Ukraynanın yenə nəfəsi kəsilir (VİDEO)

Ukraynanın yenə nəfəsi kəsilir (VİDEO)

15-02-2015, 22:19 Yazar:  Aygün Baxılıb: 821 Çap et
Ukraynanın yenə nəfəsi kəsilir (VİDEO)

Atəşkəsin ömrü cəmi 50 dəqiqə çəkdi

Dünya liderlərinin təkidilə Ukraynanın şərqində sülhə nail olmaq üçün bir neçə gün bundan əvvəl Minskdə Ukrayna və Rusiya prezidentləri bir araya gəldi. Uzun çəkən danışıqlardan sonra Minsk razılaşması əldə olundu.

Mediaxeberleri.az ANS PRESS-ə istinadən xəbər verir ki, Minskdə əldə olunan atəşkəs razılaşması cəmi 50 dəqiqə çəkib. Doğrudur artıq atışmalar əvvəlki kimi şiddətli deyil. Amma Ukraynada bu gecədən etibarən qüvvəyə minən atəşkəs rejimi gecə boyunca bəzən pozulsa da, davam etməkdədir. Həm münaqişənin davam etdiyi şərq vilayətlərində, həm də paytaxtda yerli sakinlər atəşkəs rejimini müxtəlif cür qiymətləndirib. Əvvəllər də bir neçə dəfə atəşkəsin elan olunduğunu qeyd edən sakinlər, yenə də bu qərara inandıqlarını ifadə edib.

“Biz sülhə inanırıq və ümid ediri ki, bir daha müharibə olmayacaq. Ümid edirik ki, sakinlər öz evlərinə qayıdacaq, küçələrdə gəzə biləcək və şəhər öz həyatına geri dönəcək” – deyə Luqansk sakini Lyubov Mersalova bildirib.



Paytaxt Kiyevdə isə qüvvəyə minən atəşkəs rejiminə tənqidlə yanaşan sakinlər də var.

“Sülh olacaq, amma bir az gec. Sülh Birləşmiş Ştatların vəd etdiyi silahları göndərəndən sonra olacaq”, – deyə Kiyev sakini Vasili Abramenyuk vurğulayıb.

Atəşkəs rejiminini davam etdiyi müddətdə beynəlxalq ictimaiyyətin diqqəti Debaltsevo cəbhəsinə yönəlib. Orada bir neçə həftədir ki, Ukrayna ordusu ilə üsyançılar arasında mübarizə şiddətlə davam edirdi. Atəşkəs rejimindən əvvəl rəsmi Kiyev Debaltsevo üzərində nəzarətin Ukrayana ordusuna keçdiyini bəyan etmişdi. Donbassın mərkəzi bölgələrində isə atəşkəsin ilk günündə gərginlik qeyd alınmayıb.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:24 Putin Qarabağı bizə qaytarır (FOTO) Hazırda münaqişənin qısa müddətdə həll olunması üzrə işlər gedir Rusiya qısa müddətdə Dağlıq Qarabağ münaqişəsini həll etmək barədə düşünür. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitənin sədrinin 1-ci müavini Vladimir
15:36 Angela Merkel Nobel mükafatına namizəd oldu Almaniya Bundestaqının bir qrup üzvü Nobel Sülh mükafatının bu ölkənin kansleri Angela Merkelə verilməsi təşəbbüsü ilə çıxış edib. Alman deputatlar bu çağırışlarını A.Merkelin Ukrayna böhranına dair Minsk danışıqlarındakı fəal rolu, kanslerin Ukraynanın şərqində gedən müharibənin dinc yolla
14:12 Ukraynada şiddətli döyüşlər: 100 separatçı öldürüldü Atəşkəs haqqında razılaşmanın qüvvəyə minməsinə 24 saat qalmış Ukraynanın şərqində döyüşlər şiddətlənib. APA TV-nin Ukrayna Antiterror Əməliyyatları Mərkəzinə istinadən yaydığı məlumata görə, ötən gecə davam edən atışmalarda separatçı qüvvələr 100 nəfər itki verib, 180 separatçı isə yaralanıb.
12:29 Fazil Məmmədovla Oqtay Əsədov üz-üzə Binəqədi rayonunda evlərə söküləcəyi barədə bildirişlər paylanıb. Sakinlər bu bildirişlərdən birini redaksiyamıza təqdim edib. Sənəddən aydın olunur ki, Atıcılıq Federasiyasının yaxınlığında yaşıllıq zonasında inşa edilmiş evlər söküləcək. Qeyd edək ki, bir neçə gün əvvəl Binəqədinin icra
11:21 Ukrayna hökumətində azərbaycanlı Nazirlər Kabineti beş əcnəbinin namizədliyini təsdiqlədi. Ukrayna Nazirlər Kabineti “İqtisadiyyat üçün xüsusi əhəmiyyətli müəssisələrə rəhbər təyin etmə üzrə Komitə”nin tərkibinə daxil olacaq beş əcnəbinin namizədliyini təsdiqlədi, Ukrayna hökumətinin sərəncamında qeyd edilib. Mediaxeberleri.az

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az