t s

» » Lavrov-Mirzoyan danışığında nələr müzakirə olunub? - Rusiya və Ermənistan XİN-i fərqli məlumat yaydı

Lavrov-Mirzoyan danışığında nələr müzakirə olunub? - Rusiya və Ermənistan XİN-i fərqli məlumat yaydı

25-11-2021, 13:19 Yazar:  Samir Baxılıb: 110 Çap et
Lavrov-Mirzoyan danışığında nələr müzakirə olunub? - Rusiya və Ermənistan XİN-i fərqli məlumat yaydı
Noyabrın 24-də Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında informasiya dərc edilib.

Məlumatda deyilir ki, nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarını, o cümlədən Rusiya Prezidenti Vladimir Putin, Azərbaycam Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 26-da keçiriləcək üçtərəfli görüşü kontekstində həyata keçirilməsi məsələsini müzakirə ediblər.

Qeyd edilir ki, nazirlərin söhbəti zamanı habelə beynəlxalq və regional gündəliyin bir sıra digər aktusl məsələlərinə toxunulub.

Lakin Ermənistan Xarici İşlər Nazirliyi mətbuat xidməti bu danışıqlar barədə də daxili auditoriyaya hesablanmış fərqli məlumat yayıb.

Ermənistan XİN-in məlumatında iddia edilib ki, Lavrov və Mirzoyan Qarabağda Azərbaycanın zəfəri ilə bitmiş münaqişə ilə bağlı məsələləri müzakirə edib. Qeyd olunur ki, söhbət zamanı “münaqişəsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı ilə hərtərəfli və uzunmüddətli tənzimlənməsinin mühümlüyü vurğulanıb”.

O da qeyd olunur ki, söhbət zamanı Ararat Mirzoyan yenə Lavrova şikayətlənərək “Azərbaycan silahlı qüvvələrinin Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təcavüzü nəticəsində yaranmış vəziyyət” barədə məlumat verib.

Xatırladaq ki, Rusiya XİN-in rəsmi məlumatında söhbət zamanı Qarabağda Azərbaycanın zəfəri ilə bitmiş münaqişə ilə bağlı hansısa məsələnin müzakirə olunduğuna dair heç nə deyilmir."AzPolitika.info"




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az