t s

» » Gəncənin "Kəpəz"i Avropa yolunda - "Niyə də olmasın?.." (MÜSAHİBƏ)

Gəncənin "Kəpəz"i Avropa yolunda - "Niyə də olmasın?.." (MÜSAHİBƏ)

2-11-2015, 13:19 Yazar:  Gülnar Baxılıb: 304 Çap et
Gəncənin "Kəpəz"i Avropa yolunda - "Niyə də olmasın?.." (MÜSAHİBƏ)Azərbaycanın ən titullu klublarından olan Gəncənin "Kəpəz”i Premyer Liqa uğurlu çıxışını davam etdirir.

Son turda Qəbələdə eyni adlı klubun qonağl olan "Kəpəz" bu qarşılaşmada da qələbə qazandı. "Kəpəz"in Müşahidə Şurasının sədri Elmir Vəliyev bu qarşılaşmadan sonra Futbolxeber.az saytına müsahibə verib.


Müsahibəni təqdim edirik:

- Premyer Liqanın XI turunda “Kəpəz” “Qəbələ” üzərində 2:1 hesablı qələbə qazandı. Qarşılaşma haqda nə deyə bilərsiz?

- Gözəl oyun keçdi. Hər iki komanda yaxşı oynadı. Məncə, layiqli qələbə qazandıq. Qazanılan qələbə münasibəti ilə bütün komanda üzvlərini təbrik edirəm. Bu qələbədə payı olan hər kəsə minnətdaram.

- Avroliqanın qrup mərhələsində çıxış edən və ölkə çempionatında qızıl medallara əsas namizədlərdən olan “Qəbələ”ni səfərdə məğlub edəcəyinizi gözləyirdinizmi?

- Təbii ki, biz hər oyunda komandaya inanırıq, dəstək oluruq. Bu matçda da həmçinin. “Qəbələ” çox güclü komandadır. Bu gün də (söhbət dünən olub-red.) bizə qarşı yaxşı oynadılar. Qarşıda onları “Borussiya” ilə çətin oyun gözləyir. "Qarabağ"a uğurlar arzulayırıq. Ümid edirəm ki, “Qəbələ” Almaniya səfərindən uğurlu nəticə ilə qayıdaraq, hər birimizi sevindirəcək.

- Son turlar inamlı təsir bağışlayan “Kəpəz”in artıq avrokuboklar uğrunda mübarizə aparacağını söyləmək mümkündür?

- Təbii ki. Niyə də olmasın? Son turlar komandamız həqiqətən də yaxşı çıxış edir. Son 5 matçdan 4-də qələbə qazanmışıq. Hazırda “Kəpəz” turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Uğurlu çıxışımızı davam etdirmək istəyirik. Qismət olsa, növbəti mövsüm avrokuboklarda da çıxış edərik.

- Yəqin ki, “Qəbələ” üzərində qələbəyə görə komandaya mükafat ayrılacaq?

- Əlbəttə. Biz hər zaman qələbəyə görə komandaya mükafat veririk. Bu dəfə də elə olacaq. Mükafat stimuldu. “Kəpəz”in bütün üzvləri, qazanılan uğurda payı olan hər kəs mükafatını alacaq.

- “Xəzər Lənkəran”la oyundan sonra futbolçuların alacağı məbləğ açıqlanmışdı. Bu dəfə də mükafatın məbləğini açıqlaya bilərsiz?

- Mükafat fondu dəyişməyib. Əvvəlki qələbələrə görə 10 min mükafat verilib. Bu dəfə də həmin pulu alacaqlar. Bundan sonra da hər qələbəyə görə mükafat olacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
09:25 Bacısı ilə cinsi əlaqədə olan oğlan: Onun hərəkətlərindən ehtiraslandım “Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim”. Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb. Araşdırmalara görə, hadisə 2012-ci ildə baş verib. Həmin ilin
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:41 XALIQ SƏFƏVI: XƏZƏR XANLIĞININ YARANMASI VƏ ILK DÖVRLƏRI Tarixdə bu dövlət Xəzər xaqanlığı, Xəzər imperiyası,Yəhudilər Türk-Musəvi imperiyası kimi göstərilir. İndiki Güney Rusiya ərazisində olan Xəzərlərin VI yüzildən əvvəlki tarixi qeyri-müəyyənlik içindədir. 550-630-cu illər arası Göytürk imperatorluğunun bir parçası idilər. 7-ci yüzilin ortasında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az