t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » XİN Azərbaycanın İƏT-ə üzvlüyünün 30-cu ildönümü münasibətilə bəyanat yaydı

XİN Azərbaycanın İƏT-ə üzvlüyünün 30-cu ildönümü münasibətilə bəyanat yaydı

8-12-2021, 09:29 Yazar:  Samir Baxılıb: 467 Çap et
XİN Azərbaycanın İƏT-ə üzvlüyünün 30-cu ildönümü münasibətilə bəyanat yaydı
Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının İslam Əməkdaşlığı Təşkilatına üzvlüyünün 30-cu ildönümü münasibətilə bəyanat yayıb.

Bəyanatda deyilir:


"8 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlüyünün 30 ili tamam olur.

İƏT ilə münasibətlərin inkişafı və təşkilat ilə dəyərli əməkdaşlığın genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasət prioritetlərinə daxilidir və son 30 ildə bu istiqamətdə ölkəmiz tərəfindən davamlı addımlar atılıb.

1991-ci ilin dekabrın 8-də İslam Əməkdaşlıq Konfransının Zirvə görüşündə təşkilata tamhüquqlu üzv seçilən Azərbaycan, keçmiş sovet respublikaları arasında təşkilatın sıralarına qoşulan ilk ölkə olmuşdur. Bu illər ərzində Azərbaycan İƏT-in, habelə İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) fəal üzvü olmaqla yanaşı, İslam həmrəyliyinin gücləndirilməsinə xidmət edən yeni təşkilatların – İƏT Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyasının yaradılmasının təşəbbüskarı olub. 2006-cı ildə Azərbaycan İƏT Xarici İşlər Nazirləri Şurasının 33-cü Konfransına, 2010-cu ildə isə İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci toplantısına ev sahibliyi edib. 2017-ci il Azərbaycan Respublikası Prezidenti tərəfindən ölkədə “İslam Həmrəyliyi İli” elan edilib və həmin ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib.

Azərbaycan, İƏT tərəfindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi dəstəyi yüksək dəyərləndirir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son verməklə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, həm BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin, həm də İƏT-in qəbul etdiyi çoxsaylı qətnamələrin tələblərini yerinə yetirdi.

İƏT 44 günlük müharibə zamanı verdiyi ictimai bəyanatları ilə Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Münaqişə sonrasında İƏT-in Kontakt Qrupunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri isə bölgədəki vəziyyətlə, bu ərazilərdə uzun illər ərzində Ermənistan tərəfindən məqsədyönlü şəkildə aparılmış qeyri-qanuni fəaliyyət ilə, xüsusilə də İslam irsinə qarşı törədilmiş vandalizm aktları ilə tanış olmaq baxımından müstəsna əhəmiyyət kəsb etdi. İƏT-in beynəlxalq hüququn prinsipləri əsasında Azərbaycana verdiyi dəyərli dəstək bölgədə davamlı sülhün və əminamanlığın təmin olunmasına töhfədir.

Azərbaycan, milli maraqlarına əsaslanan xarici siyasət prioritetlərinə uyğun olaraq, bundan sonra da İƏT ilə yüksək səviyyəli və çoxşaxəli əməkdaşlıq münasibətlərinin inkişafı naminə səylərini əsirgəməyəcək və birgə fəaliyyət nəticəsində həm üzv ölkələr arasında həmrəyliyin möhkəmlənməsinə, həm də beynəlxalq sülhün təmin olunmasına töhfə verəcəkdir".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:25 “Brüssel tamaşası” hazırlanır: Bakı dözməyəcək İrəvan Brüssel görüşünə böyük ümüdlər bəsləyir. Oradan gələn son bəyanatları Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutacaq danışıqlara hazırlıq kimi başa düşmək lazımdır.Bu barədə Axar.az-a açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin
16:20 Təhlil:Paşinyan zəng edir, liderləri dəng edir, kimsə “göz yaşlarına” inanmır - Ayyət Əhməd yazır 44 günlük İkinci Qarabağ savaşından məğlub durumda çıxan işğalçı Ermənistan ordusunun son aylar Kəlbəcər və Laçın istiqamətindəki mövqelərimizi atəşə tutması halı müşahidə olunurdu. Azərbaycan Müdafiə Nazirliyi düşmən təxribatları barədə davamlı açıqlamalar verirdi. Daha sonra işğalçı ölkə
08:12 Müsəlmanların BMT-si: Münaqişədən “boy atan” İslam Birliyi - TƏHLİL İslam Əməkdaşlıq Təşkilatı ABŞ prezidentinin Fələstin münaqişəsi ilə bağlı həll planını qəbul etmədi. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XİN rəhbərlərinin iki gün əvvəl Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən fövqəladə toplantısında Vaşinqtonun yeni həll planı müzakirə
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
08:53 Tarixi həqiqətlər və erməni uydurmaları Hələ XVII əsrdən başlayaraq ermənilər xristian dini etiqadlarından istifadə edərək Avropa dövlətlərinin üzünü Şərqə çevirməyə çalışmış, onların köməyindən istifadə edərək müstəqil «Böyük Ermənistan» yaratmaq xülyasını reallaşdırmaq fikrinə düşmüşlər. Bu işdə ermənilərə daha çox «canıyananlıq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az