t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Avropada o qətnaməni qəbul etdirən İlham Əliyev idi - Tarixi faktlar

Avropada o qətnaməni qəbul etdirən İlham Əliyev idi - Tarixi faktlar

24-12-2021, 09:06 Yazar:  Samir Baxılıb: 466 Çap et
Avropada o qətnaməni qəbul etdirən İlham Əliyev idi - Tarixi faktlar
Bu gün Prezident İlham Əliyevin doğum günüdür. Ölkə başçısının yubiley günündə onunla AŞPA-da çiyin-çiyinə çalışmış xələfi, Milli Məclisin deputatı Səməd Seyidovun İlham Əliyevlə bağlı xatirələri ilə tanış olduq. Publika.az-ın “Cümə söhbəti” rubrikasının qonağı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdur.

- Səməd müəllim, bu gün ölkə başçısının 60 illik yubileyidir. Uzun müddət Avropa Şurası Parlament Assambleyasında onun rəhbərliyi altında çalışmısınız. Yəqin maraqlı xatirələriniz də az deyil...

- Təbii ki, xoş xatirələr var. Məncə, burada ən vacib məsələ belə bir şəxsiyyətin Azərbaycanın rəhbərliyində olmasıdır. Eyni zamanda ölkə başçısının gördüyü işlər təkcə respublika, region deyil, hətta dünya miqyasında öz təsirini, əks-sədasını göstərir. Ona görə də bu nöqteyi-nəzərdən hər bir azərbaycanlının belə bir siyasi rəhbərliyin müəyyən etdiyi, əldə etdiyi, istiqamət verdiyi siyasətə dəstək verməsi təbiidir. Mən isə bu nöqteyi-nəzərdən xüsusi bir vəziyyətdəyəm. 3 il ərzində - 2001-ci ildən 2003-cü ilə qədər cənab Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında rəhbərliyi altında çalışmışam. Mən onun idarəetmə prinsiplərini görmüşəm, hiss etmişəm və öyrənmişəm. Xalqın milli maraqlarını müdafiə etmək tərzini öyrənməyə çalışmışam. Biz hamımız onun canlı şahidi olmuşuq. Bu ağıllı şücaətin, dönməz, dəmir iradənin, Azərbaycan xalqının milli maraqlarını dik tutmasının, bayrağımızın yüksəldilməsinin şahidiyik. Cənab Prezident İlham Əliyevlə bir yerdə bir insan, bir şəxsiyyət kimi hər bir məsələyə xüsusi həssaslıqla yanaşan bir şəxsiyyətin simasını görmüşük, hiss etmişik. Ona görə də Prezidentin hazırda dayandığı zirvələrə yüksəlməsi, tarixi şəxsiyyətlərlə bir cərgədə dayanması heç də təsadüfi deyil.



- Bəs bunun səbəbləri nədir?

- Ona görə ki, ölkə başçısının qabiliyyətləri, bilikləri, bacarıqları, şəxsi xüsusiyyətləri elə bir işləri görməyə vadar edib, imkan yaradıb ki, əslində o, bu xalqı zənginləşdirib. O, öz işləri ilə bu xalqı yüksəldib. Mənsub olduğu xalqın maraqlarını ən yüksək səviyyədə müdafiə edib. Xalqı yüksəldən şəxs həmişə özü yüksəlir. Xalqın qayğısına qalan, onun dərdinə şərik çıxan və ən əsası, başını dik tutmağa, qürurlanmağa əsas yaradan siyasi liderin özü alnıaçıq, başını dik tutaraq, sözünü möhkəm deyərək, iradəsini konkret olaraq həyata keçirərək davranış sərgiləyir. Biz də bunların şahidi oluruq. Sizin sualınız çox sadə sualdır, amma eyni zamanda çox çətindir. Ona görə ki, bir nə qədər çox zaman keçəcəksə, biz bütün bunları bir o qədər dərindən dərk edəcəyik. Dərk edəcəyik ki, XX əsrin sonunda, XXl əsrin əvvəllərində Azərbaycan xalqı çox xoşbəxt hadisələrin şahidi olub.

