t s

» » Abşeron sakini azyaşlı oğlunun qətlində təqsirləndirilir

Abşeron sakini azyaşlı oğlunun qətlində təqsirləndirilir

24-02-2015, 17:40 Yazar:  Aygün Baxılıb: 815 Çap et
Abşeron sakini azyaşlı oğlunun qətlində təqsirləndirilirHəyat yoldaşı isə ərinin spirtli içki aludəçisi olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Eldəniz Məmmədovun (1974-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Mediaxeberleri.az xəbər verir ki, ötən il iyulun 21-də Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan Eldəniz Məmmədov yaşadığı evin həyətində 14 yaşlı lal-kar oğlu İbrahim Məmmədovu bıçaqlayaraq qətlə yetirib. Daxil olan məlumat əsasında hadisə yerinə Abşeron RPŞ və prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib və həmin gün şübhəli şəxs saxlanılaraq istintaqa təqdim edilib.

İstintaqla müəyyən edilib ki, həmin gün Eldəniz Məmmədov kafedə tanışları ilə spirtli içki qəbul edib, sonra isə evə gələrək yatıb. Bir neçə saatdan sonra o həyətdə oynayan uşaqların səsinə oyanıb və bundan qəzəblənərək çölə çıxıb. Eldəniz Məmmədov əlində bıçaqla həyətə çıxaraq qonşu uşaqları qovub, İbrahim də qaçmaq istədikdə ona ilkin olaraq iki zərbə vurub, sonra neçə bıçaq vurması isə yadında qalmayıb. Həmçinin məlum olub ki, hadisədən sonra Eldəniz cinayəti gizlətməyə çalışıb və arvadı Simuzər Vahidovanı guya uşağın bıçaqla ipləri kəsərkən yıxıldığını və kəsici alətin ona batdığını deməyə məcbur edib. Lakin araşdırma nəticəsində cinayətin əslində necə baş verdiyi üzə çıxıb.

Qeyd edək ki, ilkin dindirmə zamanı Eldəniz Məmmədov oğlunu guya anasının cibindən 1 manat oğurladığına görə vurduğunu deyib, həyat yoldaşı isə ərinin spirtli içki aludəçisi olduğunu bildirib.

Araşdırma zamanı məlum olub ki, tutulan şəxs əvvəllər CM-nin 334-cü (fərarilik) maddəsi ilə məhkum olunub.

Məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və hakim tərkibi elan edilib.

Cinayət işinin baxışı fevralın 26-na təyin edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:34 Qatil ata məhkəmə qarşısında - İNANILMAZ QƏTL Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğlunu qətl etməkdə təqsirli bilinən 1974-ci il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Ötən ilin iyulun 21-də Qobu qəsəbə sakini Eldəniz Məmmədov yaşadığı evdə ailə münaqişəsi zəminində 14 yaşlı lal-kar oğlu İbrahim
14:13 Arvadını kişi ilə “tutdu”, durub öldürdü Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Aydın Gülməmməd oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Mediaxeberleri.az xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim
14:12 Lamiyə Quliyeva azadlığa buraxıldı - Foto Bu gün Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan Lamiyə Quliyevanın barəsindəki cinayət işi üzrə Baş Prokurorluğun verdiyi protest əsasında məhkəmə prosesi davam etdirilib. Mediaxeberleri.az APA-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə məhkəmə protesti
22:12 Kürdəxanı təcridxanasında həbslər başladı - “Lamiyə olayı”na görə Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlə yetirilməsində təqsirləndirilərək, həbs olunmuş məhkumlar Lamiyə Quliyeva və Vüqar Əliyevin işi ətrafındakı müəammalar artmaqdadır. Lamiyə Quliyevanın ANS-ə son açıqlaması isə onunla bağlı müəmmaları nəinki aydınlığa qovuşdurdu, əksinə,
01:11 81 yaşlı qadının əxlaqsızlıq suçuyla qətli - Şok təfərrüat İsmayıllı rayon sakini, 1975-ci il təvəllüdlü Elbrus Cəbiyev 81 yaşlı qadını qətlə yetirməkdə ittiham olunub. Sərxoş olan Elbrus qonşusu, 1933-cü il təvəllüdlü Rəbiyyə Talıbovanın evinə gəlib. Hadisə ötən il iyulun 1-də, saat 17 radələrində baş verib. İsmayıllı şəhəri, Qəşəm Aslanov küçəsi, 51

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az