t s

» » Ermənilər Leyla Əliyevanın Xocalı tədbirinə mane olmaq istəyib - (Fotolar)

Ermənilər Leyla Əliyevanın Xocalı tədbirinə mane olmaq istəyib - (Fotolar)

24-02-2015, 16:34 Yazar:  Aygün Baxılıb: 620 Çap et
Ermənilər Leyla Əliyevanın Xocalı tədbirinə mane olmaq istəyib - (Fotolar)Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Avropa və Türkiyədə keçirilən silsilə tədbirlərdən növbətisi Parisdə keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən virtualaz.org saytına verilən məlumata görə, fevralın 23-də Parisin mərkəzində yerləşən tarixi “Theatre Adyar” teatrında 1992-ci il Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş klassik musiqi konserti baş tutub.

Anım gecəsində Fransanın ictimai-siyasi xadimləri, Parisdə akkreditə olunmuş xarici diplomatlar, işgüzar dairələrin nümayəndələri, musiqisevərlər, eləcə də Azərbaycan diasporunun fəalları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə “Xocalı 613” simfoniyasının müəllifi, tanınmış fransız bəstəkar, Pyer Tilloyun müharibə qurbanlarının xatirəsinə həsr olunmuş “Lamento - In Memoriam” adlı əsərinin də premyerası keçirilib.

II dünya müharibəsinin sonlarında - 1944-cü ilin iyun ayında işğalçı nasist qüvvələri Fransanın Oradour-sur-Glane şəhərini dağıdıb, 642 dinc sakinini qətlə yetirib. Xarabalığa çevrilmiş şəhər 70 il ərzində olduğu kimi saxlanılıb ki, dünya müharibə dağıntılarının insanlara təsiri unudulmasın.

Ölənlərin sayı təqribən eyni olan Xocalı ilə birbaşa paralel aparan Oradour şəhərinin meri Filip Lakrua və Şəhid Ailələrinin Milli Assosiasiyasının nümayəndəsi Benua Sadri də həmrəylik əlaməti olaraq tədbirdə iştirak ediblər.

Parisdəki erməni diasporunun bir qrup təmsilçisi anım gecəsinin keçirilməsinə mane olmaq üçün teatr binası divarlarına Azərbaycana əleyhinə şəkillər və yazılar yerləşdirməklə etiraz bildirməyə cəhd edib. Yerli hüquq-mühafizə orqanlarının səyi nəticəsində onlar vaxtında təcrid edilərək teatr binası ətrafından uzaqlaşdırılıblar.

Tədbirdə çıxış edən AAC-nin Fransa nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gordin bildirib ki, “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası 2008-ci il, mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılıb. Kampaniyanın əsas missiyası dünya ictimaiyyətini Xocalı dəhşətləri haqqında məlumatlandırmaqdan ibarətdir.

M.Gordin qeyd edib ki, kampaniyanın uğurla həyata keçirilməsi regionda ədalətin bərpasına yönələn beynəlxalq dəstəyin təzahürüdür. Bu dəstək Avropa, Amerika, Asiya və Afrika ölkələrində keçirilən tədbirlər vasitəsilə nümayiş etdirilib: “Parisdəki konsertdən əlavə, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində London, Strasburq, Brüssel, Berlin, Bern, Dublin, Lüksemburq, İstanbul, Ankara, Roma, Vilnüs və digər şəhərlərdə tədbirlər keçirilir. Bu tədbirlər Azərbaycanın ərazi bütövlüyünün bərpası və haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm vasitədir”.

Anım gecəsində tanınmış azərbaycanlı tarzən Arslan Növrəslinin, skripkaçı Səbinə Rakçeyevanın və Nəzrin Rəşidovanın rəhbərlik etdiyi “FeMusa” orkestri tərəfindən Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayevin “Rekviem”, Vasif Adıgözəlovun “Qərənfil”, Azər Rzayevin “Meditasiya”, həmçinin Antonio Vivaldi, Paul Lyuis, Karl Jenkins və Gabriel Faurenin əsərlərindən ibarət musiqi parçaları ifa edilib.

Virtualaz.org


Ermənilər Leyla Əliyevanın Xocalı tədbirinə mane olmaq istəyib - (Fotolar)
Ermənilər Leyla Əliyevanın Xocalı tədbirinə mane olmaq istəyib - (Fotolar)
Ermənilər Leyla Əliyevanın Xocalı tədbirinə mane olmaq istəyib - (Fotolar)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:07 Dünya Xocalını anır Bu günlərdə Almaniya, Hollandiya, Avstriya, İtaliya, Yunanıstan və Türkiyədə XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər həyata ke. Mediaxeberleri.az xəbər verir ki, Teleqraf.com-un məlumatına görə, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (İB) və “Əlillər
02:48 İstanbulda Xocalı soyqırımını anım yürüşü keçirilib - FOTO Mitinqin sonunda Xocalı şəhidlərinin xatirəsi yad edilib. İstanbulda Xocalı soyqırımını anım yürüşü keçirilib. Mediaxeberleri.az apa-ya istinadən xəbər verir ki, İstanbulda Xocalı soyqırımını lənətləyən yürüş və mitinq keçirilib. Turançı Hərəkat Platformasının koordinatorluğu ilə keçirilən yürüş
02:19 Xocalı qurbanlarının xatirəsi yad edildi - Almatı Almatı şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyinin və “Ozan” Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalıya ədalət!” kompaniyası çərçivəsində tədbir keçirilib. İctimai-siyasi xadimlərin və Almatıda fəaliyyət göstərən diaspora təşkilatları təmsilçilərinin iştirak etdikləri
21:51 Xocalı soyqırımı ilə bağlı aksiya - İsveçrə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “ Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində dünyanın bir çox ölkələri olduğu kimi İsveçrədə də Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Ölkənin paytaxtı
15:07 Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Gürcüstanda silsilə tədbirlər keçirilir. Bu silsilədən növbəti tədbir Rustavi şəhərində təşkil olunub. Əvvəlcə faciə qurbanlarının və şəhidlərimizin əziz xatirəsi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az