- Söhbət hansı xoşbəxt hadisələrdən gedir?

- Bu zaman axımında iki tarixi şəxsiyyət millətimizə rəhbərlik edib. Bunlardan birincisi Ümummilli liderimiz Heydər Əliyevdir. O, azərbaycançılıq fəlsəfəsini yaradıb. Bu ideologiyanın və dövlətimizin bünövrəsini qurub. Məhz bu ideologiya və fəlsəfə əsasında Azərbaycanın dünya ölkələri içərisində ən yüksək səviyyədə yer tutmasına nail olan ikinci tarixi şəxsiyyət İlham Əliyevdir. Bu tarixi şəxsiyyətlərin gördüyü işlər bu gün Azərbaycanı bütün dünyada tamamilə başqa bir müstəvidə qarşılanmağa, qəbul olunmağa gətirib çıxarıb.

- Ölkə başçısı adətən yubileylərini sadə insanlarla, məcburi köçkünlərlə birgə keçirib. Prezident seçilərkən də verdiyi vədləri yerinə yetirdi. Hər bir azərbaycanlının prezidenti olacağam – dedi...

- Nadir hallardan biridir ki, ölkə başçısı cənab İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirib. Müasir siyasətdə bu, nadir hallarda rast gəlinən bir hadisədir. Ölkə başçısının səsləndirdiyi bütün fikirlər, vədlər, düşüncələr deyilibsə, mütləq reallaşır. Bilirsiniz, ən məşhur siyasətçilərdən biri Uinston Çörçill vaxtilə demişdi ki, siyasətçi sabah nə baş verəcəksə, onunla bağlı vəd verməlidir. Sonra həmin hadisə baş verməyəndə nə üçün gerçəkləşmədiyini izah etməlidir. Daha sonra yeni vədlər verərək öz siyasətini davam etdirməlidir. Bu, Çörçilldən birbaşa sitat deyil, təxmini mənası belədir. Baxın, İlham Əliyev bu məşhur ifadəni faktiki olaraq çevirdi. Ona görə ki, Prezident İlham Əliyevin hər bir sözü reallaşır. Belə bir şey olmayıb ki, cənab Prezident nəyisə vəd versin, həmin fikir, arzu, niyyət, o vəd reallaşmasın. Bu, tamamilə başqa bir səviyyədir. Bu, uzaqgörənlik, hadisələri öncədən proqnozlaşdırmaq, xüsusi qabiliyyətlərə malik olma və siyasi prosesləri dərindən dərketmə, başadüşmə məharətidir. Siyasi proseslər hansı istiqamətdə cərəyan edirsə, onları müəyyən etmək xüsusiyyətidir. Ona görə də sizin sualınıza cavab olaraq deyə bilərəm ki, bu gün müasir siyasətçilər içərisində İlham Əliyev məhz bu xüsusiyyətlərinə görə seçilib. Onun hər bir sözü mütləq şəkildə reallaşacaq. Bunu yalnız Azərbaycan xalqı bilmir, o cümlədən onun dostları və düşmənləri də dərk edir. Ona görə də Prezident İlham Əliyevin hər çıxışına diqqətlə qulaq asırlar ki, hadisələr hansı istiqamətdə cərəyan edəcək, proseslər hansı istiqamətdə baş verəcək. Artıq İlham Əliyevin timsalında hadisələr şəxsiyyəti yox, şəxsiyyət hadisələri yönəltmək qabiliyyətinə malikdir. Biz bunu 44 günlük müharibədə, eyni zamanda Azərbaycanın iqtisadi gücünün dirçəlməsində, ordumuzun və başqa strateji sahələrin inkişafında gördük. Burada prinsipial bir fərq var.

- Həmin prinsipial fərq nədən ibarətdir?

