t s

» » Sabah bir çox yerlərdə qaz olmayacaq

Sabah bir çox yerlərdə qaz olmayacaq

3-11-2015, 20:15 Yazar:  Fəridə Baxılıb: 174 Çap et
Sabah bir çox yerlərdə qaz olmayacaqSOCAR məlumat yaydı.

Abşeron, Siyəzən, Astara, Ağdaş, Ağdam və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Mediaxeberleri.az SOCAR-ın saytına istinadən məlumat verir ki, noyabrın 4-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-2” və “Masazır”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Qobustan” və ''Yalama'', Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Şəmsabad” və ''Göyçay-1'', Ağdam magistral qaz kəmərləri sahəsinin “Kətəlparaq” və “Azadqaraqoyunlu”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin ”Şıxlı”, ''Ağköynək'', Gədəbəy'' və ''Daşkəsən'' qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bərdə rayonunun Kətəlparaq, Ağdaş rayonunun Qəribli, Xosrov və Əmirmahmud, Göyçay rayonunun Potu, Cəyirli və Çararxı, Qazax rayonun Ağköynək, Qarapapaq, Şıxlı 1, Şıxlı 2, Qaymaqlı və Kəmərli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Türkan kəndinin, Abşeron rayonunun Masazır qəsəbəsinin, eləcə də Qobustan, Xaçmaz, Ağdam, Tərtər, Gədəbəy, Daşkəsən və İmişli rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:48 Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyinin 2-ci Qurltayı keçirildi Bu gün Bakıda, Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyinin (AQTİB) 2-ci Qurultayı keçirilib. Bu barədə mətbuata Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyinin (AQTİB) İnformasiya Departamentindən bildiriblər. Qurultayda azərbaycan Respublikasında yaşyan Qarapapaq Türklərini təmsil edən 43
12:48 Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyinin 2-ci Qurltayı keçirildi Bu gün Bakıda, Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyinin (AQTİB) 2-ci Qurultayı keçirilib. Bu barədə mətbuata Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyinin (AQTİB) İnformasiya Departamentindən bildiriblər. Qurultayda azərbaycan Respublikasında yaşyan Qarapapaq Türklərini təmsil edən 43
14:42 Maliyyə nazirliyindən Gədəbəyə uzanan əllər... - Bu əllərin tumarı altında kimlər büdcəni qarət edir... Son zamanlar Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında, eləcə də rayonun maliyyə, mədəniyyət və turizm, təhsil şöbələrində mövcud olan problemlər daha kəskin xarakter alıb. Nə qədər qəribə də olsa, hələ də adıçəkilən rayonda Səhiyyə Nazirliyinin pulsuz tibbi xidmət haqqındakı müvafiq sərəncamını saya
09:12 Bu rayonlarda qaz olmayacaq - Bu gün Bu gün bəzi yerlərdə qaz məhdudiyyətlərlə veriləcək. Mediaxeberleri.az-ın məlumatına görə, mayın 20-də saat 10-dan 18-dək “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zabrat-2”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə”, Qazax magistral qaz kəmərləri sahəsinin “Morul”,
19:41 XALIQ SƏFƏVI: XƏZƏR XANLIĞININ YARANMASI VƏ ILK DÖVRLƏRI Tarixdə bu dövlət Xəzər xaqanlığı, Xəzər imperiyası,Yəhudilər Türk-Musəvi imperiyası kimi göstərilir. İndiki Güney Rusiya ərazisində olan Xəzərlərin VI yüzildən əvvəlki tarixi qeyri-müəyyənlik içindədir. 550-630-cu illər arası Göytürk imperatorluğunun bir parçası idilər. 7-ci yüzilin ortasında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az