- Siyasətçiləri ən çox baş verən hadisələr öz arxasınca aparır. Hadisələrdən kənarda qalmamaları üçün onlar bu hadisələri qabaqlamaq istəyirlər. Yaxud hansısa formada onlar bu hadisələrin içərisində olmağa çalışırlar. Bizim siyasi lider isə başqa bir xüsusiyyətə malikdir. O, hadisələri yaradır və öz iradəsinin arxasınca aparır, yönəldir.

- 3 il Prezident İlham Əliyevlə AŞPA-da bir yerdə çalışdığınızı söylədiniz. O vaxt AŞPA-da Azərbaycanın lehinə qərarlar qəbul olunurdu. Həmin qərarlara qədər sənədlərin hazırlanmasına, müəyyən nəticələrə çatma prosesinədək hansı əziyyətlərdən keçirdiniz?

- Baxın, yalnız Avropa Şurasında yox, həm də Azərbaycan diplomatiyasında xüsusi və müstəsna yeri, rolu olan 1416 nömrəli qətnamə 2005-ci ildə qəbul olundu. Həmin qətnamə üzərində iş birbaşa İlham Əliyevin tapşırığı əsasında başlanıldı. Özü də biz bu işə 2001-ci ildən başladıq. Həmin qətnamənin içərisində Azərbaycanın ərazi bütövlüyünün qorunması və ölkəmizin ərazi bütövlüyünün ermənilər tərəfindən pozulması, torpaqlarımızın işğal altında olması məsələsi yer alıb. Eyni zamanda ilk dəfə beynəlxalq sənədin içərisində etnik təmizləmələrin aparılması ilə bağlı fikir öz əksini tapıb. Birbaşa Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu sənəd hazırlandı. Komitələrdən, müzakirələrdən keçdi. Beləliklə, Avropa Şurası Parlament Assambleyasında qəbul olundu. Bu nöqteyi-nəzərdən, İlham Əliyev harada birbaşa iştirak edirsə, hansısa məsələlər ətrafında fikir mübadiləsi və yaxud öz iradəsini ortaya qoyursa, o, mütləq şəkildə həyata keçiriləcək. Burada bir məsələ var; o vaxt İlham Əliyev Avropa Şurası səviyyəsində işləyirdi, indi isə dünya səviyyəsində fəaliyyət göstərir. Ona görə də onun dediyi sözlər, formalaşdırdığı fikirlər bizim üçün nə qədər əhəmiyyətli, vacibdirsə, o cümlədən regiona, dünyaya maraqlıdır, əhəmiyyətlidir. Belə olmasaydı, türk dünyasının ordeninə layiq görülərdimi, xeyr! Belə olmasaydı, Birləşmiş Millətlər Təşkilatının COVID-lə bağlı fövqəladə iclası keçirilərdimi - əsla! Belə olmasaydı, Azərbaycan Qoşulmama Hərəkatını tamamilə başqa bir səviyyəyə yüksəldərdimi – yox! Belə olmasaydı, BMT-nin qeyri-daimi üzvü Azərbaycan seçilərdimi? – Əsla! Belə misalları çox çəkmək olar. Yenə deyirəm, İlham Əliyevin gördüyü işlər, söylədiyi fikirlər hansısa formada müdaxilə etdiyi məsələlər onun düşüncə tərzində həyata keçirilir. Onun iradəsi və istəyi ilə cərəyan etməyə başlayır. O, hadisələrin yox, hadisələr onun arxasınca gedir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:19 Prezidentin bugünkü çıxışının TAM MƏTNİ Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib. Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.
16:43 HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ BANİSİDİR May ayının 10-da Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Bu günlərdə qədirbilən xalqımız öz müdrik liderini xüsusi sevgi və məhəbbətlə yad edir, ruhuna dualar oxuyur. Ümummilli Liderin müstəqil dövlətçilik tariximizdəki yeri və rolu haqqında mühüm və vacib hesab etdiyim müəyyən fikirlərimi
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az